qartal sözü azərbaycan dilində

qartal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qartal • 50.8909%
  • Qartal • 48.7751%
  • QARTAL • 0.3341%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.85 dəfə / 1 mln.
2003 •••••••••••• 3.54
2004 •••••••••••••••••••• 6.40
2005 ••••••••••••••••• 5.40
2006 ••••••••• 2.70
2007 •••••••••••• 3.59
2008 •••••• 1.71
2009 •••••••• 2.56
2010 •••••••••••• 3.63
2011 •••••••••• 3.00
2012 ••••••••••••••• 4.65
2013 ••••••••••• 3.50
2014 ••••••••••• 3.26
2015 ••••• 1.36
2016 ••••••••• 2.60
2017 ••••• 1.30
2018 •••• 1.20
2019 ••••••• 1.95
2020 •••• 1.19

qartal sözünün leksik mənası və izahı

  • 1 is. 1. Dağlıq və ya çöllük yerlərdə yaşayan əyri dimdikli yırtıcı və qüvvətli iri quş; qaraquş. Dağ qartalı. – Qartal öz gücünü duyar yuvada; Uçub cövlan edər sonra havada. S.Vurğun. Qartal qanad çalarkən buludsuz göy üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil. 2. məc. tənt. Vüqarlı, cəsur, görkəmli adam haqqında. Hər beşik körpə aslan yuvasıdır, dəymə gəl; Qartallar yurdunun qapısını döymə gəl! S.Rüstəm. 3. məc. Obrazlı təşbehlərdə: təyyarə və təyyarəçilərə işarə. Sakit buludlarda süzəndə hilal; Döndü yuvasına bir dəstə qartal. M.Rahim. ◊ İkibaşlı qartal – bax ikibaşlı. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı; gah yuxarı. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti

qartal sözünün etimologiyası

  • 1 Mənbələrdə qartal ət (tikə-tikə doğranmış ət), qartal qoyun (zolaqlı qoyun) kimi ifadələr var. Görünür, qartal sözü “parçalayan” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

qartal sözünün sinonimləri (yaxın mənalı sözlər)

qartal sözünün rus dilinə tərcüməsi

  • 1 1. орел; 2. орлиный;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. орёл: 1. крупная хищная птица 2. перен. храбрый, смелый человек II прил. орлиный: 1. принадлежащий орлу. Qartal qanadları орлиные крылья 2. перен. такой, как у орла. Qartal baxışı орлиный взор, qartal ürəyi орлиное сердце, qartal kimi как орёл, по-орлиному

    Azərbaycanca-rusca lüğət

qartal sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. zool. eagle; dağ ~ı mountain eagle II. s. eagle’s; məc. eagle; aquiline; ~ yuvası eagle’s nest, eyrie, aery; ~ balası eaglet; ~ baxışlı eagle eye

    Azərbaycanca-ingiliscə lüğət

qartal sözünün fransız dilinə tərcüməsi

qartal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. лекь; // лекьрен (мес. муг, къармах); 2. пер. кьегьал, викӀегь, жуьрэтлу, акунар авай кас; 3. тешпигьра: самолётриз ва абур гьалдай летчикриз ишара; ** ikibaşlı qartal кил. ikibaşlı.

    Azərbaycanca-ləzgicə lüğəti

qartal sözünün türk dilinə tərcüməsi

qartal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

vüqarlı və qüvvətli quş; qorxmaz, cəngavər, bahadır; totem.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qartal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qartal nədir? #qartal sözünün mənası #qartal nə deməkdir? #qartal sözünün izahı #qartal sözünün yazılışı #qartal necə yazılır? #qartal sözünün düzgün yazılışı #qartal leksik mənası #qartal sözünün sinonimi #qartal sözünün yaxın mənalı sözlər #qartal sözünün əks mənası #qartal sözünün etimologiyası #qartal sözünün orfoqrafiyası #qartal rusca #qartal inglisça #qartal fransızca #qartal sözünün istifadəsi #sözlük