Qafqazda sözü azərbaycan dilində

Qafqazda

Yazılış

  • Qafqazda • 99.9067%
  • qafqazda • 0.0583%
  • QAFQAZDA • 0.0350%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qafqazda qaradərililər
Qafqazda yaşayan qaradərililər və ya Abxaziya qaradərililəri (gürc. შავკანიანი აფხაზები)- Abxaziyada mövcud olan azsaylı etnik qrup. Abxaziyanın ərazisində abxazlar, gürcülər və ruslardan ibarət etnik qruplar yaşayır. Lakin təxminən 100 il bundan əvvəl Hal-hazırda isə bu qrup Abxaziyanın əsas yerli əhalisi ilə qarışaraq assimilyasiyaya uğramışdır. Qafqaz qaradərililəri Kodor çayı boyunca yerləşən Çlou, Merkula, Aqdarra, Pokveş və əsasən Adzyubja kəndində yaşayırdılar. Onlar abxaz dilində danışır və özlərini abxaz adlandırırdılar. Aralarında müxtəlif dinlərə inanırdılar. Zəncilərin əksəriyyəti müsəlman, bəziləri xristian, yəhudi və bütpərəst idilər. Bu qaradərili qruplar haqqında müxtəlif fikirlər mövcuddur. Bir fərziyyədə ehtimal olunur ki, Abxaziyada yaşayan qaradərililərin əcdadları Osmanlı dövründə Abxaz knyazı Şervaşidzenin (Çaçbanın) öz plantasiyalarında işlətmək üçün qul bazarından aldığı bir neçə yüz qara qullardır.
Şimali Qafqazda antisemit iğtişaşlar
Şimali Qafqazda antisemit iğtişaşlar — 2023-cü ilin oktyabr ayının sonlarında Rusiyanın Şimali Qafqaz regionunda baş tutmuş bir neçə şiddətli antisemit iğtişaşlar. Region əhalisinin əksəriyyəti müsəlmandır. İğtişaşlar 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı baş vermişdir. Bu münaqişə dünyanın müxtəlif yerlərində antisemit hadisələrin artmasına səbəb olmuşdur. Mahaçqala Hava Limanında baş verən hadisələrdən bir neçə gün əvvəl lokal "Telegram" kanalları hava limanındakı toplantıda iştirak etmək üçün çağırışlar etmişdir. Dağıstana gələn "İsrail qaçqınları" ilə bağlı mesajlar rus-ukraynalı siyasətçi İlya Ponomaryov tərəfindən açılan "Səhər Dağıstan" kanalında dərc olunmuşdu. Əvvəllər həmin "Telegram" kanalı 2022-ci ildə Şimali Qafqaz etirazlarını təşkil etmişdir. Dağıstanın rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırmış və əlavə etmişdir ki, dağıstanlılar "haqsız insanların və siyasətçilərin hərəkətləri nəticəsində həlak olanların iztirablarına rəğbət bəsləyir və Fələstində sülh üçün dua edirlər". Dağıstanda ən çox yəhudi əhalisinin yaşadığı Dərbənd ravvini Ovadiya İsakov "Dağıstanda vəziyyət çox ağırdır" və "[yəhudi] icması çox qorxur … qaçmaq üçün yer yoxdur" demişdi. Şimali Qafqazın daha iki regionunun regional liderləri sakitliyə çağırış etmişdilər.
Bir dəfə Qafqazda (film, 2007)
Bir dəfə Qafqazda (rus. Однажды на Кавказе) — Keçmiş KVN komandaları "Bakılı Oğlanlar" və "Dağıstan Avaraları"nın birgə işi. Azərbaycan-Dağıstan birgə kino-komediyası. == Məzmun == Filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər. Kazbek Dağlarov (Bəhram Bağırzadə) "Lastoçka" adlı pansionatın müdiridir. Lakin Yaramazov (Fuad Osmanov) onun quyusunu qazmaqla məşğuldur, nazir Fatimə xanıma (Gülşən Qurbanova) onun haqqında gərəksiz məlumatlar ötürür. Nəhayət, Fatimə xanım Kazbekin qabağında şərt qoyur. Əgər Krasnodardan pansionatda qalmağa gələn yüngül atletika üzrə qızlar komandasından kiçik bir şikayət gəlsə, o Kazbeki işdən çıxaracaq. Belə çətin vəziyyətə düşən Kazbek dostlarını köməyə çağırır.
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti — Çar Rusiyası Qafqazı tamamilə işğal etdikdən sonra bölgədə xristianlığı yaymaq məqsədilə yaradılmış cəmiyyət. Azərbaycanı işğal edənə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan dövlətlərdə yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan istifadə edərək yerli əhalini xristianlaşdırıb dini parçalanmalardan istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənirdi. Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: İlk öncə Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu. Azərbaycan ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı. 1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi.
Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası
Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası — 1918-ci ildə yaradılımış təşkilat. 1918-ci ilin martında yaranmışdı. Üzvləri K.N.Lizqar, M.N.Vinoqradov, E.P. ,merlinq, A.İ.Şpitalski, V.İ.Sokolov, İ.N.Protasyev, N.A.Vaykov, O.Vasili Kravçenko, İ.P.Zalayev, D.S.Saxnovski, V.A.Piquzov, V.İ.Dedukov və b. olmuşlar. Şuranın 27 noyabr tarixli iclasında aşağıdakı tezislər qəbul edilmişdi: Qafqazda Slavyan-rus cəmiyyəti slavyan, o cümlədən rus mənşəli vətəndaşların əlaqələrinin və bütün milli təşkilatlarla əməkdaşlığının möhkəmləndirilməsini qarşısına başlıca məqsəd qoyur; xalqların öz müqəddəratını təyin etməsi prinsipi əsasında Rusiyanın 1914-cü ildə müharibə elan edilənə qədərki sərhədləri hüdudunda bütövlüyü ideyası onun fəaliyyətinin əsasmı təşkil edir; dövlətin bütövlüyü və müstəqilliyi əleyhinə çevrilmiş hər hansı hərəkət yolverilməzdir və hər vasitə ilə qarşısı alınmalıdır; buna görə də Slavyan-rus cəmiyyəti hökuməti dəstəkləmək üçün hər cür tədbir-görməyi zəruri sayır; dövləti gücləndirmək üçün yerli hərbi qüvvələrin yaradılması vacibdir; Ümumrusiya Müəssislər məclisi Rusiya dövlətinin idarə formasını müəyyən edənə qədər yerlərdə mülki hakimiyyət həmin ərazidə yaşayan əhalinin nümayəndələrindən ibarət özünüidarə hökumətinə məxsusdur; Hökumətin ilk vəzifəsi ölkədə qayda-qanun yaradılması və anarxiyanın aradan qaldırılmasıdır; Hökumət torpaqsız və aztorpaqlı kəndlilərə qayğı ilə yanaşmalıdır; əhalinin kənd təsərrüfatı ehtiyaclarına və sənayenin, məhsuldar qüvvələrin inkişafına qayğı ilə yanaşılmalıdır; əhalinin maariflənməsi və mədəniyyətinin inkişafı sahəsində tədbirlər görülməlidir.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Heydər Əliyev və Qafqazda Sülh Prosesi (kitab)

"qafqazda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafqazda nədir? #qafqazda sözünün mənası #qafqazda nə deməkdir? #qafqazda sözünün izahı #qafqazda sözünün yazılışı #qafqazda necə yazılır? #qafqazda sözünün düzgün yazılışı #qafqazda leksik mənası #qafqazda sözünün sinonimi #qafqazda sözünün yaxın mənalı sözlər #qafqazda sözünün əks mənası #qafqazda sözünün etimologiyası #qafqazda sözünün orfoqrafiyası #qafqazda rusca #qafqazda inglisça #qafqazda fransızca #qafqazda sözünün istifadəsi #sözlük