* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi. – Nəvəsi onun … burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır. M.Rzaquluzadə. 2. Qulaqları örtmək üçün papağın yanlarından sallanan hissəsi. Papağın qulaqlarını salmaq. 3. Bir şeyin qırağı, yanı, kənarı, ucu. İkincisi, mən ömrüm olanı səndən savayı bir qadına gözümün qulağı ilə də baxmayacağam. Ə.Haqverdiyev. Günəşin qulağı batdımı, kimsə bu mədənin yanından keçə bilməzdi. A.Şaiq. Məmməd bəy dinmirdi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Çəmənzəminli. // “Bir” sözü ilə: bir tikə, bir parça, bir qırıq, bir az, azacıq, cüzi. Kişi çörəkdən bir qulaq qoparıb etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M.İbrahimov. Hər nə varsa, bir qulaq gətir, iştahadan yaman kəsilmişəm. S.Rəhimov. Arvadlar qəzeti o qədər dartışdırdılar ki, bir qulağı qırıldı. Mir Cəlal. 4. Arabada: oxların təkərdən kənara çıxmış ucu. Arabanın qulağı sındı. – Kəndin küçələrindən birində tini burulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub (sındı). H.Sarabski. ◊ Bir qulağından alıb, o biri qulağından çıxartmaq, yaxud bu qulağından vurub, o qulağından keçirmək – eşidərək əməl etməmək, deyilən sözə əhəmiyyət verməmək, tapşırılan sözü, işi, təklifi yerinə yetirməmək, vecinə almamaq, saymazlıq göstərmək. Tükəzban bunlara bilmərrə fikir verməyib, dalınca söylənən sözləri də eşidəndə bu qulağından vurub, o qulağından keçirərdi. B.Talıblı. Qulağa girmək məc. – bir şey bilməyə, söz çəkməyə çalışmaq. Qulağı ağır olmaq – 1) ağır eşitmək, yaxşı eşitməmək; 2) işdə kahal və tənbəl olmaq, səhlənkar olmaq. Qulağı batmaq – kar olmaq, eşitməmək. Qulağı cingildəmək – 1) qulağında zəng səsi kimi bir səs eşitmək; 2) sözünün başqası tərəfindən danışıldığını hiss etmək. Qulağı çəkilmək – tənha və uzaq bir yerdə qalıb darıxmaq, qəribsəmək, ürəyi qısılmaq, könlü sıxılmaq. Qulağı dəng olmaq – səs-küydən təngə gəlmək, səsdən təngişmək. Qulağı dinc olmaq – rahat, asudə, sakit, qeydsiz-qayğısız olmaq, canı rahat olmaq. İnsanın əvvəl-qabaqca düşməni olmasa, söz yox ki, qulağı dinc olar… C.Məmmədquluzadə. Qulağı dincəlmək – rahat olmaq, asudələşmək, qeyddən-qayğıdan azad olmaq, heç bir şeyin dərdini çəkməmək. Qulağı dolmaq – bir şeyi çox eşitməkdən ona adət etmək, öyrəşmək, inanmaq. Qulağı … olmaq – birinin danışdığı sözlərə diqqətlə qulaq asmaq, bir sözünü qaçırmamaq. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi. Vaqifin də qulağı onda idi. Çəmənzəminli. Qulağı səsdə olmaq – bir şeyin intizarında olmaq, bir xəbər gözləmək. Qulağı səsə düşmək – heç bir səs olmadığı halda, qulağına səs gəlmək. Gülpəri qulağının səsə düşdüyünü güman edib, yerinə uzanmaq istərkən, eyni zəif taqqıltı yenə eşidildi. M.Hüseyn. Qulağına arı vızıltısı kimi gəlmək – heç bir əhəmiyyət verməmək, qətiyyən saymamaq, vecinə almamaq. Qulağına barmaq tıxamaq – qulaq asmaq istəməmək, qulaq verməmək, eşitməməyə çalışmaq, eşitmək istəməmək. Qulağına batmaq – təsir etmək. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz. C.Məmmədquluzadə. Qulağına çatdırmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək, xəbər vermək. Qulağına çatmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitmək. Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin qulağına çatdı. Mir Cəlal. Qulağına dəymək – eşitmək, eşidən kimi olmaq. Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov. Qulağına əyilmək – qulağına söz demək. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. Qulağına girməmək – təsir etməmək, kar etməmək, əsər etməmək, saymamaq, əhəmiyyət verməmək. …Bu danışıqların heç biri mənim qulağıma girmir. C.Məmmədquluzadə. Qulağına pambıq tıxamaq – bax qulağına barmaq tıxamaq. Qulağına pıçıldamaq – yavaşca və xəlvəti söyləmək, pıç-pıç danışmaq. Qulağına söz girməmək (batmamaq) – söz təsir etməmək, deyilən sözə qulaq asmamaq. Qulağına yetişmək – bax qulağına çatmaq. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq. Qulağında sırğa olmaq – təcrübədən çıxmaq, imtahandan çıxmaq, bir sınaq nəticəsində ayıq və sayıq olmaq, yadından çıxarmamaq. Qulağından çıxmaq – yadından çıxmaq, unudulmaq. Qulağından pambığı çıxarmaq – ayılmaq, qəflətdən ayılmaq, düşünmək. Çıxar pambıq qulağından, gözün aç; Ki, həşr oldu və çalındı bu gün sur. Nəsimi. Qulağını burmaq – bax qulağını çəkmək. Qulağını (qulaqlarını) çəkmək – yüngülcə cəzalandırmaq, tənbeh etmək. Qulağını (qulaqlarını) doldurmaq – bir fikri və s.-ni daima birinə təlqin etmək, beyninə yeritmək, inandırmağa çalışmaq. [Rəcəb:] …Mən yavaş-yavaş Zinyət xanımın qulağını doldururam. N.Vəzirov. …Hacı Mir İbrahim ağa və sair ağa və mollanümalardır ki, hərəsi öz ətrafına bir dəstə yığıb, avamın qulaqlarını doldururlar ki, hər kəs onlara itaət etsə, behiştə daxil olacaq. “Mol. Nəsr.” Qulağını sallamaq – 1) anlamamaq, deyilən sözü qanmamaq; 2) boş-bikar durmaq, avara gəzmək. Qulağını saza vermək – saymamaq, bir sözə qulaq asmayıb başqa işlə məşğul olmaq. Qulağını tutmaq – bax qulağına barmaq tıxamaq. Qulağını tutub qaçmaq – bir sözü və s.-ni eşitmək istəməmək, nifrət etmək. Qulağının ardını görəndə – heç vaxt, qətiyyən, əsla. Qulağının dibi saralmaq – ölümü yaxınlaşmaq. Qulağının dibində – lap yanında, lap yaxınlığında, yanındaca. Atam məni qolları arasında yük üstünə uzadırkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. A.Şaiq. Qulağının dibini görər – heç bir vaxt görməz, əsla görməz. Qulaq asmaq – 1) dinləmək. Bir qulaq as naleyiheyranə, hifz et naləsin; Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim! Heyran xanım. Xan … başını pəncərədən çıxardıb, bir də qulaq asdı. Çəmənzəminli. Mən gedib oxuyanaçalana qulaq asıb, çox el mahnıları və muğamat öyrəndim. H.Sarabski; 2) qulağını qoyaraq yoxlamaq, müayinə etmək. Həkim ürəyimə qulaq asdı; 3) gizli olaraq qulaq vermək, xəbər bilmək, dinləmək, eşitmək. Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram. N.Vəzirov; 4) deyilən sözə əməl etmək, sözə baxmaq, deyiləni qəbul etmək; // fikir vermək, əhəmiyyət vermək, saymaq. [İskəndər:] Baş üstə, … amma bunu de ki, mənim sözümə qulaq asan kimdir? C.Məmmədquluzadə. [Mahmud əminin] öz ağlı vardı və belə işlərdə öz bildiyini edirdi, bir kəsin sözünə qulaq asmazdı. B.Talıblı; 5) qeydinə qalmaq, muğayat olmaq, fikir vermək, baxmaq. Uşağa yaxşı qulaq as. Qulaq batırmaq – 1) kar etmək, karlaşdırmaq; 2) səs-küydən dəng etmək, gurultudan təngə gətirmək. Qulaq batmaq – dəng olmaq, səsdən, bərk danışıqdan heç şey eşitməmək, kar olmaq. …Qulağım batdı, nə çox-çox danışırlar. M.Ə.Sabir. Qulaq dincliyi – rahatlıq. [Vəzir:] Vəzirim mənə belə-belə qulluq buyurubdur, sonra qulaq dincliyi bizə haram olar. M.F.Axundzadə. [Gülcamal:] Bu bəy, bu yüzbaşı, bu divanxana; Bir qulaq dincliyi verərmi ona? Z.Xəlil. Qulaq kəsilmək – diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək. Bütün nümayəndələr qulaq kəsilərək, şairin səsini eşitmək … istəyirdi. M.S.Ordubadi. Başdan-ayağa qulaq kəsilərək müəllimin sözlərini diqqətlə dinləyən Həsən … son sözləri eşidərkən bütün vücudu sarsılır kimi oldu. A.Şaiq. Qulaq kəsmək – aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq. Aslan bəyin evlərinə baxırsan, … o büsatlar, o bəzək, o şücaətlər hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. N.Vəzirov. Qulaq qabartmaq – bildirmədən, hiss etdirmədən qulaq asmaq, gizlindən qulaq vermək. Qulaq-qulağa – 1) tən, bərabər; 2) yanaşı. Qulaq olmaq – güdmək. Qulaq tutmaq – qulaq asmaq, fikir vermək. Gər sənə əfqanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut. Füzuli. Qulaq tutulmaq – bax qulaq batmaq. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən səsdən qulaq tutulur. A.Şaiq. Şəhərin hər tərəfindən alov qalxırdı, güllə və top səsindən qulaq tutulurdu. Çəmənzəminli. Qulaq vermək – bax qulaq asmaq 1 və 4-cü mənalarda. Hükəmalar buyurublar: …sözünü o kəslərə de ki, sənə qulaq verirlər. C.Məmmədquluzadə. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev; // eşitməyə çalışmaq. Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı. Qulaqda qalmaq – yadda qalmaq, unudulmamaq. Qulaqda saxlamaq – yadda saxlamaq, unutmamaq. Qulağına qurğuşun! – arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə. Qulaqlarını (qulağını) şəkləmək – 1) səs və s.-dən hürkərək qulaqlarını dikləmək. Mahmud atdan yerə sıçradı. Ürkə töyşüyə-töyşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn; 2) məc. çox maraqlanmaq, bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək. Çox adam qulağını şəkləyib durur. A.Şaiq. Əli qulağında – tam vaxtında, lap vaxtında. Yerin, divarın qulağı var – danışarkən ehtiyatlı olmaq lazım gəldiyini bildirir.
Azərbaycan dilinin izahlı lüğəti / qulaq1 Məncə, qol, qıç, qulaq sözləri eyni kökdən törəyib və “çıxıntı” deməkdir. “Arxın qulağını dəyiş” deyirik; cəhrədə iyin kərt yeri də qulağa (cəhrədə olur, “iybaşı” da deyirlər (ruscası “напрасло”), geydirilir, formaca qulağa oxşayır. Hər iki halda “çıxıntı” mənası özünü göstərir: suyun qulağını dəyişmək “axar üçün yeni çıxıntı düzəltmək “. Qulaq sözünü “eşitmək” mənasını verən qu feili ilə də bağlayırlar. Mübahisəlidir. Güman edirəm ki, rus dilindəki глухой sözü də qulaq sözü ilə qohumdur. Qulaq “yox” ifadəsinin dəyişmiş formasıdır (müqayisə et: çolaq –qolu yox). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qulaq1 QULAQ (insan və heyvanlarda eşitmə orqanı) [Bahadır] leytenantın qulağına nə isə pıçıldadı (R.Rza); GUŞ (arx., kl.əd.) Quşumda sırğadı, sinəmdə dağdı; Ağıllı unutmaz, necə ki, sağdı (Aşıq Ələsgər).
Azərbaycan dilinin sinonimlər lüğəti / qulaq2 I сущ. 1. ухо. Uşağın qulaqları ağrıyır у ребёнка болят уши, qulağına demək говорить на ухо, qulaq iltihabı мед. воспаление уха, qulağın qanaması кровотечение из уха, qulaq gurultusu шум в ушах 2. наушник тёплой шапки 3. перен. край, кромка, кончик 4. диал. место отвода воды от основного канала. Suyun qulağını dəyiş пускай воду по отводной канаве II прил. ушной. Qulaq xəstəlikləri ушные болезни, qulaq həkimi ушной врач, мед. qulaq seyvanı ушная раковина, qulaq kiri ушная сера, qulaq güzgüsü ушной рефлектор, живот. qulaq nişanı ушная метка; qulaq tanası ушные мочки ◊ qulaq asmaq: 1. слушать, внимать; 2. слушаться, повиноваться; 3. прислушиваться, прислушаться: 1) напрягая слух, стараться услышать, расслышать что-л. 2) принимать, принять к сведению что-л. обращать, обратить внимание на что-л. Məsləhətə qulaq asmaq прислушиваться к советам; 4. заботиться о к ом, смотреть за кем; qulağını batırmaq kimin оглушать, оглушить кого (сильным звуком, шумом лишить слуха); qulaq vermək kimə, nəyə слушать, прислушиваться, навострить уши; qulağına girməmək не обращать внимания, не вникать; qulağına səs gəlmək послышаться (о голосе и т.п.); qulağında qalmaq запомнить навсегда что; qulağını aparmaq (dəng eləmək) прожужжать уши к ому; qulağını doldurmaq kimin: 1. напевать, напеть в уши к ому; 2. наговаривать, навязчиво убеждать в чем-л.; qulaqlarına pambıq tıxamaq не желать слушать, заткнуть уши; qulaqlarını şeşə tutmaq см. qulaqlarını şəkləmək; qulaqlarını sallayıb durmaq развесить уши; qulaqlarını tutmaq зажать уши; qulaqlarını şəkləmək навострить уши, настораживаться, насторожиться; qulaqları cingildəyir kimin звенит в ушах у кого; qulaqucu eşitmək краем уха слышать; qulağına dəymək kimin дойти до чьего слуха; qulağı ağır eşidir kimin туг на ухо кто; qulağına çatmaq доходить до слуха; qulağında sırğa etmək мотать на ус, зарубить себе на носу; qulağına pıçıldamaq шепнуть на ухо; qulaq yoldaşı собеседник; qulağını kəsmək kimin выманивать, выманить у кого что-л., получить, добыть хитростью, обманом; надуть, обобрать кого; qulaqlarına inanmamaq не верить своим ушам; qulaqlarını tıxamaq заткнуть уши; qulağı dəng olmaq утомиться от шума; qulağı dincəlmək отдохнуть от кого, чего-л.; qulağı çalmaq одним ухом слышать о чём; səsi qulağına gəlmək, qulağında səslənmək звучать в ушах у кого; qulağından çıxart забудь навсегда; qulağının dibini görərsən не видать тебе как своих ушей; kimin qulağını burmaq драть за уши кого; qulağını dik (şeşə) tutmaq держать ушки на макушке; qulağının dibinə qədər qızarmaq покраснеть до кончиков ушей; qulağının dibindən halva iyi gəlir дышит на ладан; qulaqlara qurğuşun не дай бог, не приведи господи; divarların da qulağı var и стены имеют уши; qulağından pambığı çıxart слушай внимательно; adını çək qulağını bur лёгок (легка) на помине; qulağının dibi saralıb kimin у кого одна нога в могиле, для кого гроб заказан; qulağından tutub ortaya çıxart за ушко да на солнышко; qulağı səsə düşmək послышаться к ому; qulağına deyil всё нипочём к ому; qulağına tanış gəlmək казаться знакомым; qulağını burmaq kimin надрать уши к ому; qulağının dibində под носом; qulağının dibini qızışdırmaq дать затрещину
Azərbaycanca-rusca lüğət / qulaq1 I. i. ear; ~ asmaq 1) to listen (to); (musiqiyə) to hear* (d.); (radioya verilişlərinə) to listen in; Qulaq asıram (telefonda danışarkən); Hullo!; Qulaq asırsınızmı? Are you there? qulağını batırmaq to deafen (d.); (zərbə ilə) to stun (d.); qulağını çəkmək to pull smb.’s ears; qulağını burmaq to clip one’s ears; ◊ qulağını doldurmaq to persuade smb.; ◊ qulağına girməmək to pay* no attention (to), to take* no heed (of); qulaqlarını şəkləmək to prick up one’s ears; ◊ qulağına dəymək to reach smb.’s ears; ◊ qulağında sırğa etmək to take* good note of smb.; qulağına inanmamaq not to believe one’s ears; Bir qulağından alıb, o biri qulağından vermək / buraxmaq In at one ear and out at the other; Qulaqlara qurğuşun! ≅ God forbid! 2) (riayət etmək) to obey; bir kəsin məsləhətinə ~ asmaq to follow / to take* smb.’s advice; ◊ ~ vermək to listen (to), to ear (to); qulağında qalmaq to remember once and for ever II. s. aural, ear; ~ vəzi aural gland; ~ çirki ear-wax; ~ həkimi ear-specialist; ~ ağrısı earache; ~ pərdəsi eardrum
Azərbaycanca-ingiliscə lüğət / qulaq1 is. oreille f ; ~ asmaq écouter vt ; ~ğını batırmaq assourdir qn
Azərbaycanca-fransızca lüğət / qulaq1 сущ. 1. яб; // япун (мес. тӀал); япарин (мес. духтур); 2. яб, япар (бармакдин); 3. са затӀунин къерех, къвал, кӀуф; // bir qulaq са кӀус, са тӀимил, тӀимил кьван; 4. арабадин гигинин чархунилай къерехдихъ акъатнавай кӀуф; ** bir qulağından alıb, o biri qulağından çıxartmaq yaxud bu qulağından vurub o qulağından keçirmək лагьай са гаф (кар, теклиф) кьилиз акъуд тавун, япай тефин, япалай авун, гьисаба такьун, кваз такьун; qulağa girmək пер. япа гьахьун, са затӀ чириз, гаф акъудиз алахъун; qulağı ağır olmaq япал залан хьун а) хъсан ван татун; б) кӀвалахдал тенпел хьун, кагьул хьун; qulağı batmaq япар биши хьун, ван татун, ван тахьун; qulağı cingildəmək япу ванун а) япара зенгинин хьтин ван гьатун; б) масада вичин гаф ийизвайди гьисс авун; qulağı dəng olmaq япар денг хьун, япай акъатун, ванцикай шерзум хьун, жазан хьун; qulağı dinc olmaq яб динж хьун, са дертни (къайгъуни) амукь тавун, секин хьун, ччандиз регьят хьун; qulağı dolmaq япар ацӀун, са затӀ гзаф ван хьуникди адаз адет авун, вердиш кьун; qulağı ... olmaq яб алаз хьун, садан рахунриз, гафариз дикъетдалди, са гафни ахъай тавуна яб гун; qulağı səsə düşmək ван элягъун, са ванни авачир гьалда япуз са гьихьтин ятӀани ван атун; qulağına barmaq (pambıq) tıxamaq япара тупӀар (памбагар) ттун, яб акализ (яб гуз) кӀан тахьун, яб тагун, ван тахьун патал алахъун; qulağına batmaq япара гьатун, эсер авун; qulağına çatmaq (yetişmək) япув агакьун, япухъ галукьун, ван хьун (са гаф, хабар); qulağına dəymək япухъ галукьун, ван хьун, ван атай хьиз хьун; qulağına əyilmək япал лугьун (гаф); qulağına girməmək япай тефин, япара гьат тавун, эсер тавун, гьисаба такьун, кваз такьун; qulağına pıçıldamaq япал пус-пус авун, явашдаказ, чинеба лугьун, кушкушдалди рахун; qulağına söz girməmək (batmamaq) гафуни эсер тавун, лагьай гафуниз яб тагун, япара гьат тавун (лагьай гаф); qulağından çıxmaq рикӀелай алатун (фин); qulağını (qulaqlarını) çəkmək (burmaq) япар акьажун, кьезил жаза гун, туьнбуьгь авун; qulağını (qulaqlarını) doldurmaq япар ацӀурун, кьил ацӀурун, кьиле тваз, чӀалахъариз алахъун (са фикир ва мс. гьамиша садаз тикрар авуналди, лугьуналди); qulağını sallamaq а) яб куьрсарун, гъавурда гьат тавун (лагьай гаф); б) буш-бикар акъвазун, са карни авачиз буш-буш къекъуьн; qulağının ardını görəndə гьич садрани, са чӀавузни, гьич, эсиллагь, ламран ттум чиликай фейила (пер.); qulağının dibi saralmaq кьиникь (рекьидай вахт) мукьвал хьун; qulağının dibində япун кӀанув, лап мукьув, лап къвалав; qulaq asmaq яб гун а) яб акалун; б) яб эцигна юхламишун, килигун (азарлудаз); в) чинеба яб акалун; г) гафуниз килигун, чӀалаз килигун, лагьай кар (гаф) кьилиз акъудун; // фикир гун, кваз кьун, гьисаба кьун; д) къайгъуда амукьун, мукъаят хьун, фикир гун, килигун; qulaq batırmaq а) япар биши авун, биши авун; б) япай акъудун, кьил-яб тухун, япар денг авун, шерзумун (ванци); qulaq batmaq (tutulmaq) япар биши хьун, япай акъатун, денг хьун, ванцин, кӀевиз рахунин гьиляй маса затӀ ван тахьун; qulaq dincliyi япун динжвал, яб динж хьунухь, регьятвал; qulaq kəsilmək дикъетдалди яб гун, дикъет авун; qulaq kəsmək яб атӀун, алцурарун, гьилледалди (алцурарна) гвай пул ва я мс. затӀ гъиляй къачун; qulaq qabartmaq япар хкажун, чир тавуна, чинеба яб гун; qulaq olmaq яб алаз хьун, хуьн; qulaq tutmaq яб гун, фикир гун; qulaq vermək кил. qulaq asmaq (а,г); qulaqda qalmaq япара амукьун, рикӀел аламукьун, рикӀелай алат тавун; qulaqda saxlamaq рикӀел хуьн, рикӀелай алуд тавун; qulaqlarını (qulağını) şəkləmək япар хкажун а) ванцикай ва мс. кхунна япар тик кьун; б) пер. са затӀ ван хьун патал вири дикъет гьадаз гун, къягъун; əli qulağında лап вахтунда; yerin (divarın) qulağı var Ata. sözü чилихъни япар ава (рахадамаз игьтиятлу хьун лазим тирди къалурдай ибара).
Azərbaycanca-ləzgicə lüğəti / qulaq