qucar sözü azərbaycan dilində

qucar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qucar • 50.0000%
  • Qucar • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bahadır şah Qucarati
Sultan Qütbəddin Bahadır şah Qücərati (1500-cü illər, Qucarat sultanlığı – 5 aprel 1526) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi. Səltənətinin başlanğıcında xalq üzərində basqı quran və vəzirləri də hər zaman xor görən İskəndər bir saray zərbəsiylə ortadan qaldırıldı.
Qucarat
Qücərat (qüc. ગુજરાત; hind. गुजरात; ing. Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.). Qücəratın Solanki sülaləsi 960-cı ildən 1243-cü ilədək bu ştatı idarə etmişdi. Sultan Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qücərat əyalətlərini Qəznəvilər dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Xələclər sülaləsindən Sultan Cəlaləddin Firuz şah 1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı.
Qucarat dili
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qucarat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Qucarati
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qucaratlılar
Qucaratlılar - Hindistanda yaşayan hind-ari mənşəli xalq. "Qucaratlılar" termini "qucaratta", yəni "qucaratlıların torpağı" anlamındadır. Qucarat ştatının əsas əhali kütləsi olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, Daman və Diu, Madya Pradeş, Maharaştra, Racəstan, Andhra-Pradeş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır. Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət qucarlar (qucara) Pəncab, Himaçal Pradeş, Racəstan, Haryana, Cammu və Kəşmir və Şərqi Pakistan ərazisində yaşayırlar. Hind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Qucaratdeşa ərazilərində (müasir Qucarat və cənubi Racəstan) məskunlaşmışlar. Elə "qucarat" toponimi də Çalukya sülaləsinin (X əsr) dövründən məlumdur. 1406-cı ildə mərkəzi Ahmadabad olan Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin əvvəllərində güclənmişdir. Antropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi tipinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayılır.

"qucar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qucar nədir? #qucar sözünün mənası #qucar nə deməkdir? #qucar sözünün izahı #qucar sözünün yazılışı #qucar necə yazılır? #qucar sözünün düzgün yazılışı #qucar leksik mənası #qucar sözünün sinonimi #qucar sözünün yaxın mənalı sözlər #qucar sözünün əks mənası #qucar sözünün etimologiyası #qucar sözünün orfoqrafiyası #qucar rusca #qucar inglisça #qucar fransızca #qucar sözünün istifadəsi #sözlük