* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •• | 3.43 |
2003 | •••• | 7.87 |
2004 | ••• | 5.73 |
2005 | •••• | 6.75 |
2006 | ••• | 4.73 |
2007 | •••••• | 13.11 |
2008 | •••• | 7.06 |
2009 | ••••••• | 14.88 |
2010 | •••••••• | 16.52 |
2011 | •••••••• | 16.04 |
2012 | •••••••• | 17.47 |
2013 | ••••••••••••••••••• | 40.55 |
2014 | ••••••••••• | 22.82 |
2015 | •••••••••• | 20.75 |
2016 | •••••••••••••••••• | 38.18 |
2017 | •••••••••••••••••••• | 44.87 |
2018 | ••••••••••••••• | 32.36 |
2019 | ••••••••••••••• | 31.71 |
2020 | ••••••••• | 18.17 |
1 is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi.
Azərbaycan dilinin izahlı lüğəti / qatar2 is. 1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. – Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə. // Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf. [Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. // Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski. Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli. 2. Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı. – O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman. Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza. 3. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş. Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət. Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / qatar3 1. QATAR (dəmiryol nəqliyyatı) Uzaqlarda ağ tüstü buraxa-buraxa sürünən dəmiryol qatarı görünür.. (M.Hüseyn); TİREN (arx.) Yolçunu sabaha bu gün yetirən; Yağsız, makinasız çalışan tiren! (S.Vurğun). 2. qatar bax patrondaş 3. qatar bax qafilə, sıra 1; cərgə
Azərbaycan dilinin sinonimlər lüğəti / qatar1 QATAR I is. [ ər. ] Sərnişinləri daşıyan vaqonlar. Qatarım qışqırıb ötən zamanı; Sürülər, naxırlar qaçıb dağılır (O.Sarıvəlli). QATAR II is. [ ər. ] Dəstə, karvan. Yaxşı yadımdadır, Cənuba sarı; Uçub qaqqıldaşan durna qatarı (S.Vurğun). QATAR III is. [ ər. ] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Zil registrə əsaslanan muğam. Bir ağız şikəstə, bir ağız qatar; Azərbaycan qızı sinəsində tar! (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / qatar1 1. состав, поезд; 2. вереница, караван, стая; 3. восточная мелодия;
Azərbaycanca-rusca lüğət / qatar2 1 сущ. 1. ряд 2. вереница, караван. Durna qatarı вереница журавлей 2 I сущ. патронташ (пояс с гнёздами для ружейных патронов) II прил. патронташный. Qatar qayışı патронташный ремень 3 I сущ. поезд. Qatarların hərəkət cədvəli расписание движения поездов, sürət qatarı скорый поезд, sərnişin qatarı пассажирский поезд, yük qatarı товарный поезд, qatarın yığılması формировка (формирование) поезда, qatarın növü род поезда, qatarın ləngiməsi задержка поезда, qatarların hərəkət графики график движения поездов II прил. ж.-д. поездной. Qatar siqnalı поездной сигнал, qatar dispetçeri поездной диспетчер, qatarın vaqon ustası поездной вагонный мастер 4 сущ. муз. “Гатар” (название одного из азербайджанских классических мугамов)
Azərbaycanca-rusca lüğət / qatar1 i. 1. train; sərnişin ~ı passenger train; sürət ~ı fast train; sanitar ~ı hospital train; fəhlə ~ı workman’s train; yük ~ı goods train; amer. freight train; birbaşa gedən ~ through train; xüsusi ~ special train; Moskvaya gedən ~ train to Moscow; Bakı-Moskva ~ı Baku-Moscow train; ~la getmək to go* by train; 2. string, row, file; avtomobil ~ı a string of cars; durna ~ı a flock of cranes; ◊ qəm ~ı succession of sorrow; 3. hərb. bandoleer, bandolier, carridge-belt
Azərbaycanca-ingiliscə lüğət / qatar1 is. train m, convoi m ; file f ; dəvə ~ı file f de chameaux ; surət ~ı TGV (train m à grande vitesse)
Azərbaycanca-fransızca lüğət / qatar1 [ər.] сущ. муз. Азербайжандин классик мугъамрикай садан тӀвар; гъвечӀи вокал-инструментал мугъам.
Azərbaycanca-ləzgicə lüğəti / qatar2 сущ. 1. луж; цӀиргъ, жерге (мес. дурнайрин); 2. карван, къефле (мес. лаваррин); 3. поезд; сад-садахъ акалнавай вагонар; 4. патрумар алай чӀул; патрумдаш; 5. qatarla нареч. жергедаваз, цӀиргъинаваз.
Azərbaycanca-ləzgicə lüğəti / qatar