Budaq sözü azərbaycan dilində

Budaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Budaq • 75.0703%
  • budaq • 24.2737%
  • BUDAQ • 0.4686%
  • BUdaq • 0.1874%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.43 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 27.41
2003 ••••••••••• 14.17
2004 ••••• 6.74
2005 •••• 4.72
2006 •••• 4.96
2007 •••• 4.23
2008 ••••••• 8.53
2009 ••• 3.20
2010 ••• 3.00
2011 •••• 4.55
2012 ••••• 6.37
2013 ••• 2.92
2014 •• 2.23
2015 •• 1.70
2016 0.17
2017 0.81
2018 0.15
2019 0.83
2020 0.53

budaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət. Budaqları sınan ağacları görərkən … yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. □ Budaq atmaq (vermək) – bax budaqlanmaq. Boylu çinar budaq atmış, qol atmış. R.Rza. 2. məc. Əsas bir şeydən ayrılan qol, şaxə, xətt, şöbə, hissə, qisim. ◊ Budaq cümlə qram. – tabeli mürəkkəb cümlənin tərkibinə daxil olub, baş (yaxud digər budaq) cümləyə tabe olan cümlə.

    Azərbaycan dilinin izahlı lüğəti

budaq sözünün etimologiyası

  • 1 Bu sözlə yanaşı, adır kəlməsi də mövcud olub, ayırmaq feili ilə bağlıdır. Budaq və bud (ayaq, qıç) sözləri kökdaşdır. Budaq ağac gövdəsindən ayrılan qollar olduğu kimi, qıç da bədənin ayaqlara ayrılan hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

budaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 BUDAQ (ağac və kolların gövdəsindən ayrılan hissələri) Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər (A.Səhhət); DAL (kl.əd.) Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən (M.Rahim); QANAD (dan.) Qarğalar uçur, sağsağanlar sırsıra bağlamış qanadlarda oturub cükküldəyirdilər (S.Rəhimov); QOL-BUDAQ Hündür, dümdüz şam ağaclarının qol-budaqları üşüyürmüş kimi qar ləpələri altında titrəşirdi (M.İbrahimov); ŞAX ..Oturdum, quşlar da şaxlarda yatdı; Qız bu an üstümə bir qab su atdı (M.Rahim); ŞAXƏ Qızılgülün şaxələri bir-birinə qarışmışdı... (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti

budaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ветка, ветвь, сук; 2. грамм. придаточный;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. 1. ветвь, ветка. Palıdın budaqları ветви дуба, çılpaq budaqlar голые ветви, quşlar budağa qondular птицы сели на ветку 2. сук. Quru budaqlar сухие сучья 3. побег, отросток. Yan budaqlar боковые побеги II прил. 1. ветвяной. Budaqlardan düzəldilmiş талвар ветвяной навес 2. лингв. придаточный. Budaq cümlə придаточное предложение

    Azərbaycanca-rusca lüğət

budaq sözünün inglis dilinə tərcüməsi

budaq sözünün fransız dilinə tərcüməsi

budaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хел; чихел; 2. пер. хел (асас са затӀуникай чара хьанвай пай); ** budaq cümlə грам. придаточное предложение.

    Azərbaycanca-ləzgicə lüğəti

budaq sözünün türk dilinə tərcüməsi

budaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

şax; yeni nəslin başçısı; vuran, döyən, qoşunu ağac kimi budayan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"budaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#budaq nədir? #budaq sözünün mənası #budaq nə deməkdir? #budaq sözünün izahı #budaq sözünün yazılışı #budaq necə yazılır? #budaq sözünün düzgün yazılışı #budaq leksik mənası #budaq sözünün sinonimi #budaq sözünün yaxın mənalı sözlər #budaq sözünün əks mənası #budaq sözünün etimologiyası #budaq sözünün orfoqrafiyası #budaq rusca #budaq inglisça #budaq fransızca #budaq sözünün istifadəsi #sözlük