qubar sözü azərbaycan dilində

qubar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qubar • 89.7059%
  • Qubar • 5.8824%
  • QUBAR • 4.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14

qubar sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. klas. Toz, torpaq. 2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli. □ Qubar bağlamaq – bax qubarlanmaq. Qubar etmək (eyləmək) – kədərləndirmək, qəmləndirmək, dərdləndirmək. Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir. İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov. Qubar olmaq – böyük dərd olmaq. Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / qubar

qubar sözünün etimologiyası

qubar sözünün sinonimləri (yaxın mənalı sözlər)

qubar sözünün antonimləri (əks mənalı sözlər)

qubar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. поэт. прах, пыль 2. печаль, грусть, горесть, скорбь, тоска ◊ qubar bağlamaq см. qubarlanmaq; könlünü qubar etmək (eləmək) наводить, навести грусть, печалить, опечалить кого; könlü (ürəyi) qubar olmaq быть грустным, печальным, иметь свинец на сердце, на душе (о тяжёлом, гнетущем душевном состоянии)

    Azərbaycanca-rusca lüğət / qubar

qubar sözünün inglis dilinə tərcüməsi

qubar sözünün fransız dilinə tərcüməsi

qubar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. клас. руг, накьв; 2. пер. дерт, гъам; // qubar bağlamaq кил. qubarlanmaq; qubar etmək (eyləmək) дертлу авун, гъамлу авун, сугъуларун; qubar olmaq чӀехи дерт хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qubar

qubar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

ərəb. qübar 1. Toz. 2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə. Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir. Kərəməm, yollarım toz, qubar oldu, Boran oldu, çovğun oldu, qar oldu. Dost bağında heyva oldu, nar oldu, Bu il bizim bağlar qoralı düşdü.                                  (“Əsli və Kərəm”)                           * Əlimdən aldılar gülüzlü yarı, Artdı ürəyimin qəmi, qubarı. Ürəyimdə sönmür eşqimin narı, Yar eşqilə dolanıram məzarı.                              (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

ər. qübar 1. Toz. 2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə. (“Koroğlu” dastanının lüğəti) Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir. Ürəyi qubar elədi. Dəlilər yadına düşdü. (“Koroğlunun Qars səfəri”) * Səksənində sinir yenər dizinə, Doxsanında qubar qonar gözünə, Koroğlu der, çünki yetdin yüzünə, Uca dağ başında kola bənzərsən.                            (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax qübar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

narın torpaq; qəm, kədər, qüssə.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"qubar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qubar nədir? #qubar sözünün mənası #qubar nə deməkdir? #qubar sözünün izahı #qubar sözünün yazılışı #qubar necə yazılır? #qubar sözünün düzgün yazılışı #qubar leksik mənası #qubar sözünün sinonimi #qubar sözünün yaxın mənalı sözlər #qubar sözünün əks mənası #qubar sözünün etimologiyası #qubar sözünün orfoqrafiyası #qubar rusca #qubar inglisça #qubar fransızca #qubar sözünün istifadəsi #sözlük