* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••• | 6.85 |
2003 | •••••••••••••••••••• | 13.39 |
2004 | •••••••••••• | 7.41 |
2005 | ••••••••••••• | 8.10 |
2006 | ••••••••••• | 6.76 |
2007 | •••••••• | 5.29 |
2008 | ••••••••••• | 6.82 |
2009 | ••••••••••• | 6.72 |
2010 | •••••••••••• | 7.53 |
2011 | •••••••• | 5.23 |
2012 | ••••••••• | 5.42 |
2013 | ••••• | 2.92 |
2014 | •••• | 2.23 |
2015 | ••••• | 2.89 |
2016 | •••• | 2.26 |
2017 | •••••••••• | 6.50 |
2018 | ••••••••• | 5.84 |
2019 | ••• | 1.95 |
2020 | ••••••• | 4.11 |
1 is. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). [Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov. [Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev. Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə … olmalıdır. M.Qaşqay. □ Bulaq başı – bulaq üstü, bulaq kənarı, seyrəngah. Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn. Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal. // məc. Şairanə təsvir və təşbehlərdə. Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif. Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun. 2. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey. Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ. S.Ə.Şirvani. Neftin bulağını, dağları qoru! R.Rza. ◊ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək – çox hiyləgər, çoxbilmiş adam haqqında. [Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm. B.Talıblı. Göz bulağı – gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü. Xanpəri … sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / bulaq2 yerin altından çıxan su qaynağı, çeşmə; türk oymaqlarından birinin adı.
Azərbaycan kişi adlarının izahlı lüğəti / bulaq1 Mənbələrdə bulğaq kəlməsi var və “suyun dalğalanması”, “qaynaması” kimi açıqlanıb. Görünür, bulaq sözü bulanmaq (qaynamaq, poqquldamaq) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bulaq2 BULAQ Kazım bulağın başında oturdu... (M.İbrahimov); ÇEŞMƏ O, çeşməyə baxdı bir də; Dedi söylə sən, ey bulaq; Könlün neçin düşmüş dərdə? (A.Şaiq); QAYNAQ Ağbulaq kəndinin aşağı səmtində, yaşıl meşəliyin içində qaynayan Turşsu qaynağı hamının diqqətini cəlb etməyə başladı (S.Rəhimov); MƏNBƏ İndi o, milli ixtilafları qızışdıran, şəhəri müxtəlif şayiə və böhtanlarla dolduran adamları su içdiyi bulanıq mənbəyə gəlib çıxmışdı (M.İbrahimov); SU QAYNAĞI Bu dərə başdan-başa su qaynağı idi (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / bulaq2 I сущ. 1. источник, родник, ключ, ручей, ручеёк. Soyuq bulaq студёный родник, bulağın gözü устье родника, şırşır bulaqlar шумные ручейки; bulaqların qıjıltısı журчанье ручьёв 2. перен. источник чего-л. Xalq yaradıcılığı bulağı источник народного творчества II прил. 1. родниковый, ключевой. Bulaq suyu родниковая вода 2. ручьевой. Bulaq ilanbalığı зоол. ручьевая минога ◊ bulaq kimi qaynamaq бить, забить ключом, кипеть ключом
Azərbaycanca-rusca lüğət / bulaq1 I. i. spring; mineral su bulağı mineral spring; ~ kimi qaynamaq to boil / to dubble over II. s. spring; ~ suyu spring water; ~ şırıltısı spring murmur
Azərbaycanca-ingiliscə lüğət / bulaq1 is. 1) source f ; origine(s) f (pl) ; mineral su bulağı source d’eau minérale ; ~ kimi qaynamaq bouillir à gros bouillon ; 2) de source ; ~ suyu eau f de source
Azərbaycanca-fransızca lüğət / bulaq1 сущ. 1. булах, цин чешме; // булахдин, чешмедин; bulaq suyu булахдин яд; // пер. лит. яд, булах (тешпигьра); 2. пер. чешме, акъатзавай чка, ругуна алахьзавай затӀ; ** bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək булахдал (вацӀал, цел) тухвана яд тагана хкун (гзаф амалдар, гзаф чидай касдин гьакъинда); göz bulağı вилин чешме, вилин нагъв къведай чка, вилин нериз мукьва пӀипӀ.
Azərbaycanca-ləzgicə lüğəti / bulaq