Udaqava Yoan
Udaqava Yoan (宇田川 榕菴, 9 mart 1798, Edo[d] – 22 iyun 1846 və ya 1846, Edo[d]) – Yaponiya alimi və həkimi. Qərb elmlərini öyrənmişdir. O, "Yaponiya botanikasının atası" hesab olunur.
== Həyatı və karyerası ==
Udaqava Yoan 1798-ci ildə Yaponiyanın Oqaki hanında doğulmuşdur. Atası Ezava Yoci həkim idi. O, kiçik yaşlardan etibarən təbiətşünaslığa maraq göstərməyə başlamışdır. Atasının etirazlarına baxmayaraq, Tokuqava şoqunluğunun tərcüməçisi Baba Sacurodan holland dili dərsləri almışdır. 1811-ci ildə Qərb tibbi üzrə həkim Udaqava Şinsay tərəfindən övladlığa götürülmüşdür. Babanın ölümündən sonra holland dili dərslərinə Yoşio Çuciro ilə davam etmişdir.
Udaqava 1817-ci ildə Tsuyama klanının rəsmi həkimi postunu qəbul etmişdir.