qanmaz sözü azərbaycan dilində

qanmaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qanmaz • 85.5670%
  • Qanmaz • 11.3402%
  • QANMAZ • 3.0928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qanmaz sözünün leksik mənası və izahı

  • 1 sif. Anlamaz, anlaqsız, düşüncəsiz, qanacaqsız; ədəbsiz, tərbiyəsiz. …Bir para qanmaz adamlar gedib özgəsinin yaxasından yapışar, o da gəlib sizin yaxanızdan yapışar, siz də mənim, mən də sizin, axırda qalmaqal çıxar. “Mol. Nəsr.”.

    Azərbaycan dilinin izahlı lüğəti / qanmaz

qanmaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 anlaqsız — düşüncəsiz — qanacaqsız

    Azərbaycan dilinin sinonimlər lüğəti / qanmaz
  • 2 ədəbsiz — tərbiyəsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / qanmaz
  • 3 QANMAZ (burada qanacaqsız, dardüşüncəli mənasında) [Talıbov:] Qanmaz döyülük, a yoldaş, savadımız da var, oxuyub başa düşürük! (Y.Şirvan); ANLAMAZ Zərbani-təərüz etdilər diraz; Söylədilər: “Bu nə işdi, anlamaz” (Q.Zakir); DİLBİLMƏZ Dilbər: Nu, nu, yaxşı dizinizi qoyun, nə qədər dilbilməzsiniz (C.Cabbarlı); EŞŞƏK (məc., dan.) Qulu: Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı? (N.Vəzirov); GÖNÜQALIN (məc., dan.) Gör yekəbaş, gönüqalın axmaq, malını nə günə salıb? (Mir Cəlal); HEYVƏRƏ (dial.) Heyvərənin səsindən ürküb otlamaz heyvan; Deyib, onu çomaqla hədələdi uzaqdan (M.Rahim); YEKƏBAŞ (məc., dan.) Sən yeri gəldikdə qamçıla, şair; Duyğusuz, yaramaz, yekəbaşları (M.Rahim); ZIRI Məmməd gördü ki, çoban zırının biridi, heç qanmır (“Müqüm şah”); ZIRRAMA (dan.) Deyə bilmirdilər ki, zırrama, axmaqdır, yoxsa bic tülkünün nəvəsidir (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qanmaz

qanmaz sözünün antonimləri (əks mənalı sözlər)

qanmaz sözünün rus dilinə tərcüməsi

  • 1 1. невежа; 2. бестолковый, непонятливый, болван, олух, хам;

    Azərbaycanca-rusca lüğət / qanmaz
  • 2 I прил. непонятливый, бестолковый, тупой, тупоумный, тупоголовый, твердолобый II сущ. 1. невежа, хам 2. болван, балда, бестолочь

    Azərbaycanca-rusca lüğət / qanmaz

qanmaz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. blockhead, dunderhead, muddle-head II. s. muddle-headed, stupid, slow-witted, dull; ~ adam a stupid / muddle-headed person

    Azərbaycanca-ingiliscə lüğət / qanmaz
  • 2 an uncouth fellow / a country bumpkin / moron / hick / Amer. Alvin / dimwit / noddy / ggof / Cf. cabbage-head / turnip-head сибирский валенок (неотёсанный, невежественный человек, тупица) / глуп как бревно / голова садовая (несообразительный человек)

    Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / qanmaz

qanmaz sözünün fransız dilinə tərcüməsi

qanmaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. гьавурда гьат тийир, кьатӀун авачир, фагьум авачир, фагьумсуз, къанажагъсуз, къанмаз; эдебсуз, тербиясуз.

    Azərbaycanca-ləzgicə lüğəti / qanmaz

"qanmaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qanmaz nədir? #qanmaz sözünün mənası #qanmaz nə deməkdir? #qanmaz sözünün izahı #qanmaz sözünün yazılışı #qanmaz necə yazılır? #qanmaz sözünün düzgün yazılışı #qanmaz leksik mənası #qanmaz sözünün sinonimi #qanmaz sözünün yaxın mənalı sözlər #qanmaz sözünün əks mənası #qanmaz sözünün etimologiyası #qanmaz sözünün orfoqrafiyası #qanmaz rusca #qanmaz inglisça #qanmaz fransızca #qanmaz sözünün istifadəsi #sözlük