Qubalı sözü azərbaycan dilində

Qubalı

Yazılış

  • Qubalı • 68.8073%
  • qubalı • 29.9694%
  • QUBALI • 1.2232%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qubalı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
Çöl Qubalı
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çöl Qubalı oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəb Qubalı
Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Tarixi abidələri == Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var. == Toponimikası == Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır. == Əhalisi == 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Fətəli xan Qubalı
Fətəli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu ; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Hacı ağa Qubalı
Hacı ağa Qubalı — XIX əsrin ortalarında və XX əsrin əvvəllərində Qubada yaşamış Azərbaycanlı şair. = Həyatı = Doğum və vəfat tarixləri bilinmədiyi kimi, həyatı haqqında məlumat da yoxdur. Atasının adının Kərbalayi Əhməd olduğu məlumdur. Hacı ağa Qubalı Qubada 1830-cu illərdə təşkil edilən "Gülüstan" şeir məclisinin üzvlərindən idi. = Əsərləri = Hacı ağa Qubalının şeirlərinin toplandığı əlyazmaya rastlanmır. Qarayev, "Poetik məclislər" adlı antologiyasına şairin 3 şeirini daxil etmişdir.
Həsən xan Qubalı
Həsən xan (1784, Quba şəhəri – 1803, Dərbənd) — Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi. == Həyatı == === İlk illəri === 1784-cü ildə Quba şəhərində anadan olmuşdur. İlisu sultanının qızı Gülpəri xanım Həsən xanın anasıdır. === Salyan naibi kimi fəaliyyəti === 1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı təyin etdi. 1796-cı ilə qədər Salyan naibi olan Həsən ağa, sonralar Dərbəndin idarəçiliyi uğrunda mübarizə aparmışdır. === Quba və Dərbənd ətrafında fəaliyyəti === 1796-cı ildə Alpan və Quba ətrafında baş verən döyüşlərdən sonra Rusiya Həsən ağanı İlisudan çağıraraq Quba taxtına çıxardı. Noyabrın 3-də Həsən ağa Quba xanı elan edildi. Həsən xan azyaşlı olduğundan Baş komandanın müəyyənləşdirdiyi bir neçə ağsaqqal Quba xanlığının idarəsini həyata keçirməli idi. 1796–1797-ci illərdə Rusiyanın dəstəyi ilə Quba şəhərində hakimiyyəti əlinə alsa da, Şeyxəli xanın nüfuzunun çox olması ona bu ərazilərdə möhkəmlənməyə çətinlik yaratdı.
Qubalı Fətəli xan
Fətəli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu ; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Şeyxəli xan Qubalı
Şeyxəli xan Qubalı (1778, Quba şəhəri – 1810, Bakı şəhəri) — Quba xanlığının VII, sonuncu xanı (1791-1806). == Həyatı == Şeyxəli xan Fətəli xan oğlu Quba şəhərində anadan olmuşdur. 1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi. Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi. Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, İranda bərpa olunmuş mərkəzləşmiş hakimiyyətə əvvəllər öz şəxsi xanlıq mənafeyinə görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus təhlükəsini hiss etdikcə və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi yenə də İranı görür və ondan kömək umurdular. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. 1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi.
Əhməd xan Qubalı
Əhməd xan Qubalı — Quba xanlığının VII xanı. == Əhməd xanın hakimiyyəti dövrü == Fətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xanlıq taxtına çıxdı (1789-1791). Əhməd atası kimi bacarıqlı deyildi. Fətəli xanın hakimiyyətinin son illərində Quba xanlığı münasibəti yaxşılaşmış Şəki xanlığı ilə ixtilaf yenidən gücləndi və Məhəmməd Həsən xan öz bibisi oğlu olan Əhməd xana qarşı qalxdı. Əhməd xana qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayan Şəki xanı bu işdə şamaxılılardan istifadə etməyi qərara aldı. Keçmiş Şamaxı xanı Məhəmməd Səidin Osmanlı torpağlarında olan oğlanları Əsgər bəy və Qasım bəy, Ağası xanın oğlu Mustafa bəy Fətəli xanın ölümünü eşidərək geri qayıtdılar,əvvəlcə Qarabağa,oradan isə Şamaxıya gəldilər. Şəkili Məhəmmədhəsən xan onları silahlandırdı, bir vaxtlar Yeni Şamaxının hakimi olmuş Hacı Məhəmmədəli xanın oğlu Manaf bəyi də onlara qoşub Şamaxıya hücum etdilər. Əhməd xan onların qarşısını almaq iqtidarında olmadığı üçün Qubaya çəkildi. Məhəmməd Həsən xan Şamaxıda sərkərlərin hakimiyyətini bərpa etdi. Yeni Şamaxının idarəsi isə Manaf bəyə həvalə olundu.
Ərəb Qubalı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sultan Əhməd xan Qubalı
Sultan Əhməd xan Qubalı — tam müstəqil olmayan Quba xanlığının xanı. 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı Hüseynəli xanın atasıdır. == Haqqında == XVIII əsrin birinci onilliyində ölmüş Əhməd xanı, hakimiyyətdə azyaşlı oğlu Sultan Əhməd xan əvəz etdi. A.Bakıxanov yazır ki, üsyan qaldıraraq Şirvanda Qacar ağalığını ləğv edən Hacı Davud, Xudatı zəbt etmiş, bu zaman Hacı Qərib və qardaşı oğlu Nəzirin təhriki ilə Sultan Əhməd xan öz yaxın adamları ilə öldürülmüşdür. Digər məlumatlarda isə Sultan Əhmədin öz qayınatasının təhriki ilə öldürüldüyü təsdiq edilir. Bu hadisələrin, Sultan Əhmədin ölümü bir çox mənbədə 1718-ci ildə baş verdiyi qeyd olunur. Tarixçi A. Lopuxin Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət etmişdi. Lopuxin 1718-ci ilin mart ayında Quba şəhərinə gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək icmalının “Quba haqqında məlumat” adlı hissəsində yazır: “İndiki Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir. Onun 14 yaşı vardır.
Qubalıbalaoğlan
Qubalıbalaoğlan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Bakı şəhərindən 80 km qərbdə yerləşən yaşayış məskəni dəniz səviyyəsindən 51 metr yüksəklikdədir. Hacıqabul rayonundan məsafəsi 13.8 km-dir. Kənd Udulu, Rəncbər kəndləri ilə qonşudur. == Tarixi == Hacıqabul rayonunun ən qədim kəndlərindən biridir. Təbii şəraiti fiziki coğrafi quruluşu kəndi daha qorunacaqlı bir məskənə çevirdiyi üçün insanlar burda məskunlaşmışlar. Kəndin əsası minilliyin əvvəllərində qoyulmuşdur. Kənd Pirsaatcayinın üzərində yerləsir. Kəndin yaxinlığında XII əsr tarixi abidə "Pirhüseyn xanəgahı" yerləşır. Xanəgah təmirdən sonra yeni çəkilən yol vasitəsilə dahada çox ziyarətçi və turist qəbul etməyə başlamışdır.
Qubalıbalaoğlan bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2003 ••••••• 1.18
2004 •••••••••• 1.68
2005 •••••••• 1.35
2006 •••••••••••••••••••• 3.38
2007 ••••••• 1.06
2008 ••• 0.49
2009 ••••• 0.80
2010 ••••• 0.73
2011 •••••• 0.94
2012 ••• 0.43
2013 ••••••••• 1.46
2014 ••••••••••••• 2.06
2015 •••••• 0.85
2016 ••• 0.35
2017 0.16
2018 •• 0.30
2019 •• 0.28
2020 •••••••••• 1.59

qubalı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Qubada anadan olan və ya orada yaşayan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#qubalı nədir? #qubalı sözünün mənası #qubalı nə deməkdir? #qubalı sözünün izahı #qubalı sözünün yazılışı #qubalı necə yazılır? #qubalı sözünün düzgün yazılışı #qubalı leksik mənası #qubalı sözünün sinonimi #qubalı sözünün yaxın mənalı sözlər #qubalı sözünün əks mənası #qubalı sözünün etimologiyası #qubalı sözünün orfoqrafiyası #qubalı rusca #qubalı inglisça #qubalı fransızca #qubalı sözünün istifadəsi #sözlük