ulaq sözü azərbaycan dilində

ulaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ulaq • 85.2941%
  • Ulaq • 10.2941%
  • ULAQ • 4.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Ulaqan rayonu
Ulaqan rayonu(c.alt. Улаган аймак) — Altay Respublikasında rayon. Ulaqan rayonu Rusiya federasiyasının Altay Respublikasında yerləşir. Ulaqan rayonu Pazırıq mədəniyyətinin beşiyidir. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.

ulaq sözünün leksik mənası və izahı

  • 1 is. Yük və ya minik heyvanı. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov. // Eşşək. Əziziyəm, nə dəm var; Nə söhbət var, nə dəm var; Dəyirmana getməyə; Nə ulaq var, nə dən var. (Bayatı). Bəli, Məmmədhəsən əmi bir ulaq aldı. Amma bu ulaq başıbəlalı ulaq imiş. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ulaq

ulaq sözünün etimologiyası

  • 1 İlgək, ilmə sözlərindəki il və ulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili “əlaqə yaratmaq”, “bağlamaq” anlamını əks etdirir. Ulaq ismi ul feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub (qədim mənası: sifarişi çatdırmaq üçün “minilən at” demək olub). İndi məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ulaq

ulaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ULAQ Bəli, Məhəmmədhəsən əmi bir ulaq aldı (C.Məmmədquluzadə); EŞŞƏK Dəyirmançı bir qoca; Minmiş qara eşşəyə; Oğlu da arxasınca; Gedirdilər meşəyə (A.Şaiq); HİMAR (kl.əd.) Əcəb alimnümayanın, əcəb cahil müridanın; Əcəb vəhşi və heyvanın, otuz milyon himarın var (Ə.Nəzmi); XƏR (kl.əd.) Yeddi-səkkiz ayda xamlamışdı xər; Qolları cəng olub qaldı, müxtəsər... (Q.Zakir); TOŞİ (məh.) [Gülbadam:] Oyan, dur gedək. Dədən səni toşiyə mindirəcəkdir.. (N.Nərimanov); UZUNQULAQ Çarvadarlar dolu xurcunu uzunqulağın belinə aşırar, özləri də üstündə yavaş-yavaş, tələsmədən bu kənddən o kəndə sürərdilər (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ulaq

ulaq sözünün rus dilinə tərcüməsi

ulaq sözünün inglis dilinə tərcüməsi

ulaq sözünün fransız dilinə tərcüməsi

ulaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. лам; ulağa gücü çatmır, acığını palanına tökür. Ata. sözü лам гатаз тахьайла, алух гатада; // ламран.

    Azərbaycanca-ləzgicə lüğəti / ulaq

"ulaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ulaq nədir? #ulaq sözünün mənası #ulaq nə deməkdir? #ulaq sözünün izahı #ulaq sözünün yazılışı #ulaq necə yazılır? #ulaq sözünün düzgün yazılışı #ulaq leksik mənası #ulaq sözünün sinonimi #ulaq sözünün yaxın mənalı sözlər #ulaq sözünün əks mənası #ulaq sözünün etimologiyası #ulaq sözünün orfoqrafiyası #ulaq rusca #ulaq inglisça #ulaq fransızca #ulaq sözünün istifadəsi #sözlük