bulqa sözü azərbaycan dilində

bulqa

Yazılış

  • bulqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birinci Bulqar dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Bulqakov məscidi
Bulqakov məscidi və ya Qarşı məhəllə məscidi ― Krımın Bağçasaray bölgəsinin Kökköz kəndində yerləşən XIX əsrə aid məscid. Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. == Tarixi == Məscidin tikintisini mülkədar Əli bəy Bulqakov maaliyələşdirmişdir. 25 may 1967-ci ildə II Aleksandra qarşı baş tutmuş sui qəsdən imperatorun sağ çıxmasının şərəfinə tikilmişdir. Məscidin tikintisi 1883-cü ildə bitib. Sovet işğalından sonra 1930-cu ildən etibarən məscid ərazidə yerləşən sovxozların birinə məxsus olmuş və anbar kimi istifadə edilmişdir. 1990-cı illərə qədər burada məhsul yığımına cəlb edilmiş mövsümi işçilər yaşayıblar. Krım vilayəti İcraiyyə Komitəsinin qərarı ilə 22 may 1979-cu ildə məscid tarixi abidə kimi qəbul edilib. Krım Nazirlər Şurasının 25 fevral 1997-ci ildə qəbul etdiyi 44 nömrəli qərara əsasən məscid "Karşı maalle" müsəlman icmasına geri qaytarılıb. Bulqakov məscidi Kökköz kəndində yerləşən 3 məsciddən biridir.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. == Tariхi == Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.
Bulqan vilayəti
== Ərazisi == 1938-ci ildə yaradılan Bulqan vilayətinin ərazisi 48 733 Km2-dır. Bulqan vilayətinə 15 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Bulqan vilayətinin əhalisi 62 027 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Bulqan yaşayış yeri
Bulqan yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində eyniadlı kəndin yaxınlığında Orta ərslərə aid yaşayış yeri. == Tarixi == Yaşayış yerində tikinti qalıqlarının bir qismi saxlanmışdır. Onlar dördkünc formalı binalardan ibarət olub, aşağıda daş çaylarından, üst hissədə isə çiy kərpicdən hörülmüşdür. Bəzi binaların divarları möhrədən olub, daş qarışıq torpaqla inşa edilmişdir. Yerüstü materiallar çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıqlarından ibarətdir. Onlar dövrcə müxtəlifdir. Tədqiqat göstərir ki, Bulqan yaşayış yerində XII–XVIII əsrlərdə yaşayış olmuşdur.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulqar dili
Bulqar dili - Qədim ölü Türk dillərindəndir. Böyük Bulqariyanın parçalanmasmdan sonra bulqar tayfalarının bir hissəsi Dunayda və Orta Volqaboyunda, digər hissələri isə Azov sahillərində məskunlaşdılar və məhz buna görə də həmin tayfaların dilləri Dunay-Volqa və Kuban-Bulqar adlandırılmışdır. Bulqar dilinin ayrı-ayrı leksemləri haqqında hələ M. Kaşğarinin tədqiqatlarında da rast gəlmək mümkündür.
Bulqar dilləri
Bulqar dilləri (Oğur dilləri) — türk dil qrupuna daxildir. Bu dil qrupuna daxil olan dillər arasında çuvaş dili istisna olmaqla digərləri ölü dillərdir.
Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Bulqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Böyük Bulqar xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Ermənistan bulqarları
Ermənistan bulqarları — Kubrat xanın ölümündən sonra Ermənistana köçən xalq. == Ümumi məlumat == Onların adına ilk dəfə Moisey Xorenlidə rast gəlinir. Ermənilər onları xanlarının adı ilə Vənəndlilər olaraq tanıyırdılar. Ermənistan Sasanilər və Roma imperiyası tərəfindən bölünəndən sonra bulqarlar heç bir bölgüyə qoşulmamış, Kür çayı vadisində öz qalalarında möhkəmlənmişdilər. IV Xosrov tərəfindən təqib olunan bulqarlar Suriya sərhəddinəcən enmişdilər. Xorenatsi bulqarların qeyri-adi cəsarətli bir xalq olduğunu qeyd edir. Vənəndlilər Ermənistan əsilzadə ailələri siyahısı olan "Qaxnamə"də 17-ci sırada qeyd olunmuşdur. Erməni tarixçi Yegişenin verdiyi məlumata görə Sasanilərin xristianlığı qadağan etməsinə etiraz edənlər arasında Vanandın bulqar yepiskopu Qad da olmuşdur. Avarayr döyüşündə birləşmiş xristian ordularının 3-cü hissəsinə bulqar sərkərdə Tatul başçılıq edirdi. Sasanilərin həbs etdiyi əsilzadələr arasında Tatulun ailəsindən olan 3 bulqar da var idi.
Heydər Bulqakov
Heydər Bulqakov (1956, Özbəkistan SSR) — Sovet və Krım tatar mənşəli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor. == Bioqrafiya == 1956-cı ildə Krım tatarlarının sürgün edilməsindən sonra Özbəkistanda anadan olmuşdur. 1972-ci il Riyaziyyat Olimpiadasında dərəcə əldə etdikdən sonra fizika və riyaziyyat liseyində bitirib Novosibirsk Dövlət Universitetinə daxil olur. 1978-ci ildə Novosibirsk Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. 1978-1993-cü illərdə aparıcı tədqiqatçı, əvvəlcə Hesablama Mərkəzində (1978-1980), 1980-ci ildən sonra isə Riyaziyyat İnstitutunda tədqiqatçı vəzifələrini tutur. Tətbiqi Riyaziyyat kafedrasında əvvəlcə doktorluq (1982), sonra elmlər doktoru (1989) dərəcəsi almışdır. 1976-1993-cü illərdə əvvəlcə tələbəsi, daha sonra həmkar kimi professor Serqey Qodunov ilə birlikdə çalışır. Rusiyada bir kompüter tətbiqi olaraq inkişaf etdirdiyi texnoloji üsullar sənayedə, xüsusilə mühərrik, kimya, avtomobil, aviasiya və hərbi sənayedə tətbiqini tapır. Tədqiqat mərkəzinin koordinatorlarında çalışır. Çoxsaylı milli və beynəlxalq konqreslərdə təşkilatçı və natiq kimi iştirak etmişdir.
Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. == Tarixi == 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. == Arxeolojik məlumat == Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.
Mixail Bulqakov
Mixail Afanasyeviç Bulqkov (rus. Михаи́л Афана́сьевич Булга́ков; 3 (15) may 1891, Kiyev[…] – 10 mart 1940[…], Moskva) — rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor. == Həyatı == Mixail Bulqakov 1891-ci ilin 15 may tarixində Kiyev şəhərində Kiyev Ruhani Akademiyasının dosenti Afanasi İvanoviç Bulqakov (1859-1907) və onun həyat yoldaşı Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) (1869-1922) ailəsində dünyaya göz açmışdır. Ailədə yeddi uşaq var idi: Mixail (1891-1940), Vera (1892-1972), Nadejda (1893-1971), Varvara (1895-1954), Nikolay (1898-1966), İvan (1900-1969) və Yelena (1902-1954). 1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1916-cı ilin 31 oktyabrında həmin fakültəni əla qiymətlərlə bitirib həkimlik diplomunu əldə edir. Təyinata əsasən Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedir. Daha sonra o, Vyazmada həkim kimi çalışır. 1913-cü ildə Tatyana Nikolayevna Lappa (1892-1982) ilə ailə qurur. Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərir.
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
İdil bulqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. == Ümumi məlumat == Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.
Şimali Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. == Tarixi == 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. == Arxeolojik məlumat == Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.
İdil Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Yelena Bulqakova
Yelena Sergeyevna Bulqakova (qız soy adı Nürenberq, birinci evlilikdə Nilova, ikinci evlilikdə Şilovskaya, rus. Еле́на Серге́евна Булга́кова; 21 oktyabr (2 noyabr) 1893, Riqa – 18 iyul 1970, Moskva) — rus yazıçısı və dramaturqu Mixail Bulqakovun üçüncü həyat yoldaşı, onun ədəbi irsinin qoruyucusu. “Master və Marqarita” romanında Marqarita obrazının əsas prototipi. Moskva İncəsənət Teatrının əməkdaşı, Vladimir Nemiroviç-Dançenkonun şəxsi katibi Olqa Bokşanskayanın kiçik bacısı. == Həyatı == Yelena Bulqakova 1893-cü il oktyabrın 21-də (2 noyabr) Riqada anadan olub. Onun anadan olduğu və uşaqlıq illərinin keçdiyi ev qorunub saxlanılıb (Fellinskaya küç., №1, 1930-cu illərdə nömrə 3-ə dəyişdirilmişdir). Onun atası, vəftiz olunmuş yəhudi Sergey Nurenberq (o, bu soyadı tez-tez Nürnberq kimi yazırdı) müəllim, sonra vergi müfəttişi, jurnalist olub və Riqa qəzetləri ilə əməkdaşlıq edib. Anası Aleksandra Aleksandrovna, qızlıq soyadı Qorskaya (1864-1956), pravoslav keşişinin qızı idi. Yelena Sergeyevanın bir bacısı Olqa (1891-1948) və iki qardaşı var idi - Aleksandr (1890-1964) və Konstantin (1895-1944). Anasının təkidi ilə ailə üzvləri evdə ancaq rus dilində danışırdılar və birlikdə pravoslav kilsəsinə gedirdilər.

bulqa sözünün leksik mənası və izahı

"bulqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bulqa nədir? #bulqa sözünün mənası #bulqa nə deməkdir? #bulqa sözünün izahı #bulqa sözünün yazılışı #bulqa necə yazılır? #bulqa sözünün düzgün yazılışı #bulqa leksik mənası #bulqa sözünün sinonimi #bulqa sözünün yaxın mənalı sözlər #bulqa sözünün əks mənası #bulqa sözünün etimologiyası #bulqa sözünün orfoqrafiyası #bulqa rusca #bulqa inglisça #bulqa fransızca #bulqa sözünün istifadəsi #sözlük