Qaffar sözü azərbaycan dilində

Qaffar

Yazılış

  • Qaffar • 89.5833%
  • qaffar • 6.2500%
  • QAFFAR • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əl-Qaffar
Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri. Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”. Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir.
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.
Almaz Qaffarova
Almaz Adı qızı Qaffarova (1942, Zaqatala – 17 oktyabr 2005, Bakı) — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Mirzə Fərrux xan Qaffari
Mirzə Fərrux xan Qaffari (12 iyul 1812, Kaşan, İsfahan ostanı – 1871, Tehran) — İranın ictimai-siyasi xadimi, diplomat. Mirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı. Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu. Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi. Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib. Mirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mirzə Mehdi xan Qaffari
Mirzə Mehdi xan Fərrux xan oğlu Qaffari (fars. مهدی‌خان غفاری کاشانی‎; 12 iyul 1860, Kaşan, İsfahan ostanı – 5 may 1918, Tehran) — İranın ticarət naziri. Mirzə Mehdi xan Fərrux xan oğlu Qaffari 1860-cı ildə Tehranda anadan olmuşdu. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almışdı. Sonra Avropada ali təhsilə yiyələnmişdi. Mirzə Mehdi xan Qaffari Mirzə Ələsgər xan Əminüssultanın baş nazirliyi dönəmində İranın ticarət vəziri olmuşdu. Mirzə Mehdi xan Qaffari bəhai və mason təşkilatının üzvü idi. Mirzə Mehdi xan Qaffari 1918-ci ildə vəfat edib.
Qaffariyyə Günbəzi (Marağa)
Qaffariyyə Günbəzi Marağa şəhərinin şimal-qərbində, Sufiçayın kənarında yerləşir. Abidə Azərbaycan Elxanilər dövlətinin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. Qaffariyyə Günbəzi Marağa şəhərinin digər tarixi abidələri kimi katakombaya malik daş bünövrə üzərində ucaldılmış dörd guşəli bina formasında inşa edilmişdir. Binanın hər 4 tərəfində rombşəkilli ornamentlətrlə bəzədilmiş sütunlar yerləşir. Binanın şimal tərəfə açılan qapısınnın hər tərəfində iki tağ, bir tərəfində isə kitabə yerləşir. Binanın qara, ağ və açıq mavi rəngli kaşılarla işlənmiş fasadı memarlıq-üsbul baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, binanın ümumi görünüşünə unikal şəkil verməkdədir. Portalın üzərində həkk olunan epiqrafik yazı abidənin Elxani hökmdarı Əbu Səid Bahadurxanın (716-736 hicri-qəməri) hakimiyyət illərində inşa edildiyini xəbər verir. Tarixi mətnlərdə qeyd edilənlərə əsasən, Sultan Yaqub bin Həsən bəy Ağqoyunlunun hakimiyyət illərində yaşayan Nizaməddin Əhməd bin Hüseyn Əlqəffari adlı bir arif həcc ziyarətindən qayıdan zaman bu günbəzin yaxınlığında abidə tikdirmiş, eləcə də bağ saldırıb, digər əmlaklarla birgə onu abidənin tərkibində vəqf kimi bağışlamışdır. Ona görə də qeyd edilən abidə, ona məxsus digər binalar, eləcə də Qaffariyyə Günbəzi bu şəxsin adı ilə məşhurlaşmışdır. Binanın üzərində olan bütün yazılan Reyhani xətti ilə işlənmişdir.
Cahangir Qaffari
Cahangir Qaffari (9 sentyabr 1940, Bakı) — Les Demons (1973), Dick Turpin (1974) və Qanlı idman (1988) filmləri ilə tanınan aktyor və kino prodüseridir. == Həyatı == 9 sentyabr 1940-cı ildə Bakıda Cənubi Azərbaycan kökənli ailədə dünyaya gəlmişdir. Türkiyəli aktrisa Gülsüm Kamu ilə evli olmuşdur. == Yaradıcılığı == Ailə bir müddətdən sonra İrana köçməyə məcbur olmuşdur və Cahangir Qaffari burada aktyorluq fəaliyyətinə başlamışdır. Tanınmış aktyor olan Cahangir 1960-cı illərdə İstanbula bacısını ziyarət etməyə gedərkən Yeşilçamdan iş təklifi almış və əsasən 1970-ci illərdə olmaqla, orada bir çox tanınmış filmə çəkilmişdir. O, Türkiyəyə Nasir Mələk, Beyk İmanverdi və İrəc Qədiri ilə birlikdə keçmişdir. O, Türkiyədə 1980-ci illərin sonuna qədər fəaliyyət göstərmişdir. Türkiyədən ayrıldıqdan sonra ABŞ-da Con Foster və Con Qaffari adları ilə filmlərə çəkilmişdir. 1988-ci ildə Jan-Klod Van Dammın Qanlı idman filmində kiçik ölçülü bir rol oynamışdır. 1983-cü ildə Hundra, 1984-cü ildə Sarı saç və qızıl qalası, 1990-cı ildə La kruz de İberiya filmlərinin prodüserliyini etmişdir.

qaffar sözünün leksik mənası və izahı

Oxşar sözlər

#qaffar nədir? #qaffar sözünün mənası #qaffar nə deməkdir? #qaffar sözünün izahı #qaffar sözünün yazılışı #qaffar necə yazılır? #qaffar sözünün düzgün yazılışı #qaffar leksik mənası #qaffar sözünün sinonimi #qaffar sözünün yaxın mənalı sözlər #qaffar sözünün əks mənası #qaffar sözünün etimologiyası #qaffar sözünün orfoqrafiyası #qaffar rusca #qaffar inglisça #qaffar fransızca #qaffar sözünün istifadəsi #sözlük