Qafar sözü azərbaycan dilində

Qafar

Yazılış

  • Qafar • 99.4730%
  • QAFAR • 0.3294%
  • qafar • 0.1976%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qafar Abdullayev
Qafar Heydəroviç Abdullayev - (15 (28) fevral 1896, Azərbaycan — 9 fevral 1951, Səmərqənd) - Özbək, Sovet oftalmoloqu. 1896-cı ildə müasir Azərbaycan ərazisində anadan olub. BKP üzvü (b). 1933-cü ildən - iqtisadi, sosial və siyasi iş üzrə. 1933-1951-ci illərdə - Oftalmoloji klinikada köməkçi, dosent, göz xəstəlikləri kafedrasının müdiri, Səmərqənd Dövlət Tibb İnstitutunun professoru. Tibb elmləri doktoru, Özbəkistan SSR Elmlər Akademiyasının müxbir üzvü. Traxoma üçün yeni müalicə üsulları hazırlamışdır. SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. 1951-ci ildə Səmərqənddə vəfat etdi.
Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev (17 avqust 1950, Talıstan, İsmayıllı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2012). Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, Ərdəbil – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
Qafar Məmmədov
Qafar Yaqub oğlu Məmmədov (1940, Xok, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. Qafar Yaqub oğlu Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Noraşen rayonunun Xok kəndində anadan olmuşdur. 1957-ci il tarixində Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər oğlan məktəbini bitirmişdir. Həmin il Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə həmin institutdan məzun olmuşdur. Qafar Məmmədov əmək fəaliyyətinə Naxçıvan stansiyasın 39 nömrəli orta məktəbində müəllim olaraq başlamışdır. O, 1970–1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 39 nömrəli orta məktəbdə yenidən müəllimlik fəaliyyətinə başlamışdır. Qafar Məmmədov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Qafar Məmmədov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 19 nömrəli Naxçıvan şəhər Əliqulu Qəmküsar seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə Qafar Məmmədov Ali Məclis sədrinin müavini seçilmişdir.
Qafar Novruzlu
Aktyor Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Bakı şəhərində musiqi texnikumunu bitirmiş, 1994-cü ilə kimi "Dastan" və "İrs" folklor ansambllarında çalışmış daha sonra isə aktyorluq sənətinə başlamışdır. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət almış, Azərbaycanın görkəmli aktyorları ilə tərəıf müqabili olmuşdur. 1997-ci ildən isə Milli bayramımız olan Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə Xalqımız arasında sənətdə öz sözünü demişdir. 1997-ci ildən 2011-ci ilədək bütün Dövlət Tədbirlərinə dəvət almış, hətta Dövlət başçılarımızın diqqət mərkəzində olmuş və onlar tərəfindən çox maraqla izlənilmişdir. Son zamanlar isə Azərbaycanda "Demokratik" məmurların sayəsində diqqətdən kənar qalmışdır. [1] "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist, "Nuh Yurdu" qəzetinin redaktoru. 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub. Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür. 2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur. 2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur. Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir. Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Məryəm Qafar-zadə
Məryəm Fikrət qızı Qafar-zadə (1980, Bakı) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri.(2020-2022) Məryəm Qafar-zadə 11 iyun 1980-cı ildə Bakıda anadan olub. 2006-cı ildən etibarən dövlət qulluğunda çalışır. İxtisasca həkim-bioloqdur. 2009-2017 illərdə Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb, mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyalarının monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib. 80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən Məryəm Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib. 24 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib və 2022-ci ilə qədər bu vəzifəni icra edib. Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantıdır. 25 dərc olunmuş elmi məqalənin müəllifidir.
Məşədi Mirzə Qafar İsmayılov
Məşədi Mirzə Qafar İsmayılov — azərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur. Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir. Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur. O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir. 25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Qafar Sarıvəlli
Qafar Sarıvəlli — rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var. 1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Qafar İsmayılov
Qafar İsmayılov (1953, Naxçıvan rayonu) — texnika elmləri doktoru, professor İsmayılov Qafar Qulamhüseyn oğlu 1953-cü ildə Azərbaycan SSR Naxçıvan MR Sirab kəndində anadan olmuşdur. 1975-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1983-cü ildə qədər institutun "Neft və qaz hasilatının texnika və texnologiyası" və "Neftin hidravlikası" laboratoriyalarında mühəndisdən başlamış böyük elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildə "Neftqaz hasilatında texnoloji proseslərin və parametrlərin qazın tərkibinə görə proqnozlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1991-ci illərdə ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" və "Neft və qazın nəqli və saxlanılması" laboratoriyalarında böyük elmi işçi vəzifəsində işləmiş, 1991–1999-cu illərdə isə "Neft və qazın nəqli və saxlanılması" kafedrasının dosenti, professoru olmuşdur. 1999-cu ildə "Neftqaz hasilatında nəzarət-diaqnostik və reotexnoloji üsulların yaradılması əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması üçün qərarların qəbul edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–2003-cü illərdə — ADNA-nın elmi katibi, 2003–2006-cı illərdə isə qazneftmədən fakültəsinin və magistratura bölməsinin dekanı olmuş, 2006-cı ildən bu günə qədər isə — "Neft və qazın nəqli və saxlanılması" kafedrasının professoru vəzifəsində işləyir. İsmayılov Q.Q. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssisdir. Elmi tədqiqatların sahəsi: neft və qazın hasilatı və nəqli zamanı texnoloji proseslərin səmərəliliyinin artırılması; nəzarət-diaqnostik və optimallaşdırıcı üsulların işlənilməsi; Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və sualtı neft borularının istismarı ilə əlaqədar ekoloji problemlərin həlli. İsmayılov Q.Q. 100-dən elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi var.
Qafar Əhmədov
Qafar Əsgərzadə
Qafar Əsgərzadə (tam adı: Qafar Ələsgər oğlu Əsgərzadə d. 31 mart 1963, Azərbaycan, Bakı) — Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Rəyasət heyətinin məsul katibi, 2003-cü ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru. Qafar Əsgərzadə 1963-cü il mart ayının 31-də Bakı şəhərində məşhur Dağlı məhəlləsində anadan olmuşdu. 1980-ci ildə Yasamal rayonundakı 158 №-li orta məktəbi, 1981-ci ildə Bakı şəhəri 60 №-li texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda baş texnik vəzifəsində çalışıb. 1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna indiki (Azərbaycan Texniki Universiteti) daxil olub. 1986-cı ildə Radiotexnika fakültəsini, İnstitutun İctimai fənlər fakültəsinin 5 illik jurnalistika kursunu bitirib. İnstitutda təhsil zamanı Radiotexnika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2000-ci ildə Günay xanımla ailə qurmuş, bu birgə nigahdan onların 2 qız övladı dünyaya gəlmişdir. Azadə Əsgərzadə Ləman Əsgərzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 1981-ci ildən müntəzəm olaraq "Bakı", "Azərbaycan müəllimi", "Bakinski raboçi", "Vışka", "Azərbaycan məktəbi", "Mədəniyyət və incəsənət" və başqa mətbuat vasitələrində ədəbiyyat və incəsənətimiz haqqında məqalələrlə çıxış etmişdir.
Qafar Mirzəyev
Qafar Mirzəyev (tac. Ғаффор Мирзоев), həmçinin Qafar-Sedoy ( tac. Гаффор-Седой) — Tacikistan siyasətçisi, Narkotiklərlə Mübarizə Agentliyinin keçmiş rəhbəri. O, 2004-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakının özəlləşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra digər ittihamlarla ömürlük həbs cəzasına məhkum edilmişdir. O, Kulyabda anadan olmuş və mənşəcə ölkədə hakim "Kulyab" tayfasına mənsub idi. Onun atası İkinci Dünya müharibəsi veteranı Tacikistanda ilk yük maşını sürücülərindən biri olmuşdur. Özü də sonralar bir müddət yük maşını sürücüsü olmuş, lakin məktəbi bitirdikdən sonra paytaxt Düşənbəyə Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. O, Ozodi meydanındakı etirazlar zorakılığa çevrildikdən sonra Tacikistan Xalq Cəbhəsinə qoşulmuşdur. 1995-ci ildə barışıq prosedurlarından sonra Mirzəyev Prezident Qvardiyasının rəisi olmuşdur. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Mahmud Xudaverdiyevin paytaxta çatmasının qarşısını ala bilmişdir.
Qafar Okkan
Əli Qafar Okkan (türk. Ali Gaffar Okkan; 24 fevral 1952, Xəndək[d], Sakarya ili – 24 yanvar 2001, Diyarbəkir) — Türkiyə polisi, Diyarbəkir polisinin rəisi. Sui-qəsd nəticəsində həlak olub. Diyarbakırda "Qaffar Baba" olaraq tanınır və xatırlanır. 24 fevral 1952-ci ildə Sakarya ilində anadan olub. 30 sentyabr 1970-ci ildə Polis Kollecində təhsilini başa vurub. Daha sonra Ankaradakı Polis Akademiyasına daxil olub və 1973-cü il sentyabrın 29-da oranı bitirib. İnspektor köməkçisi (türk. Komiser köməkçisi) vəzifəsində işini tamamladıqdan sonra İzmir Polis Şöbəsinə göndərilmiş, orada bir sıra vəzifələrdə çalışaraq, rəislik rütbəsinə qədər yüksəlmişdi. 1983-cü ildə Şanlıurfaya göndərildi.
Elmira Qafarova
Elmira Mikayıl qızı Qafarova (1 mart 1934, Bakı, SSRİ – 1 avqust 1993, Bakı, Azərbaycan) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (1991–1992), Azərbaycan SSR Ali Sovetinin (1990–1991) və Rəyasət Heyətinin sədri (1989–1990), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1989), Azərbaycan SSR xarici işlər naziri (1983–1987), Azərbaycan SSR xalq maarifi naziri (1980–1983). Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E. Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini almışdır. Elmira Qafarova 1961–1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961–1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E. Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966–1970-ci illərdə bu vəzifədə işləmişdir. E. Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir.
Elnur Qafarov
Elnur Mirzəxan oğlu Qafarov (21 dekabr 1981; Siyəzən, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Qafarov 1981-ci il dekabrın 21-də Siyəzən şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun çavuşu olan Elnur Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qafarov oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Etibar Qafarov
Fuad Qafarov (şəhid)
Gültəkin Qafarova
Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.15 avqust 1961, Bakı — ö.12 yanvar 2009, Bakı— tibb bacısı Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.
Hidayət Qafarov
Hüseyn Qafarov
Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti. Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.
Kamaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kəmaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kənan Qafarov
Kənan Qafarov (tam adı: Kənan Siyaqif oğlu Qafarov; 6 avqust 1996; Göyçay, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Qafarov 1996-cı il avqustun 6-da Göyçay rayonunun Yalman kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Qafarov oktyabrın 8-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mehman Qafarov
Məhəmmədhəsən Qafarov
Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu – 3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor. Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
Məmmədhəsən Qafarov
Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu – 3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor. Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
Nadir Qafarzadə
Nadir Qafarzadə (11 fevral 1971, Dəvəçi rayonu) — Azərbaycan müğənnisi. Nadir Qafarzadə 13 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Tatəsillidir. Ailəlidir 2 oğlu var. Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir. 1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar. 2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir.

qafar sözünün leksik mənası və izahı

qafar sözünün etimologiyası

"qafar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafar nədir? #qafar sözünün mənası #qafar nə deməkdir? #qafar sözünün izahı #qafar sözünün yazılışı #qafar necə yazılır? #qafar sözünün düzgün yazılışı #qafar leksik mənası #qafar sözünün sinonimi #qafar sözünün yaxın mənalı sözlər #qafar sözünün əks mənası #qafar sözünün etimologiyası #qafar sözünün orfoqrafiyası #qafar rusca #qafar inglisça #qafar fransızca #qafar sözünün istifadəsi #sözlük