Qartalı sözü azərbaycan dilində

Qartalı

Yazılış

  • Qartalı • 52.5084%
  • qartalı • 46.1538%
  • QARTALI • 1.3378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində - blóðörn) - Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Çöl qartalı
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Səlahəddin Qartalı
Səlahəddin Qartalı, əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir. Misir, İraq, BƏƏ, Fələstin və Yəmənnin dövlət gerblərində yer alır, lakin adı çəkilən ərəb ölkələri Səlahəddin Qartalını təmanən dəyişmiş, 1952-ci ildə çəkilmiş yeni formasını işlədirlər. Bu simvol, Əyyubilər dövlətinin qurucusu və Atabəy Nürəddin Zənginin xələfi olan hökumdar Səlahəddin Əyyubi işlətdiyi qartal şəkilini təmsil edir. == Tarixi == Səlahəddin Əyyubi öz tayfasının sarı bayrağına Zəngilər və başqa türk tayfaları işlətdiyi Qartal şəkilini əlavə edərək şəxsi sancağı kimi işlətmişdir. Səlahəddinin dövləti vaxtında inşa edilən Qahirə Qalasının qərb divarında bir quşun barelyefi tikilib və, deyilənə görə, həmin Səlahəddin Qartalını təsvir edir, lakin bilinməyən səbəblərə görə o divardakı heykəlin başı qırıq vəziyyətdir; Osmanlı səyyahətçisi Övliya Çələbinin əsli olaraq qoşa başlı olduğunu iddia etdiyi bu qala divarındakı qartalın bu gün etibarıyla başı yoxdur. == Təsviri == Tarixçi Jane Hathaway bildirdiyinə görə, Misir və Suriyada Fatimilər sonrası hakimiyyətə gələn Əyyubilər və Məmlüklərin hökmdarlarını sarı rəng əks edirdi. Livanda nəşr olunan "Səlahəddin əl-Əyyubi: 12–13-cü əsrlərdə Şərq-Qərb münaqişəsinin tarixi" kitabında Səlahəddin işlətdiyi qartalın rəmzinin qırmızı, və arxa rənginin isə sarı olduğu bildirilir. Avropa heraldikasında işlənən işlənən qartallardan fərqli olaraq, bu quş qanadlarını yuxarı və ya yanlara deyil, aşağı tutur — bu, qartalın göyə uçmağını bildirə bilər. == İşlənməsi == 1952-ci ildən Misir dövlət rəmzi kimi işlənilir. 1963-cü ildən İraq dövlət simvolikalarında yer alır.
Afrika qara qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Ağquyruq dəniz qartalı
Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) — Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Berkut qartal boyda iridir. Ümumi rəngi qonur, qarın tərəfi nisbətən açıq rənglidir. Quyruğu qısa və təmiz ağdır. Dimdiyi sarıdır. Yayılması: Avropada və Asiyada yayılıb. Azərbaycanın Xəzəryanı və Kür-Araz sahələrində məskunlaşıb. Oturaq yaşayır, qışda biotopunu dəyişməklə kifayətlənir.
İlanyeyən dağ qartalı
İspan məzar qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
İspanya şah qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Zəngəzur qartalı (film, 2012)
Zəngəzur qartalı — Qarabağ tarixində dərin iz qoymuş el qəhrəmanlarından olan Sultan bəy Sultanov haqqında film. == Məzmun == 1919-cu ilin fevral ayında Sultan bəy Laçının Zabux dərəsində Andronikin təxminən 30 minlik daşnak ordusunu darmadağın etmiş, bununla da Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir. Bundan sonra Zabux dərəsi "Qanlı dərə" adlandırılmışdır. Sultan bəy və onun qardaşı — Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağın deyil, Dərəlyəz, Basarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olmuşdur. Filmdə söhbət açılır ki, hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy çox təəssüf ki, sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşamışdır. Mühacirət həyatının ilk illərində İranda olmuş, lakin sonralar Sovet imperiyasının göndərdiyi cəsuslar tərəfindən təqib olunduğundan 1923-cü ildə Türkiyəyə keçmişdir. Sultan bəy 1955-ci ildə Türkiyənin Qars vilayətinin Köçqoy kəndində vəfat etmişdir. Filmdə tarixçilərin və yaxın qohumlarının dili ilə Sultan bəyin qəhrəmanlıq səhifələri vərəqlənir.
Qoca qartalın ölümü (roman)
Qoca qartalın ölümü — Fərman Kərimzadənin sonuncu tarixi romanı. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. == Məzmun == F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir. == Nəşr == Roman ilk dəfə vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası 1991-ci ildə, latın qrafikası ilə isə 2007-ci ildə "Seçilmiş əsərləri"nin 5-ci cildində "Ağrıdağ" nəşriyyatı tərəfindən nəşr edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2005 ••• 0.67
2006 •• 0.45
2007 ••••• 1.06
2008 •••• 0.73
2010 •• 0.45
2011 0.09
2012 0.17
2014 •••••••• 1.72
2015 •••••••••••••••••••• 4.59
2016 •••• 0.69
2017 •••••••••• 2.11
2018 ••••••• 1.50
2019 •••••••••••••• 3.06
2020 •• 0.27

"qartalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qartalı nədir? #qartalı sözünün mənası #qartalı nə deməkdir? #qartalı sözünün izahı #qartalı sözünün yazılışı #qartalı necə yazılır? #qartalı sözünün düzgün yazılışı #qartalı leksik mənası #qartalı sözünün sinonimi #qartalı sözünün yaxın mənalı sözlər #qartalı sözünün əks mənası #qartalı sözünün etimologiyası #qartalı sözünün orfoqrafiyası #qartalı rusca #qartalı inglisça #qartalı fransızca #qartalı sözünün istifadəsi #sözlük