Qafqaz sözü azərbaycan dilində

Qafqaz

Yazılış

  • Qafqaz • 99.8823%
  • qafqaz • 0.0658%
  • QAFQAZ • 0.0277%
  • QafqaZ • 0.0208%
  • QAfqaz • 0.0035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Kiçik Qafqaz
Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubunda yerləşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə sərhədlərindən keçir. Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri; Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır.
Qafqaz Avarları
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi. "Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır.
Qafqaz Konfederasiyası
Qafqaz Konfederasiyası — Qafqaz xalqlarını Rusiya-bolşevik əsarətinə qarşı mübarizədə birləşdirməyə və vahid Qafqaz Konfederasiyası dövləti yaratmağa çalışan siyasi mübarizə cərəyanı. 1918-1920- ci illərdə müstəqil Qafqaz respublikaları bolşevik işğalı nəticəsində süquta uğradıqdan sonra siyasi mühacirətdə olan qafqazlı istiqlal mübarizləri tərəfindən formalaşdırılmışdır. Qafqaz birliyi məsələsi I Dünya müharibəsindən əvvəl Türkiyədə yaşayan qafqazlıların yaratdıqları Qafqaz Komitəsi dövründən aktual olmuşdur. Bu məsələ Zaqafqaziya seymində, Trabzon konfransında (1918) və “Müsavat” partiyasının ikinci qurultayında (1919) da müzakirə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bir çox dövlət xadimləri Qafqaz respublikalarının birliyi və konfederasiya formasında birləşməsi məsələsində fəal mövqe tutmuşlar. Ermənilər Qafqaz Konfederasiyası ideyasının reallaşması məsələsində daim pozuculuq mövqeyi tutmuşlar. Cənubi və Şimali Qafqazın birləşməsi məsələsinə münasibətdə də müəyyən fikir ayrılıqları olmuşdur. Gürcüstan dövlətinin başçıları Şimali Qafqazla ittifaq məsələsinə ehtiyyatla yanaşır, dağlı liderlərinin təbliğ etdikləri Qafqaz Konfederasiyası ideyasını isə, ümumiyyətlə dəstəkləmirdilər. Qafqaz respublikalarının Tiflis konfransında (9 aprel 1920) Azərbaycan nümayəndə heyətinin (Həsən bəy Ağayev – sədr, O.Kriçinski, F.Vəkilov) təşəbbüsü ilə Qafqaz Cümhuriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə olundu. Bu Şuranın yaradılması haqqında Azərbaycan ədliyyə nazirinin müavini O.Kriçinski tərəfindən 24 maddədən ibarət layihə də hazırlandı.
Qafqaz Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü. Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı.
Qafqaz Məmmədov
Qafqaz TV
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Qafqaz Universiteti
Qafqaz Universiteti — 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başladı. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2017-ci il, yanvarın 16-da fəaliyyəti dayandırılmışdır. 1 may 1993-cü il tarixində başlamış Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixində qeydiyyatından keçmişdir. 20 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilmişdir. Universitet, Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində inşa edilmiş yeni universitet şəhərciyinin müasir tədris korpuslarında 2003–2004-cü tədris ilinə başlayıb. 2006–2007-ci tədris ilində 10.500 m² tədris və 5.500 m² yataqxana olaraq cəmi 16 min m² binaya sahib olub. 150 nəfərlik seminar salonu və 360 nəfərlik akt zalı, müəllim və tələbələr üçün nəzərdə tutulmuş 700 nəfərlik yeməkxana, bufet və tibb məntəqəsi olmuşdur. Universitet şəhərciyində və Sumqayıt şəhərində yerləşən iki yataqxana tələbələrin sosial-məişət məsələlərinin həllinə təminat verib. 40 minə yaxın kitab fonduna sahib müasir kitabxanası və oxu zalı da tədrisin keyfiyyətinə müsbət təsir edən başlıca amillərdəndir.
Qafqaz albanları
Albanlar, Qafqaz albanları — Qafqaz Albaniyası dövlətinin əsasını qoymuş, azərbaycanlıların etnogenezində mühüm rol oynamış, qafqaz dil ailəsinə mənsub olan Cənubi Qafqazın yerli xalqı. Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı . E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi. Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları) ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Qafqaz almanları
Qafqaz almanları (alm. Kaukasiendeutsche‎) — almanların Qafqaz bölgəsində məskunlaşan bir subetnik qrupudur. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan və Qars (bu günlər Türkiyənin şərq illərindən biri) ərazisinə köçüb gəlmişlər. 1941-ci ildə İkinci dünya müharibəsinin başlanmasıyla onların çoxsu Sovet hakimiyyəti tərəfindən "təhlükəli element" kimi Qazaxıstana və Sibirə sürgün edilmişdir. Qafqazda qalan almanlar əsasən qeyri-almanlarla nikah bağlamış qadınlar idi. Şimali Qafqazın ilk alman sakinlərin Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında, Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər.
Qafqaz alışanı
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Qafqaz anodontu
Qafqaz anodontu (lat. Anodonta cyrea) — Anodonta cinsinə aid növ. Başı yoxdur. Bədəni gövdə və ayaqlardan ibarətdir. İki çanaqdan ibarət olurlar. Gövdənin ön hissəsində ağız, arxa ucunda isə anal dəliyi yerləşir. Ayaq qarın tərəfdədir. Bədən mantiya pərdəsilə örtülüdür. Orta hissədə heyvanın qəlsəmələri yerləşir. Zəif hərəkətlidir.
Qafqaz ardıcı
Qafqaz ayısı
Qafqaz ayısı (Ursus aectos suacasicus). Ayılarda boğazlıq müddəti 250 gündür. Onlar iyun ayında cütləşir və mart ayında dala doğurlar. Balalarının sayı 2-3 baş olur. Böyük və kiçik Qafqaz dağlarında, Talış meşələrində yaşayırlar. Dağda yaşayan ayılar avqusta qədər yaylaqlarda, oktyabrdan sonra isə meşələrin aşağı ətəklərində yaşayırlar. Ayının ən çox sevdiyi qida zoğal, armud, qoz, fındıq, şabalıd, fıstıq, palıd qozası və s. meyvələrdir. Dağ şəraitində yaşayan ayılar dekabr ayından mart ayına qədər yuvalarda yatırlar. Ayı ac qaldıqda müxtəlif növ kənd təsərrüfatı heyvanlarına hücum edir.
Qafqaz bozaqgülü
Phlomis orientalis (lat. Phlomis orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Qafqaz böyürtkəni
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. Azərbaycanın nadir bitki növüdür. LC. Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Qafqaz bənövşəsi
Qafqaz bənövşəsi (lat. Viola caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Çoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari-lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır.
Qafqaz canavargiləsi
Qafqaz canavargiləsi (lat. Daphne caucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. Qafqazda yayılmışdir, Qərbi Asiyada bitir. Hündürlüyü 1,2 m olan yarpaqlı koldur. Yarpaqları növbəli, sadə, kiçik, oval, uzunluğu təxminən 2,5-4,5 sm, eni 8-12 mm, tutqun-lansetvari, açıq yaşıl və ya mavi-yaşıldır. Kiçik, ağ çiçəkləri 4-20 ədəd topalarda yerləşir, ətirlidir, meyvələri sarı və ya qonurdur. Budaqların uclarında yazın axırlarında 4-dən 20-dək kiçik, ağ, dörd ləçəkli çiçəkləri olur. Çiçəkləməsi yay ərzində əsasən maydan iyunadək, az dərəcədə iyundan sonra soyuqlar düşənədək davam edir. Ağ çiçəkləri şirin, ancaq ətirlidir. Meyvələri ətli, qırmızı və ya qaradır.
Qafqaz canişinliyi
Qafqaz canişinliyi — Rusiya imperiyasının Qafqazda baş idarəsi. 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S. M. Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.
Qafqaz cökəsi
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Baş Qafqaz silsiləsi
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Beşinci Qafqaz firqəsi
Beşinci Qafqaz firqəsi — Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsinə (1918-ci il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi. 1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və çox vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır vəziyyət xilaskarlıq əməliyyatlarının tezliklə başlanmasının tələb edirdi. Buna görə Nuru paşa 3-cü ordunun komandanı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi nazir Ənvər paşaya 2 iyun 1918-ci il tarixli teleqramında bildirdi ki, Azərbaycan Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir. Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 5-ci Qafqaz firqəsinin albay Mürsəl bəyin komandası altında təcili olaraq Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor) Rüşdü bəy idi. Azərbaycana gəlmək üçün daha münasib oln Gürcüstan ərazisi almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin- Ərdəhan-Qarakilsə- Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvafri alayının 1918-ci il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda qarşılanma mərasimi oldu.
Böyük Qafqaz dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Böyük Qafqaz keçidi
Böyük Qafqaz keçidi — tarixi və coğrafi ədəbiyyatda Dağıstanın müasir Dərbənd şəhərindən Azərbaycanın Sumqayıt şəhərinə qədər Xəzər dənizi boyunca sahil zolağının adı. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən keçid müxtəlif yerlərdə eni 25 ilə 80 km arasında dəyişir. Bu Şimali Qafqazdan Cənubi Qafqaza, Böyük Qafqazın şərq yamacları boyunca keçən düz bir keçiddir. Böyük Qafqaz keçidi Qafqazı keçmək üçün iki qədim yoldan biridir - digəri dağlıq Dəryal keçididir (məşhur Hərbi Gürcüstan yolunun XIX əsrdə çəkildiyi Daryal dərəsindən keçir). Demək olar ki, bütün fəthçilər, skiflərdən tutmuş Rusiya İmperiyası tərəfindən Cənubi Qafqazın işğal olunmasına qədər Böyük Qafqaz keçidindən istifadə etmişlər. Yol boyu İranı qorumaq üçün 5 sədd (Gilgilçay səddi, Beşbarmaq səddi) və bir çox qala (Çıraqqala) tikilmişdir. Bu addımlar fəthlərin yolunu kəsməyə xidmət etmişdir. Bunlardan ən məşhuru Dərbənd qalası, Azərbaycan ərazisindəki Çıraqqala qalasıdır. Fiziki coğrafiyada ərazi Samur-Dəvəçi ovalığına adlanır; Samur-Dəvəçi kanalı (Samur-Abşeron kanalının əsas hissəsi) kimi Sumqayıt və Abşeron yarımadasına qədər uzanır.
Böyük Qafqaz sıra dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi
Böyük Qafqaz təbii vilayətinin iqlimi
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın arid meşə-kol landşaftları
Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə landşaftları
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür. Ərazidə mütləq minimum temperatur il ərzində -300-dən aşağı, mütləq maksimum isə +100 təşkil edir.
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi
Cənubi Qafqaz. 1903-cü il
"Cənubi Qafqaz. 1903-cü il" — 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritə. 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritəsinin nəşr olunması Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli, 2188 nömrəli Sərəncamı ilə qərara alınmışdır. Həmin Sərəncamla "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225 min manat vəsait ayrılmışdır Bundan sonra xəritə azərbaycan, ingilis və rus dillərində hazırlanmaqla, ümumilikdə 75 min nüsxə ilə nəşr olunmuşdur.
Cənubi Qafqaz ayısı
Cənubi Qafqaz ayısı (lat. Ursus arctos syriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur. Hal-hazırda Suriyada, Livanda, Kiçik Asiyada və Cənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də Talış və Xəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar.
Cənubi Qafqaz boru kəməri
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Cənubi Qafqaz canavargiləsi
Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır. Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2. Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur.
Cənubi Qafqaz dırmanantəlxəsi
Cənubi Qafqaz dırmanantəlxəsi (lat. Zamenis hohenackeri) — Suilanıkimilər fəsiləsinə aid növ. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bildiyi üçün NT kateqoriyasına daxil edilmişdir. Nadir, azsaylı ümumi arealı daxilində az öyrənilmiş növdür. Bədənin uzunluğu 750 mm, quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Üst tərəfdən bədən qəhvəyi-qonur, boz-qonur və ya açıq qəhvəyi rəngdə olub, bel boyu 2 sıra qəhvəyi-qonur və ya demək olar ki, qara, bəzi yerlərdə yayılan ləkələr uzanır. Bu ləkələr sırası bəzən bədənin önünə keçə bilir. Bədənin yanlarında nəzərə çarpan bir sıra tutqun ləkələr uzanır. Baş üst tərəfdən qara nöqtələrlə örtülüdür ki, bunlardan ən irisi təpə qalxancığın üzərində yerləşir. Peysər nahiyəsində 2 xarakterik tutqun ləkə var ki, bu ləkələr çəngəl şəklində birləşərək, ensiz tərəfləri irəli yönəlmiş olur.
Cənubi Qafqaz dəmir yolu
Cənubi Qafqaz dəmir yolu (erm. Հարավկովկասյան Երկաթուղի) — Rusiya Dəmir Yollarının 100 % törəmə şirkətidir. 13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür: — Uzunmüddətli effektivliyi və maliyyə qayanaqlığının artırılması; — Xidmətlərin keyfiyyətinin artırılması; — Ermənistan ərazisində nəqliytatın imkanlarının artırılması; — Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi. Yük daşımanın artırılması, mövcud infrastrukturu Ermənistan dəmir yollarının güzəştə verilməsi barədə razılaşmada şirkətin öhdəliklərini lazımınca yerinə yetirməməsi halında Rusiya tərəfinin "57 milyon dolları keçməyən" məbləği ödəməli olduğu qeyd edilir. 2019-cu ilin sentyabrında Rusiya Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolunun idarə edilməsinə dair müqavilənin erkən ləğv olunma ehtimalını nəzərdən keçirə biləcəyi barədə bir açıqlama verir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfi ilə dəmir yolunun idarə olunması ilə bağlı danışıqları davam etdirir. Dəmir yolunun eni — 1520 mm. İşləyən stansiyaların sayı — 55. Sərnişin qatarlarının maksimal sürəti 100 km/saat, minimum 40 km/saatdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 200.34 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 298.07
2003 •••••••••••••••••••• 355.50
2004 •••••••••••••••••• 306.22
2005 ••••••••••••••••• 292.18
2006 •••••••••••••• 247.09
2007 ••••••••••••• 230.03
2008 •••••••••••• 202.69
2009 •••••••••••••• 232.14
2010 •••••••••••• 204.69
2011 •••••••••••••• 233.09
2012 •••••••••••• 210.90
2013 •••••••••• 160.46
2014 ••••••••••• 183.11
2015 ••••••••••• 187.30
2016 ••••••••••••• 230.11
2017 ••••••••• 151.69
2018 •••••••••• 173.50
2019 •••••••• 141.18
2020 •••••• 94.42

qafqaz sözünün etimologiyası

  • 1 Mərhum professor Ə.Dəmirçizadə Qaf (Qaf dağı) və Kas (Kaspi) söz­lə­rinin qohumluğu haqqında mülahizə söyləyib. Başqaları sözü Litva dili (“hündür” mənasında), fars dili (“qarla örtülü” mənasında), latış sözü (“buzlu” mənasında) və s. zəminində şərh etməyə səy göstəriblər. Hind dili ilə bağlayanlar da var. “Avesta”dan çıxış edənlər onu Qartal dağı kimi yozurlar (orada bu dağın adı Kahgaya kimi gedib ki, bu da “qartal” anlamını verir). Sonuncu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qafqaz

qafqaz sözünün rus dilinə tərcüməsi

  • 1 1. кавказ; 2. кавказский;

    Azərbaycanca-rusca lüğət / qafqaz
  • 2 прил. кавказский. Qafqaz xalqları кавказские народы, Qafqaz ayısı кавказский медведь, Qafqaz köpgəri кавказская серна, Qafqaz cökəsi кавказская липа

    Azərbaycanca-rusca lüğət / qafqaz

qafqaz sözünün inglis dilinə tərcüməsi

qafqaz sözünün fransız dilinə tərcüməsi

qafqaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Qafqaz sıra dağlarının adındandır.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qafqaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafqaz nədir? #qafqaz sözünün mənası #qafqaz nə deməkdir? #qafqaz sözünün izahı #qafqaz sözünün yazılışı #qafqaz necə yazılır? #qafqaz sözünün düzgün yazılışı #qafqaz leksik mənası #qafqaz sözünün sinonimi #qafqaz sözünün yaxın mənalı sözlər #qafqaz sözünün əks mənası #qafqaz sözünün etimologiyası #qafqaz sözünün orfoqrafiyası #qafqaz rusca #qafqaz inglisça #qafqaz fransızca #qafqaz sözünün istifadəsi #sözlük