qaftan sözü azərbaycan dilində

qaftan

Yazılış

  • qaftan • 81.8182%
  • Qaftan • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaftan
Qaftan - qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm” ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi”. Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi...

qaftan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qədim türklərdə geyim növü; don. Arxalıq kimi qaftan da qol, gövdə, ətəkdən ibarətdir, ancaq arxalıqdan fərqli olaraq qaftan uzunətəklidir. Yarı tapam, xına yaxam əlinə, Alıb gedəm vətəninə, elinə. Nə olar ki, sarılaydım belinə, Kəmər ağlar, qaftan ağlar, bel ağlar.                                              (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası

"qaftan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaftan nədir? #qaftan sözünün mənası #qaftan nə deməkdir? #qaftan sözünün izahı #qaftan sözünün yazılışı #qaftan necə yazılır? #qaftan sözünün düzgün yazılışı #qaftan leksik mənası #qaftan sözünün sinonimi #qaftan sözünün yaxın mənalı sözlər #qaftan sözünün əks mənası #qaftan sözünün etimologiyası #qaftan sözünün orfoqrafiyası #qaftan rusca #qaftan inglisça #qaftan fransızca #qaftan sözünün istifadəsi #sözlük