Qubad sözü azərbaycan dilində

Qubad

Yazılış

  • Qubad • 98.8095%
  • QUBAD • 0.6803%
  • qubad • 0.5102%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I Qubad
Qubad ibn Firuz (I Qubad (Qəvad) Firuz; 473 – 13 sentyabr 531) - 488-531-ci illərdə hakimiyyətdə olmuş İran şahənşahı: I Xosrov Ənuşirəvanın atası 488-496, 499-531-ci illərdə hakimiyyətdə olmuşdur. I Qubaddan (488–531) öncə "Cürzan ile Arran, Xəzərlərin əlindəydi. "Xəzərlər hududları keçərlər ve basqınlarda bulunarlar; Zaman zaman da Deynəvərə qədər ilərlərdi. Deynəvər şəhəri indiki İranda Kirmanşah ostanında yer alırdı. Beləlikə Xəzərlər Cənubi Azərbaycan ərazisinədə enirdilər və bu topraqlarda məskunlaşdılar. I Qubaddan, Sasanilər dövlətində mərkəzləşdirmə siyasəti aparmış, iqtisadi islahatlar keçirmişdir. VI əsrin I yarısında Azarbaycanın şimal rayonlarında müdafiə istehkamlarını genişləndirmişdir.
Qubad Bayramov
Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri. 12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. 20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. 2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur. Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır. 1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur. 2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.
Qubad Hacıyev
Qubad Cəmil oğlu Hacıyev (19 may 1988; Tərtər, Azərbaycan SSR — 27 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Qubad Hacıyev 1988-ci il mayın 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Qubad Nəsirov
Nəsirov Qubad Əsədulla oğlu (9 may 1925, Boradigah, Lənkəran qəzası – 2007, Boradigah, Masallı rayonu) — Sosialist əməyi qəhrəmanı. Qubad Nəsirov 9 may 1925-ci ildə Masallı rayonu Boradigah kəndində anadan olmuşdur. Sosialist əməyi qəhrəmanıdır (1949). 1944–1975-ci illərdə Telman adına sovxozda briqadir, manqabaşçısı, Masallı şəhər sovetinin sədri, 1976-cı ildən Boradigah qəsəbə sovetinin sədri olmuşdur.
Qubad Qasımov
Qasımov Qubad Abdulla oğlu (27 iyul (8 avqust) 1896, Qarğabazar, Cəbrayıl qəzası – 1993, Bakı) — musiqişünas, tarix elmləri namizədi (1949), Azərbaycanın Əməkdar mədəniyyət xadimi (1968), Üzeyir bəy Hacıbəyovun bacanağı. Qubad Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərində almışdı. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1940–1944-cü illərdə ADK-da musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944–1945-ci illərdə SSRİ EA Azərbaycan filialının incəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləmiş, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olmuşdu. Üzeyir bəy Hacıbəyovun ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların — "Ü. Hacıbəyov" monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), "Ü. Hacıbəyov. Biblioqrafiya" (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən "Ü. Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidməti var. Qubad Qasımov 1993-cü ildə vəfat edib.
Qubad Zeynalov
Qubad sultan
Qubad sultan Kəlbəli sultan oğlu (?-1782) — Salyan sultanlığının hakimi. Qubad sultan Kəlbəli sultan oğlu Quba xanı Fətəli xanın yaxın əyanlarından idi. Salyan hakimi Kəlbəli sultanın oğludur. Atasının vəfatından sonra, 1768-ci ildə Fətəli xan tərəfindən Salyana hakim təyin olunmuşdu. Qubad sultan dövründə Salyanın iqtisadiyyatı dirçəlmiş, ticarət inkişaf etmişdi.
Qubad İbadoğlu
Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri. 12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. 20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. 2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur. Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır. 1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur. 2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.
Şahzadə Qubad
Şahzadə Qubad — Şirvanşah I Əfridun ikinci oğlu. Atasının dövründə Tabasarana hakimlik etmişdir. Ancaq Şirvan əhalisi bu Şahzadəyi sevməmişdir. Anası Gülnaz xatun nə etsə də, oğlunu taxta çıxarda bilməmişdir.Vətən xaini adı ilə ölkədən qovulmuş,sürgün edilmişdir.Gülnaz xatun Nəslicahan Sultanla mübarizə aparmış ancaq bu mübarizədə uduzmuşdur. Qızı Nazilə Sultan da ögey bacı,qardaşlarını sevməmiş,bu səbəbdən Tamarın yanında yer almışdır. Şahzadə Qubad atasına qarşı Gürcü kafirləri ilə bir olmuş, ancaq buna baxmayaraq hakimiyyəti III Mənüçöhür ələ almışdır. Qubad Gürcüstana qaçmış orada öldürülmüşdür.
Qubad ibn Yezid
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
Qubad ibn Yəzid
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
Cəbrayıl-Qubadlı seçki dairəsi
Davudlu (Qubadlı)
Davudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Davudlu kəndi Gorus çayının (Bərgüşad çayının qolu) dərəsində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarabağ bəylərbəyisi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada sofulu tayfasına mənsub ailələrin də məskunlaşması haqqında məlumat verilir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Davudlu kəndində 41 evdə 143 şiə türk yaşayırdı.
Dondarlı (Qubadlı)
Dondarlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır.
Dəmirçilər (Qubadlı)
Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir. Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır.
Eyvazlı (Qubadlı)
Eyvazlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir). 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri. Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Fuad Qubadlı
Fuad Cahangir oğlu Qubadlı — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qubadlı Fuad Cahangir oğlu 16 yanvar 1993-cü ildə Cəlilabad rayonu Kiçik Bəcrəvan kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun əsgəri olan Fuad Qubadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fuad Qubadlı noyabrın 8-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) Fizulinin azad olunmasına görə.
Gödəklər (Qubadlı)
Gödəklər — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Gödəklər kəndi Bərgüşad çayının sol sahilindədir. Yaşayış məntəqəsi keçmişdə Mil düzündə yaşamış gödəklilərə mənsub bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə İmişli r-nunun Xələc i.ə.v.-də Güdəklər adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Gödəklilər Şəkidə və Zaqatalada məhəllə adlarıdır. Etnotoponimdir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 61 evdə 212 şiə kürd yaşayırdı.
Hal (Qubadlı)
Hal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır. Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir. Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur. Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Həkəri (Qubadlı)
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Mahmudlu (Qubadlı)
Mahmudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır. Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mahruzlu (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Mahrızlı (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Mehrili (Qubadlı)
Mehrili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Mehrili kəndi dağətəyi ərazidədir. Tam adı Əyədi Mehrilidir. Əyədi sarallı tayfasının qışlaqlarından birinin adı olmuşdur, mehrili isə orada məskunlaşmış nəslin adıdır.
Mollalı (Qubadlı)
Mollalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Bərgüşad çayının (Bazarçay) sahilindədir. Əsil adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Alı adlı şəxs saldığı üçün belə adlanmışdır. Lakin sonralar Mollalı şəklinə düşmüşdür və rəsmi olaraq qəbul olunmuşdur.
Muradxanlı (Qubadlı)
Muradxanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 2 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə adlandırılmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 164 şiə kürd yaşayırdı. 1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.
Muğanlı (Qubadlı)
Muğanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Muğanlı kəndi Həkəri çayının sol sahilindədir.
Məsməxanım Qubadova
Məsməxanım Məhəmməd-Həsən qızı Qubadova - sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan teatr tənqidçisi. Məsməxanım Qubadova 1946-cı il fevral ayının 13-də Salyan şəhərində dünyaya gəlmişdir. Orta təhsilini 2 saylı orta məktəbdə alan M.Qubadova 1963-cü ildə ailə həyatı qurduğu üçün Bakı şəhərinə köçmüşdür. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olan M.Qubadova 1979-cu ildə oranı “ mədəni-maarif işçisi” ixtisası üzrə bitirmiş, elə həmin ilin oktyabr ayından institutun “Mədəni-maarif” fakultəsinin dekanlığında laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən institutun “Aktyorluq” kafedrasına böyük laborant vəzifəsinə keçirilən M.Qubadova 1988-ci ildən “Özfəaliyyət teatr kollektivlərinin rejissoru” kafedrasının həm böyük laborantı, həm də, saat hesabı müəllimi olaraq fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin dissertantı olaraq “Azərbaycan teatrında romantizm.(Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” mövzusunda müdafiə edərək (2003-cü ildə) sənətşünaslıq üzrə alimlik dərəcəsi almışdır. M.Qubadova araşdırdığı mövzu ilə bağlı dövrü mətbuatda onlarla elmi məqalələrini çap etdirməklə yanaşı , həm də “Azərbaycanda maarifçiliyin inkişaf mərhələləri” (1996), “Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətinin inkişafında rolu”(1998), “Dünya mədəniyyətinin inkişafında Şərqin rolu”(1998),“Azərbaycan teatrı tarixinə dair metodiki göstəriş”(2000), “Hüseyn Cavid dramaturgiyasının səhnə təccəssümü”(2002) kimi dərs vəsaitlərinin və “Azərbaycan teatrında romantizm.(Ə.Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” (2002), “Əli bəy Hüseynzadə və teatr”(2011) adlı monoqrafiyaların da müəllifidir. Hal-hazırda “Teatrşünaslıq” kafedrasının baş müəllimi vəzifəsində çalışan M.Qubadova teatr tənqidi və teatrşünaslığın nəzəri problemlərinə dair axtarışlarını davam etdirməkdədir.
Məzrə (Qubadlı)
Məzrə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Məzrə kəndi dağətəyi ərazidədir. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını kəsb edir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortal arında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.
Natiq Qubadoğlu
Natiq Qubad oğlu Babayev, Natiq Qubadoğlu (20 may 1959, Ucar) — Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, telejurnalist, c.ü. fəlsəfə elmləri doktoru, "Qızıl qələm" mükafatı laureatı (2012), Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2009). "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Peşəkar jurnalist" mükafatçısı (2008). Natiq Qubadoğlu əslən Ucar rayonunun Çiyni kəndindəndir. O, 1959-cu il may ayının 20-də İsmayıllı rayonunun Keyvəndi sovetliyinin Minkə kəndində anadan olub. Bir müddət sonra ailəsi yenidən Ucar rayonunun Çiyni kəndinə qayıdıb. Natiq Qubadoğlu həmin kənddə 8 illik, Qaradağlı kəndində isə 10 illik orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Natiq Babayev 2005-ci il iyulun 4-də İctimai televiziyanın Ədəbiyyat və incəsənət verilişləri departamentinin direktor müavini vəzifəsinə təyin olunana qədər Azərbaycan Televiziyası və Radio Verilişləri Dövlət Komitəsində kiçik redaktordan böyük redaktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, xüsusilə 1993-cü ildən 2005-ci ilə qədər həmin televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının böyük redaktoru vəzifəsində çalışdığı müddət ərzində özünü bacarıqlı reportuyor, istedadlı redaktor və ölkədə baş verən hadisələrin nəbzini tutmağı bacaran, milli təfəkkürə malik, daim dövlətçiliyə xidmət edən təcrübəli jurnalist kimi göstərmişdir.
Novlu (Qubadlı)
Novlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.Kənd 2020 ci ildən Azərbaycan ordusunun nəzarətinə keçib. 1918 soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur. Mühafizəçisi Gorus şəhərinin Ağbulaq kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da barbarlar tərəfindən yandırılmışdır, qoç qəbirləri dağıdılmış və xeylisi aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi. “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şirnuxu kəndləri yaxınlığında idi. Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikilmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi. Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvünc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
Padar (Qubadlı)
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s.
Pirdağ (Qubadlı)
Pirdağ — Qubadlı rayonu ərazisində dağ. Həkəri çayının sol qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1376 m. Ziyarətdağ da adlanır.

qubad sözünün leksik mənası və izahı

"qubad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qubad nədir? #qubad sözünün mənası #qubad nə deməkdir? #qubad sözünün izahı #qubad sözünün yazılışı #qubad necə yazılır? #qubad sözünün düzgün yazılışı #qubad leksik mənası #qubad sözünün sinonimi #qubad sözünün yaxın mənalı sözlər #qubad sözünün əks mənası #qubad sözünün etimologiyası #qubad sözünün orfoqrafiyası #qubad rusca #qubad inglisça #qubad fransızca #qubad sözünün istifadəsi #sözlük