qaynar sözü azərbaycan dilində

qaynar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaynar • 61.5059%
  • Qaynar • 38.4314%
  • QAYNAR • 0.0627%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaynar-i Ülya (Xoy)
Qaynar-i Ülya (fars. قينرعليا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Qaynarca (Çaroymaq)
Aşağı Qaynarca (fars. قينرجه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (17 ailə).
Kiçik Qaynarca sülhü
XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi. 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il Larqa və Kaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu. 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi: 1. Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; 2. Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) 3. Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; 4. Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; 5.
Qaynararxac
Qaynararxac — Oğuz rayonu ərazisində dağ. == Haqqında == Qaynararxac Xalxalçayın sahilindədir. Qaynar (şen, qalabalıq) və arxac (yay mövsümündə mal-qaranın köçdüyü yer) sözlərinin birləşməsindən yaranmışdır, "çoxlu adamı olan, qaynar həyatlı, qalabalıq olan arxac" mənasındadır. Oronimi "çeşməli arxac" kimi də izah edirlər. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007.
Qaynarca
Qaynarca (Sayınqala) Qaynarca (Tikantəpə) Qaynarca (Meşkinşəhr) ‎Qaynarca (Xudabəndə) Aşağı Qaynarca (Çaroymaq) Yuxarı Qaynarca (Çaroymaq)TəxəllüslərOqtay QaynarcaDigərKiçik Qaynarca sülhü Qaynarca — Dəvəçi rayonu ərazisində palçıq vulkanı. Qaynarca — Mingəçevirdə, Kür çayı ilə Yevlax-Şəki avtomobil yolu arasında algaq dağ silsiləsinin bir hissəsinin adı. Qaynarca — Xızı rayonu ərazisində şirinsulu, axarlı kiçik göl.
Qaynarca (Meşkinşəhr)
Qaynarca (fars. قينرجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (37 ailə).
Qaynarca (Sayınqala)
Qaynarca (fars. قينرجه‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Qaynarca (Tikantəpə)
Qaynarca (fars. قينرجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (201 ailə).
Qaynarca (Xudabəndə)
Qaynarca (fars. قينرجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (121 ailə).
Yuxarı Qaynarca (Çaroymaq)
Yuxarı Qaynarca (fars. قينرجه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (13 ailə).
Oqtay Qaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. == Həyatı == Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 45.18 dəfə / 1 mln.
2003 •• 8.66
2004 ••• 11.12
2005 •••••• 27.67
2006 ••••• 24.33
2007 ••••••• 31.93
2008 •••• 16.81
2009 •••••• 28.64
2010 ••••••• 30.50
2011 •••••••••• 49.50
2012 •••••••••••• 54.73
2013 ••••••••••••• 60.83
2014 ••••••••••••• 61.61
2015 •••••••••• 48.31
2016 ••••••••• 42.86
2017 ••••••• 31.22
2018 ••••••• 32.36
2019 •••••••••••••• 68.01
2020 •••••••••••••••••••• 99.19

qaynar sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Qaynama halında olan; yandırıcı, çox yüksək hərarətli; dağ, büryan. Qaynar su. Qaynar çay. Çiy tərəvəzi və meyvəni xörəyə salmadan əvvəl, yaxşı yumaq və üstünə qaynar su tökmək lazımdır. – Sabun zavodunda işləyən [Kərim xan Azadinin] atası qaynar sabun qazanına düşüb həlak olduğu zaman onun altı yaşı vardı. M.İbrahimov. Bu zaman qız qaynar samovarı gətirib süfrəyə qoyub, çay dəmləyib, ləb-ləb stəkanlara çay tökərək qonaqların qabağına qoyur. H.Sarabski. // Çox isti, hərarətli, qızğın, qızmar. Əsən yellər, ətir saçır bizim qaynar çöllərə. S.Vurğun. Yay günəşi o gün qaynar bir ocağı andırırdı. M.Dilbazi. 2. məc. Odlu-alovlu, canlı, ehtiraslı. Balaca Sabir bir an fikrə gedir, sonra dönüb qaynar gözləri ilə atasına baxırdı. S.Rəhimov. 3. məc. Coşqun, qızğın. Sənət nədir? O, həyatın qaynar axan çeşməsidir. S.Vurğun. Eldən elə, ölkədən ölkəyə gəzdi adı; Dolu, qaynar bir həyat yaşadı. R.Rza. 4. Qaynayan, fışqıran, qaynayıb çıxan. Lakin bəzən çıxar, hündür, qarlı dağ; Altından da çox isti qaynar bulaq. A.Səhhət. Yenə də yamyaşıl geyinir dağlar; Göz kimi durulur qaynar bulaqlar. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / qaynar

qaynar sözünün sinonimləri (yaxın mənalı sözlər)

qaynar sözünün antonimləri (əks mənalı sözlər)

qaynar sözünün rus dilinə tərcüməsi

  • 1 1. кипящий, горячий; 2. перен. кипучий;

    Azərbaycanca-rusca lüğət / qaynar
  • 2 прил. 1. горячий: 1) имеющий высокую температуру. Qaynar qazan горячий котел, qaynar çay горячий чай, qaynar su горячая вода; qaynar asfalt горячий асфальт 2) перен. полный силы, чувств, страстный (о любви и т.п.) 3) жаркий, знойный. Qaynar cənub günəşi горячее южное солнце 2. перен. кипучий (оживлённый, бурный). Qaynar fəaliyyət кипучая деятельность, qaynar həyat кипучая жизнь, qaynar enerji кипучая энергия 3. шумный (оживлённый, суетливый). Qaynar şəhərlər шумные города 4. буйный (непокорный, своевольный, озорной). Qaynar gənclik çağında в пору буйной молодости ◊ elə bil başıma bir qazan qaynar su töküldü как будто меня обдали кипятком; qaynar qazana soyuq su calamaq испортить все дело

    Azərbaycanca-rusca lüğət / qaynar

qaynar sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. hot; ~ bulaq hot spring; çox ~ piping hot; ~ suboiling water; 2. seething; ~ həyat seething life; ~ fəaliyyət tireless activity; ~ xarakter impetuous character

    Azərbaycanca-ingiliscə lüğət / qaynar

qaynar sözünün fransız dilinə tərcüməsi

qaynar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. ргар (мес. яд); 2. гзаф чими, ифей; кудай; 3. пер. цӀай авай, шеври, ргазвай (мес. вилер); 4. ргазвай, чиляй гадар хьана акъатзавай, ргаз-ргаз авахьзавай (мес. булах).

    Azərbaycanca-ləzgicə lüğəti / qaynar

qaynar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Borçalı, Qazax, Tovuz) paltar yumaq üçün qızdırılmış su ◊ Qaynar asmax // qoymax (Qazax) – paltar yumaq üçün su qızdırmaq. – Bajım qaynar asmağe:dif

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qaynar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaynar nədir? #qaynar sözünün mənası #qaynar nə deməkdir? #qaynar sözünün izahı #qaynar sözünün yazılışı #qaynar necə yazılır? #qaynar sözünün düzgün yazılışı #qaynar leksik mənası #qaynar sözünün sinonimi #qaynar sözünün yaxın mənalı sözlər #qaynar sözünün əks mənası #qaynar sözünün etimologiyası #qaynar sözünün orfoqrafiyası #qaynar rusca #qaynar inglisça #qaynar fransızca #qaynar sözünün istifadəsi #sözlük