Budaqov sözü azərbaycan dilində

Budaqov

Yazılış

  • Budaqov • 99.3225%
  • BUDAQOV • 0.6098%
  • budaqov • 0.0678%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araz Budaqov
Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri. == Həyatı == === Ailəsi === Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur. 1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər. Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır. === Vəfatı === Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur.
Bayram Budaqov
Bayram İsmayıl oğlu Budaqov (8 yanvar 1994, Sabirkənd, Marneuli rayonu – 10 oktyabr 2020, Odessa) — hücumçu mövqeyində çıxış etmiş Ukrayna və Azərbaycan futbolçusu. == Karyerası == === Klub karyerası === Bayram Budaqov 8 yanvar 1994-cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd kəndində anadan olub. Ukraynanın "XQVUFK-1 Xarkov", "Metallist Xarkov", "İliçyovets Mariupol" və "Dnepr" komandalarının yetirməsidir. Sonuncunun heyətində 2011-2014-cü illər aralığında əvəzedicilərin çempionatında 55 oyun keçirib, 9 qol vurub. 2014-cü ildə "Dnepr"lə müqaviləsi başa çatan Budaqov komandanı tərk edib. 2014-cü ilin iyun ayında "AZAL" və "Xəzər Lənkəran", iyul ayında "Qəbələ", 2015-ci ilin mart ayında isə "Neftçi" komandasında baxışda olub. 2016-cı il qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"la müqavilə bağlayıb. 3 aprel 2016-cı ildə "Qarabağ"a qarşı oynanılan görüşdə yeni komandasında debüt edib. "Xəzər Lənkəran"ın heyətində ilk və yeganə qolunu 20 may 2016-cı ildə "Rəvan"ın qapısından keçirib. 2016-2017 mövsümünü Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail"in heyətində keçirib.
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Canpolad Budaqov
Ramiz Budaqov
== Siyahı ==
Rufiz Budaqov
Rufiz Şirzad oğlu Budaqov (12 iyul 1977, Tivi, Ordubad rayonu – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. == Tərcümeyi-halı == Rufiz Şirzad oğlu Budaqov 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Tivi kənd tam orta məktəbində təhsil alıb. 1995-ci ilin iyulunda Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1995–1997-ci illərdə "N" saylı hərbi hissədə xidmət edib. 1998-ci ilin martında Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Gizir Hazırlığı Kursu"na qatılıb. Müdafiə Nazirliyinin əmri ilə "gizir" hərbi rütbəsi verilib və N saylı hərbi hissəsində tankçı olaraq xidmətə başlayıb. iyun 2004-cü ildə səhhətində yaranan problemə görə təqaüdə göndərilib. Tam müalicədən sonra iyun 2012-ci ildə yenidən hərbi xidmətə qayıdıb. 2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşma zamanı cəbhənin Goranboy-Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı da fərqlənib.
Rəşad Budaqov
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Yaqub Budaqov
Yaqub Qurban oğlu Budaqov (d. 22 dekabr 1927, Babək rayonu, ZSFSR, SSRİ — ö. 2 oktyabr 1993, Naxçıvan, Naxçıvan MR, Azərbaycan) — həkim-nevropatoloq, tibb elmləri namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir. == Xatirəsi == 1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.
Yusif Budaqov
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib. Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib.

"budaqov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#budaqov nədir? #budaqov sözünün mənası #budaqov nə deməkdir? #budaqov sözünün izahı #budaqov sözünün yazılışı #budaqov necə yazılır? #budaqov sözünün düzgün yazılışı #budaqov leksik mənası #budaqov sözünün sinonimi #budaqov sözünün yaxın mənalı sözlər #budaqov sözünün əks mənası #budaqov sözünün etimologiyası #budaqov sözünün orfoqrafiyası #budaqov rusca #budaqov inglisça #budaqov fransızca #budaqov sözünün istifadəsi #sözlük