Spiraea japonica var. bullata
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Yaponiyada, Çində, Koreyada yayılmışdır.
Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur.
Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.