Qubadlı sözü azərbaycan dilində

Qubadlı

Yazılış

  • Qubadlı • 99.4684%
  • QUBADLI • 0.4557%
  • qubadlı • 0.0759%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qubadlı
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. == Etimologiyası == "Qubadlı" eyni adlı türk tayfasının adıdır. Həmin tayfa hazırda İranda yaşamaqdadır. == Coğrafiyası == Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. == Tarixi == Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.
Hal (Qubadlı)
Hal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Həkəri (Qubadlı)
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Mahmudlu (Qubadlı)
Mahmudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mahruzlu (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Mahrızlı (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Mehrili (Qubadlı)
Mehrili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Mehrili kəndi dağətəyi ərazidədir. Tam adı Əyədi Mehrilidir. Əyədi sarallı tayfasının qışlaqlarından birinin adı olmuşdur, mehrili isə orada məskunlaşmış nəslin adıdır.
Mollalı (Qubadlı)
Mollalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Bərgüşad çayının (Bazarçay) sahilindədir. Əsil adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Alı adlı şəxs saldığı üçün belə adlanmışdır. Lakin sonralar Mollalı şəklinə düşmüşdür və rəsmi olaraq qəbul olunmuşdur.
Muradxanlı (Qubadlı)
Muradxanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 2 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə adlandırılmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 164 şiə kürd yaşayırdı. 1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.
Muğanlı (Qubadlı)
Muğanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Muğanlı kəndi Həkəri çayının sol sahilindədir.
Məzrə (Qubadlı)
Məzrə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Məzrə kəndi dağətəyi ərazidədir. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını kəsb edir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortal arında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.
Novlu (Qubadlı)
Novlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.Kənd 2020 ci ildən Azərbaycan ordusunun nəzarətinə keçib. 1918 soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur. Mühafizəçisi Gorus şəhərinin Ağbulaq kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da barbarlar tərəfindən yandırılmışdır, qoç qəbirləri dağıdılmış və xeylisi aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi. “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şirnuxu kəndləri yaxınlığında idi. Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikilmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi. Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvünc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
Padar (Qubadlı)
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Toponimikası == Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s.
Pirdağ (Qubadlı)
Pirdağ — Qubadlı rayonu ərazisində dağ. Həkəri çayının sol qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1376 m. Ziyarətdağ da adlanır.
Poladlı (Qubadlı)
Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Coğrafiyası və iqlimi == Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Qaracallı (Qubadlı)
Qaracallı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Əsli Qaracalar olmuşdur. Kəndin adı XVIII əsrdə Naxçıvandan Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin qaracallı tayfasının adı ilə bağlıdır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsi bina etmişlər. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qaracallı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qaracallı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qaralar (Qubadlı)
Qaralar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılmışdır. == Etimologiyası == Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Məhəmmədhəsən Baharlının məlumatına görə, kəndin əhalisi kürdlərdən ibarət olmuşdur. == Coğrafiyası == Kənd Yazı düzündə yerləşir.
Qaraqoyunlu (Qubadlı)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qaraqoyunlu kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yerli məlumata görə, təqribən XVIII əsrdə Xanqaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı Qaraqoyunlu kəndi) ayrılmış ailələr əvvəlcə Şayıflı kəndinin (Zəngilan rayonu) yaxınlığında, Xanyeri deyilən yerdə məskunlaşmış, sonra isə indiki yerə köçərək Qaraqoyunlu kəndini salmışlar. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Qarağac (Qubadlı)
Qarağac — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qarağac kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qarağac Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qayalı (Qubadlı)
Qayalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 avqust 1993 - ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020 - ci ildə Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanmış atəşkəs müqaviləsinə əsasən Azərbaycana geri verilmişdir. Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2 Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir.
Qazyan (Qubadlı)
Qəzyan, Qazyan – Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.
Qiyaslı (Qubadlı)
Qiyaslı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qiyaslı kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.
Qubadlı (1989)
== Məzmun == Kinolent Azərbaycanın dağ bölgələrindən biri olan Qubadlıya, onun əhalisinin məişət və qayğılarına həsr edilmişdir. == Film haqqında == Film Qubadlı Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
Qubadlı (dəqiqləşdirmə)
Qubadlı

qubadlı sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#qubadlı nədir? #qubadlı sözünün mənası #qubadlı nə deməkdir? #qubadlı sözünün izahı #qubadlı sözünün yazılışı #qubadlı necə yazılır? #qubadlı sözünün düzgün yazılışı #qubadlı leksik mənası #qubadlı sözünün sinonimi #qubadlı sözünün yaxın mənalı sözlər #qubadlı sözünün əks mənası #qubadlı sözünün etimologiyası #qubadlı sözünün orfoqrafiyası #qubadlı rusca #qubadlı inglisça #qubadlı fransızca #qubadlı sözünün istifadəsi #sözlük