qatar-qatar sözü azərbaycan dilində

qatar-qatar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qatar-qatar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar (Kəleybər)
Qatar (fars. قاطار‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (51 ailə).
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. == Tarixi == Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Qatar (Qoşaçay)
Qatar (fars. قطار‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Qatar (dəqiqləşdirmə)
Qatar
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar Airways
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. == Tarixi == Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. == Sponsorluqlar == İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. == Sualın qoyuluşu == Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. == Məsələyə tənqidi baxışlar == Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.
Avtomatik qatar idarəsi
Avtomatik qatar idarəsi (ATC) — xarici təsirlərə qarşı sürətə nəzarət mexanizmini əhatə edən dəmir yolları üçün qatar müdafiə sistemlərinin ümumi bir sinfidir. ATC sistemləri, müxtəlif kabin siqnalizasiya texnologiyalarını əlaqələndirirlər və köhnə avtomatik qatar dayandırma texnologiyası ilə müqayisə olunduqda sərt tormozlama əvəzinə daha çox yavaş tormozlanmadan istifadə edirlər. Avtomatik qatar idarəsi ayrıca avtomatik qatar əməliyyatlarında da istifadə edilə bilər (ATO) və adətən sistemin təhlükəsiz-kritik hissəsi hesab olunur. Bir müddət keçdikdən sonra "avtomatik qatar nəzarəti" kimi etiketlənmiş bir çox təhlükəsizlik sistemi yardıldı. İlki 1906-cı ildən Böyük Qərb dəmiryolunda istifadə edilmişdir. İndi həmin sistem AWS (avtomatik xəbərdarlıq sistemi) adlandırılandırlır. Termin xüsusən Yaponiyada geniş yayılmışdır, burada ATC bütün Shinkansen (bullet qatar) xətlərində və ATS üçün əvəz kimi bəzi şərti dəmir yolu xətlərində istifadə olunur. == Avropa == === Danimarka === Danimarka'nın ATC sistemi (resmi olaraq ZUB 123 olaraq müəyyən olunmuş) qonşularından fərqlidir.1980-dən 1987-yə qədər İsveçdəki ATC sistemi Danimarka'da sınandı ve 1986 ile 1988 arasında yeni bir Siemensin hazırladığı ATC sistemi . aprel 1988'de meydana gelen Sorø demiryolu qəzası (da: Sorø-ulykken) nəticəsində yeni sistem, 1990'lərin əvvəllərindən etibaren bütün Danimarka əsas xətlərində hissəli olaraq quruldu. === İsveç === İsveç ATC'nın inkişafı 1960 illərdə (ATC-1) başladı ve 1980-lərin əvvəllərində yüksek sürətli qatarlarla (ATC-2) biryerdə resmi tanıdıldı.
Kəraçi qatar qəzası
Kəraçi qatar qəzası (həmçinin Landhi dəmiryol qəzası kimi adlandırırlar) — 3 noyabr 2016-cı ildə 07:18 radələrində Landi Dəmiryolu Stansiyasından yola başlayan sərnişin qatarının Pakistanın Kəraçi şəhərində qəzaya uğradığı qatar qəzasıdır. Multandan gələn Zakariya Ekspress sərnişin qatarı düzgün siqnal vermədiyi üçün Lahordan Kəraçiyə gələn Fareed Ekspress sərnişin qatarı ilə arxadan toqquşmuşdur. İki qatarın toqquşması nəticəsində ən azı 21 nəfər həlak olmuş, 65 nəfər isə yaralanmışdır. Sonrakı günün səhərindən, yəni çərşənbə axşamından Kəraçi şəhərinin Landhi ərazisində xilasetmə işlərinə başlanmışdır. == Qəza == Şahidlər məlumat bildirdilər ki, Multandan gələn Zakariya Ekspress sərnişin qatarı Kəraçidə dayanacaqda dayanmışdır. Sürətlə Lahordan gələn Fareed Ekspress sərnişin qatarı zərblə digər qatara çırpılmışdır. Qatar qəzasından sonra insan qışqırıqları ətrafa yayılmışdır. Qatarlar ən azı iki vaqonun toqquşması nəticəsində aşıblar. Televiziya kadrları göstərir ki, qatarlar qəza nəticəsində sıradan çıxıblar. Qəzadan sonra qatarlar yerləşdikləri dayanacaqlara aparılıblar.
Müasir Qatar Muzeyi
Müasir Qatar Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzeydir. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
Qırmızı Qatar (1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir. == Film haqqında == Film 2 seriyalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva === Rollarda === Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı == Sponsor == "Rimur" Konserni == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır. Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.
2016 Eseka qatar qəzası
2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar. Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur. == Arxa planda == Fransanın Bollor şirkətinin öhdəliyində olan Kamrail Sitarail, həmçinin Fransanın keçmiş müstəmləkələri olan Burkina-Faso və Kot-d’İvuarın dəmir yolu xidmətlərini yerinə yetirən müəssisə kimi fəaliyyət göstərir. 2016-cı ilin sentyabr ayında Sitaraildə körpü dağılandan sonra Sitarail qatarlarının qəzaya uğraması böyük diqqətə səbəb olmuşdur. Hadisə Qərbi Afrika ölkələri arasında beynəlxalq qatar sisteminin bağlanmasına səbəb olub. Bollor şirkətinin rəhbərlik qrupuna Fransalı məşhur milyarder Vinsent Bollor başçılıq edir. (Siril Bollorun oğludur, Bollor Nəqliyyat və Logistika şirkətinin direktoru və 2016-ci ilin yanvar ayından etibarən Kamrail şirkətinin sahibi) Həmçinin Bollor Qərbi Afrika Regional Dəmiryolu xəttinin tərtib edilməsi çərçivəsində Fransanın Qərbi Afrikada əlavə dəmir yolu xətlərinin inşası və istismarı ilə bağlı planlarının yaradıcısıdır. == Qəza == Hadisə iştirakçılarının yer aldığı və Kamrailə məxsus sərnişin qatarı paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi şəhəri olan Duala şəhərinə gedirmiş.
Hennenman-Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. == Qəza == 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası

Qatar-i Süfla (Germi)
Qatar-i Süfla (fars. قطارسفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (16 ailə).
Qatar-i Ülya (Germi)
Qatar-i Ülya (fars. قطارعليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (28 ailə).
Qırmızı qatar (film, 1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir. == Film haqqında == Film 2 seriyalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva === Rollarda === Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı == Sponsor == "Rimur" Konserni == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.

qatar-qatar sözünün leksik mənası və izahı

  • 1 zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; dəstə-dəstə, cərgəcərgə, sıra-sıra. Qatar-qatar olub, qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / qatar-qatar

qatar-qatar sözünün sinonimləri (yaxın mənalı sözlər)

qatar-qatar sözünün rus dilinə tərcüməsi

qatar-qatar sözünün inglis dilinə tərcüməsi

qatar-qatar sözünün fransız dilinə tərcüməsi

qatar-qatar sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qatar-qatar nədir? #qatar-qatar sözünün mənası #qatar-qatar nə deməkdir? #qatar-qatar sözünün izahı #qatar-qatar sözünün yazılışı #qatar-qatar necə yazılır? #qatar-qatar sözünün düzgün yazılışı #qatar-qatar leksik mənası #qatar-qatar sözünün sinonimi #qatar-qatar sözünün yaxın mənalı sözlər #qatar-qatar sözünün əks mənası #qatar-qatar sözünün etimologiyası #qatar-qatar sözünün orfoqrafiyası #qatar-qatar rusca #qatar-qatar inglisça #qatar-qatar fransızca #qatar-qatar sözünün istifadəsi #sözlük