qucaq sözü azərbaycan dilində

qucaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qucaq • 98.2301%
  • Qucaq • 1.4749%
  • QUCAQ • 0.2950%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qucaq (Qürvə)
Qucaq (fars. قوجاق‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 440 nəfər yaşayır (100 ailə). Əhalisini kürdlər təşkil edir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Trevoru qucaqla (film, 2007)
Trevoru qucaqla (ing. Holding Trevor) Amerika istehsalı olan dram, melodram janrlı filmdir. Ruser Qudmenin rejissorluq etdiyi bu film 2007-ci ildə nümayiş olunub. == Məzmun == Narkotik aludəçisi olan sevgilisindən yeni ayrılan Trevor Holden bunun yorğunluğundan çıxmaq istədiyi bir vaxt Efram adlı öz yaşıdı ilə tanış olur. Qısa vaxt ərzində dostaşan oğlanların münasibəti sonradan sevgiyə çevrilir. Lakin Efram Trevorun buna hazır olmadığını düşünür. Ancaq öz hissləri ilədə bacara bilməyən Efram ona özü ilə birgə Nyu Yorka gəlməyi təklif edir. Qərar vermə ərəfəsində isə xoşagəlməz hadisəni öyrənir. Beləki, otaq yoldaşı Endinin QİÇS olduğunu öyrəndikdən sonra çıxılmaz vəzyyətə düşən Trevor getmək istəsədə onu bu vəziyyətə qoyub getmək də ürəyincə deyil. == Rollarda == Brent Qorski — Trevor Holden Kristofer Villie — Darell Cey Brannan — Ceyk Melissa Sirinq — Endi Eli Kranski — Efram == Film musiqiləri == "Suburbia Floating" (Bəstəkar: Skott Starrett) "Dark Delay" (Bəstəkar: Robert Heskin) "Dirty Numbers" (Bəstəkar: Aaron Taşcian, ifa edən: Suig Tooz) "Envelope Marked X" (Bəstəkar: Gravity Terminal) "Bypassed" (Bəstəkar: Gravity Terminal) "Stop" (Bəstəkar: Aleks Devis) "Athletico" (Bəstəkar: Ceremi Şerman) "Spanish Rumba" (Bəstəkar: Daniel Koks) "Bolero del Sol" (Bəstəkar: Çuk Henri) "Red Queen" (Bəstəkar: Qabe Lopez "Beautiful Lies" (Bəstəkarlar: Stüart Matis, Holli Mathis və Deanna Dozier, ifa edən: Deanna Dozier) "Running from the Sum" (Bəstəkar: Maykl Frieman və ifa edən: Çheck in the Dark) "Lower My Gun" (Bəstəkar: Cay Brannan) "Far Too Deep" (Bəstəkar: Qabe Lopez) "Rewind" (Bəstəkar: Aaron Taşcian) == İstinadlar == == Xarici keçidlər == Trevoru Qucaqla — Internet Movie Database saytında.
Trevoru qucaqlarkən (film, 2007)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.11 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2006 ••••• 0.45
2007 •••••• 0.63
2008 •••••••••••••• 1.46
2009 ••••••••• 0.96
2010 ••••••••• 0.91
2011 •••• 0.43
2012 ••••••••••••••• 1.63
2013 •••••••••••••• 1.46
2014 ••••••••••••••••••• 2.06
2015 •••••••••••••••••••• 2.21
2016 ••••••••••••••• 1.56
2017 •••••••••••••• 1.46
2018 •••••• 0.60
2019 •••••••• 0.83
2020 ••••••••••• 1.19

qucaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı… M.Hüseyn. Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya tərəf apardı. M.Rzaquluzadə. □ Qucağı uşaqlı – qucağında körpə uşağı olan. Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. // Mehribanlıq və nəvaziş üçün birini qucaqlamaqdan ötrü açılmış qolların tutduğu vəziyyət; ağuş. Qucağına atılmaq. – Doktor onu qucağına alıb alnından öpər və konfetə qonaq edərdi. M.İbrahimov. Baba da cücəli toyuq kimi onlara dil tökür, qucağına alır. Mir Cəlal. // Məc. mənada. Bir də dilimizdə Vətən sözü var! Ana qucağıdır bu ilahi söz. S.Vurğun. Ayna sular qucağında görünür; Div gövdəli, qara üzlü qayalar. R.Rza. Ulduzlar sönüb gedir göylərin qucağına. Ə.Cəmil. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli. 2. Adətən “bir” sözü ilə: bir qucaq – 1) qollarının arası tutduğu qədər. [Atakişi:] İndi, qızım, mənim təsəllim bu bir vedrə su, bir qucaq odundur, onu da mənim əlimdən almayın. C.Cabbarlı; 2) məc. çoxlu, çox. Məndə sənin bir qucaq sirrin var… M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / qucaq

qucaq sözünün etimologiyası

  • 1 Kökü qucmaq feilidir, -aq şəkilçisi feildən isim düzəldir (sor və soraq qəlibi üzrə). Kəlmə “od, isti” mənalarında işlədilmiş köy sözü ilə bağlıdır və qoyun (пазуха) sözü ilə qohumdur, əsli göycaq kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qucaq

qucaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qucaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. объятия; 2. охапка; 3. обхват;

    Azərbaycanca-rusca lüğət / qucaq
  • 2 сущ. 1. объятие. Ana qucağı материнские объятия 2. обхват 3. лоно. Sular qucağında на лоне вод, təbiət qucağında на лоне природы 4. охапка (в сочет. с числительными). İki qucaq от две охапки сена ◊ qucağına almaq: 1. заключить в объятия; 2. взять на руки; qucağına atılmaq бросаться в объятия; qucağına götürmək kimi взять на руки кого; kimin qucağında в чьих объятиях

    Azərbaycanca-rusca lüğət / qucaq

qucaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. embrace, arms pl.; ana qucağı mother’s embrace / arms; təbiətin qucağında in nature’s lap; bir kəsin qucağına atılmaq to throw* / to fall* into smb.’s arms; bir kəsi qucağına almaq 1) bax qucaqlamaq; 2) to take* smb. in one’s arms; bir ~ armful; bir ~ ot armful of hay

    Azərbaycanca-ingiliscə lüğət / qucaq

qucaq sözünün fransız dilinə tərcüməsi

qucaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къужах; // qucağı uşaqlı къужахда аял авай, куьлуь аял гвай (мес. дишегьли); 2. кьулач; bir qucaq са къужах а) са кьулач, гъилерин арада гьатдай кьадар; б) пер. гзаф кьадар, гзаф.

    Azərbaycanca-ləzgicə lüğəti / qucaq

qucaq sözünün türk dilinə tərcüməsi

"qucaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qucaq nədir? #qucaq sözünün mənası #qucaq nə deməkdir? #qucaq sözünün izahı #qucaq sözünün yazılışı #qucaq necə yazılır? #qucaq sözünün düzgün yazılışı #qucaq leksik mənası #qucaq sözünün sinonimi #qucaq sözünün yaxın mənalı sözlər #qucaq sözünün əks mənası #qucaq sözünün etimologiyası #qucaq sözünün orfoqrafiyası #qucaq rusca #qucaq inglisça #qucaq fransızca #qucaq sözünün istifadəsi #sözlük