Qafqazı sözü azərbaycan dilində

Qafqazı

Yazılış

  • Qafqazı • 99.3779%
  • qafqazı • 0.6221%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Qafqazın müdafiəsinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı — SSRİ medalı. == Haqqında == “Qafqazın müdafiəsinə görə” medalının təsis edilməsi haqqında SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. “Qafqazın müdafiəsinə görə” medalı Qafqazın müdafiəsinin bütün iştirakçılarına - Qırmızı Ordunun, Hərbi Dəniz Qüvvələrinin və NKVD qoşunlarının hərbi qulluqçularına, eləcə də müdafiədə bilavasitə iştirak etmiş mülki şəxslərə verilib. 1985-ci ilə qədər 870 minə yaxın insan “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir Medalın dizaynının müəllifi rəssam N. İ. Moskalevdir .
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın arid meşə-kol landşaftları
Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə landşaftları
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. == İqlim. == Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür.
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Kiçik Qafqazın iqlimi
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri

Qafqazın Qara dəniz sahilləri
Qafqazın Qara dəniz sahilləri(bəzən — Qara dəniz Qafqazı), antik adı — Kolxida) — Gürcüstanın, Abxaziyanın və Rusiyanın (Krasnodar diyarı) Qara dəniz sahillərindəki coğrafi və tarixi ərazisi. Zonanın böyük bir qismi turizm bölgəsi hesab olunur. Qafqazın Qara dəniz sahilləri 42°—45° şimal enlikləri arasında yerləşir. Bu hardasa Adriatik dənizi, Fransanın Lacivərd sahili və İtaliyanın Riverası ilə eyni enlikdir. İqlim xüsusiyyətlərinə görə də yetərincə oxşarlıq var. Regionun şimal sərhəddi Taman yaramadasıdır. Bu zonanı bəzən Anapa adlandırırlar. Bu bölgəni turizm xüsusiyyətinə görə digərlərində fərləndirirlər. Bu zonaya bəzən əlavə olaraq Qafqazın Azov dənizi sahillərini də birləşdirirlər.. Bölgənin cənub sərhəddi Gürcüstanın Türkiyə ilə olan sərhəddi ilə üst-üstə düşür.
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.
Qafqazın parlayan ulduzu - Azərbaycan
Qafqazın parlayan ulduzu — Azərbaycan — 2015-ci ildə Macarıstanda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı haqqında alim Borbala Obruzanski və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu kitab. "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitabın müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir. Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.

"qafqazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafqazı nədir? #qafqazı sözünün mənası #qafqazı nə deməkdir? #qafqazı sözünün izahı #qafqazı sözünün yazılışı #qafqazı necə yazılır? #qafqazı sözünün düzgün yazılışı #qafqazı leksik mənası #qafqazı sözünün sinonimi #qafqazı sözünün yaxın mənalı sözlər #qafqazı sözünün əks mənası #qafqazı sözünün etimologiyası #qafqazı sözünün orfoqrafiyası #qafqazı rusca #qafqazı inglisça #qafqazı fransızca #qafqazı sözünün istifadəsi #sözlük