qabaq sözü azərbaycan dilində

qabaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qabaq • 98.1818%
  • Qabaq • 1.6031%
  • QABAQ • 0.2151%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qabaq sukatı
Qabaq sukatı - Qabaqdan hazırlanmış quru mürəbbə Tərkibinə qabaq, şəkər tozu, vanil daxildir. Qabaq sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qabaq bulaq (Şot)
Qabaq bulaq (fars. قاباخ بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qabaq təpə (Salmas)
Qabaq təpə (fars. قاباخ تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (28 ailə).
Yunan qabaq piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. == Ərzaqlar == 1/2 stəkan zeytun yağı 1 stəkan xırda doğranmış yaşıl soğan 3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış 5 iyi yumurta 1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır) 1 stəkan un 3 çay qaşığı qabartma tozu (baking powder) 1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz) 1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər) 1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm) zövqə görə istiot zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika) üzərini bəzəmək üçün qabaq dilimləri == Hazırlanma qaydası == Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın. Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940)
== Məzmun == Filmdə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin əmək qabaqcıllarının təsərrüfat sahəsində qazandıqları nailiyyətlərdən və onların Moskvaya Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinə yola salınmalarından bəhs olunur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissorlar: L. Martirosov, Qəmər Salamzadə Ssenari müəllifi: L. Martirosov Operator: L. Martirosov Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66-67.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy)Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Qabaqcıl (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. == Tarixi == Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır.Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir. 2003-cü ildə tədqiqatçı Əbülfəz Muxtaroğlunun redaktorluğu ilə nəşr olunan "Zorbulağın zümzüməsi" ədəbi almanaxında "Oğuz səsi" qəzetində fəaliyyət göstərən "Məmməd Araz" ədəbi birliyində toplaşan şahbuzlu yazarların şeirləri toplanmışdır.
Qabaqcıl Elmlər Politexnik İnstitutu
Qabaqcıl Elmlər Politexnik İnstitutu (IPSA; fr. Institut polytechnique des sciences avancées) — Fransaın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya ixtisaslaşan özəl universitetdir. O IONIS Education Group üzvüdür. == Tarix == Institut polytechnique des Sciences Appliquées 1961-ci ildə aviasiya sektorundan gələn və Parisdə məskunlaşmış üç mühəndis Mişel Kazin, Moris Pradier və Pol Lefort tərəfindən yaradılmışdır. 2001-ci ildə adı Institut polytechnique des sciences avancées olaraq dəyişdirildi. 2007-ci ildə o, Tuluzada bölgədəki mühüm aviasiya sənayesindən qorunan törəmə müəssisəsini açdı.Fransa hökuməti 2005-ci ildə məktəbin məzunlarına "Aeronaviqasiya və kosmik sistemlərin mühəndisliyi üzrə ekspert" adını tanıdı və 2011-ci ildə Komissiya des titres d'ingénieur instituta mühəndis adının verilməsinə icazə verdi. Bu mühəndislik ixtisasının ilk məzunları 2013-2014-cü tədris ilinin sonunda təhsillərini başa vurmuşlar. Məktəb iki illik hazırlıq dövrü və üç illik təkmilləşdirmə dövrü təklif edir: "Telekommunikasiya sistemləri", "Botda hesablamalar", "Elektromexaniki sistemlər", "Mexanika və konstruksiyalar", "Enerji və hərəkət". Məzunlar məktəbi "Aeronaviqasiya Sistemləri və Spatiaux Mühəndisliyi üzrə Ekspert" rəsmi adı ilə tərk edirlər.2017-ci ildən məktəb həmçinin Aeronavtika üzrə bakalavr və yay məktəbi təklif edir. == Qabaqcıl Elmlər Politexnik İnstitutunun məşhur məzunları == Eric Boullier (1999), hakim simaları Lotus F1 Team.
Qabaqcıl Sovxozda (1955)
== Məzmun == Kinooçerk Azərbaycan SSR-in maldarlıq sovxozlarından birinin qabaqcıl iş üsullarından söhbət açır.
Qabaqcıl Traktor Briqadasında (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Qabaqcıl sovxozda (film, 1955)
== Məzmun == Kinooçerk Azərbaycan SSR-in maldarlıq sovxozlarından birinin qabaqcıl iş üsullarından söhbət açır.
Qabaqcıl traktor briqadasında (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qabaqtəpə arısı
Qabaqtəpə arısı - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. == Qısa məlumat == Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır.
Qabaqtəpə bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qabaqtəpə dağı
Qabaqtəpə dağı (Şahbuz) — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Qabaqtəpə dağı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində dağ.
Qabaqtəpə dağı (Laçın)
Qabaqtəpə — Laçın rayonu ərazisində dağ. Şəlvə çayı ilə Qoşasu çayının suayrıcında yerləşir. Hündürlüyü 2132 m. Oronim “qarşida olan dağ” mənasındadır.
Qabaqtəpə dağı (Şahbuz)
Qabaqtəpə — Şahbuz rayonu ərazisində dağ (hünd. 2175,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Badamlı kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən və cənub-qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Qabaqtəpə kilsəsi
Qabaqtəpə kilsəsi - Daşkəsən rayonu Qabaqtəpə kəndinin mərkəzində, yolun kənarında yerləşən məbəd. Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Məbəd üçnefli düzbucaqlı bazilikadan ibarətdir. Bazilikanın xarici ölçüləri 21.75 X 13.30 metrdir. Təəssüf ki, erməni barmağı bu məbəddən də yan keçməyib. Məbədə məxsus nadir əşyalar başqa ünvanlara daşınıb. Daxildən möhtəşəm görünən bu məbədin xarici quruluşu olduqca yığcam formadadır. Məbədin hazırda bərpaya ehtiyacı var.
Qabaqulaq İbrahim Paşa
Qabaqulaq İbrahim Paşa (İsparta – 1743) — I Mahmud dönəmində 7 ay 19 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == == Mənbə == Destârî Sâlih Tarihi (nşr. Bekir Sıtkı Baykal), Ankara 1962, s. 32-34, 36, 37, 41, 43-45; 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943, s. 53, 60, 62-64; Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271, s. 38-40; Subhî, Târih, vr. 16b, 17a, 18a, 20a, 22b, 26a-27a, 44b; Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 16 vd., 19, 21, 23, 24, 29; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 14; Müstakimzâde, Tuhfe, s. 51-52; Ferâizîzâde, Gülşen-i Maârif, İstanbul 1252, II, 1255, 1258-1264; Hammer, HEO, XIV, 245-250; Sicill-i Osmânî, I, 128; Danişmend, Kronoloji, IV, 21-22, 475-476; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.
Qabaqyal dağı
Qabaqyal – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin suayrıcında, Yuxarı Yaycı kəndindən 3 km cənub-şərqdə dağ (hünd. 1824,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentində, onun mərkəzi hissəsinin şimal-şərq qanadında müşahidə edilən Yuxarı Danzik antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.
Qabaqçöl
Qabaqçöl — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilərək şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və bu qəsəbə mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin milli tərkibinin hamısını Avarlar təşkil edir. 2009-cu il əhali siyahıyaalınmasına əsasən qəsəbədə 999 nəfər (456 nəfəri kişilər, 543 nəfəri qadınlar) əhali yaşayırdı. === Tanınmış şəxsləri === Rəsul Çunayev Murad Bazarov Hacımurad Bağmanov Hacımurad Çopsiyev == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, fermer təsərrüfatı və kiçik bizneslə məşğul olur.
Qabaqçöl bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.73 dəfə / 1 mln.
2002 ••••••••••••• 23.98
2003 •••••••••••• 23.62
2004 ••••• 8.09
2005 •••• 7.42
2006 ••••• 9.01
2007 •••• 6.13
2008 •••• 6.33
2009 •••••••• 14.72
2010 ••••••••••• 21.69
2011 ••••••••• 17.16
2012 ••••••••• 16.09
2013 •••••••••••••••••••• 37.78
2014 •••••••••••••••••••• 39.47
2015 ••••••••• 17.18
2016 •••••• 11.63
2017 ••••• 9.59
2018 •••••• 11.69
2019 •••••• 11.54
2020 ••••••• 13.00

qabaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. (Ata. sözü). 2. məc. dan. Dadsız, tamsız qovun, qarpız və s. haqqında. Bir qovun kəsdik, lap qabaq çıxdı.

    Azərbaycan dilinin izahlı lüğəti / qabaq
  • 2 1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm. – Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdamdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Məmməd şirin səhər yuxusuna xələl qatar, işə vaxtından da yarım saat qabaq gələrdi. M.İbrahimov. // Tez. Hamıdan qabaq kim gəldi? – Ey günəş üzlü yar, günəşdən qabaq; Yoluma nur çilə, gəl səhər-səhər. M.Araz. 2. sif. Əvvəlki, keçmiş. Qabaq zaman. // Cəm şəklində: qabaqlar – əvvəllər, keçmişdə. Qabaqlar bura ağaclıq idi. Qabaqlar o çox gözəl oxuyardı. – Özlərinin qabaqlar zülm etdikləri; Məzlumlar da yəqin həmin cür olublar. Şəhriyar. 3. is. Bir şeyin irəli tərəfi, ön tərəfi, üz tərəfi (dal müqabili). Binanın qabağı bağa çıxır. Paltarımın qabağı batmışdır. – Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn. // sif. İrəlidə olan, ön tərəfdə olan; ön. Arabanın qabaq çarxı. Müdafiənin qabaq xətti. Kitabın qabaq səhifələri düşmüşdür. – [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal. // İrəlidə gedən, qabaqda gedən. Nəhayət, kəndlilərin qabaq dəstəsi gəlib çatdı. M.Hüseyn. 4. Qoşma mənasında yerlik halında: qabağında – qarşısında, önündə, qənşərində. Şagird müəllimin qabağında durub suallara cavab verirdi. Məktəbin qabağında iki sıra ağac əkilmişdir. Avtomobil evimizin qabağında durdu. – Sona hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin batan tellərini ilıq göz yaşları ilə isladırdı. C.Cabbarlı. Daxmanın qabağında topa-topa adamlar… Hər gözdə bir sual var. B.Vahabzadə. 5. zərf İrəli. Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi. Mir Cəlal. 6. is. Ön tərəf, irəli tərəf, qarşı tərəf. Qabağımız dərə idi, dalımız dağ. – Nahardan sonra Bahadır pəncərədə oturub qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov. Yavaş-yavaş dumduru göy qabağının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. // Qarşı. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim: – İndi söylə, mən yazım. Qantəmir. 7. Alın. Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır. Aşıq Ələsgər. ◊ Qabağa düşmək – 1) rəhbərlik etmək, yol göstərmək. Qabağıma düş, məni oraya apar. – [Gülməmməd:] Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Ə.Haqverdiyev; 2) irəli düşmək, bir işdə təşəbbüsçü, birinci olmaq, baş olmaq, başqalarını ötmək. Bizim briqada yenə qabağa düşdü. Qabağa getmək – irəliləmək, inkişaf etmək, artmaq. [Ağa Məhəmməd xan:] İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Ə.Haqverdiyev. Qabağa gələn – ağsaqqal, sözü keçən, hörmətli. Kəndin qabağa gələnləri. Qabağa keçmək – başa keçmək, birinci yeri tutmaq. Şamxal bunu duymuş kimi qabağa keçib axşam ayazında tir-tir əsən Güləsərin qolundan tutdu… İ.Şıxlı. Qabağı açılmaq – 1) üzü gülmək, üzündə sevinc əlaməti görünmək. Bu sözü eşidən kimi, onun qabağı açıldı. Nə var, nə olmuş, heç qabağın açılmır? 2) axın halında, izdihamla gələn, hərəkət edən kütlə haqqında. Sürünün qabağı açıldı. Qoşunun qabağı açıldı. Qabağına ağac uzatmaq – qarşısını saxlamaq, mane olmaq, qoymamaq. Qabağına çəkmək – özünə lap yaxınlaşdırmaq. Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. M.İbrahimov. Qabağ(ın)a çıxmaq – 1) qarşılamaq; səfərdən gələn adamın qarşısına getmək. Sara xanım toya gələndə kənd ağsaqqallarının bütün arvadları onun qabağına çıxırdı. Qantəmir. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Ə.Haqverdiyev; 2) təsadüf etmək, rast gəlmək; 3) yolunu kəsmək, qabağını kəsmək. Budu gördüm, əli tüfənglilər darvazanı kəsdirib sındırırlar. – İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, yol vermək istəmir… İ.Şıxlı. Qabağına keçmək – 1) mane olmaq, əngəl törətmək; 2) yol göstərmək, bələdçilik etmək. Qabağına kötük itələmək – bax qabağına ağac uzatmaq. Əlyarov hər cür yolla işin qabağına kötük itələyir. M.Hüseyn. Qabağına qatmaq – sürmək, aparmaq, qabağına salıb aparmaq, qova-qova aparmaq. Çoban sürünü qabağına qatıb apardı. – Karvanı gülləyə basıb qırdıqların qırdılar, qırmadıqlarının da qollarını bağlayıb qabaqlarına qatdılar. Çəmənzəminli. Buğac üç ceyranı qabağına qatıb düz xana sarı qovurdu. M.Rzaquluzadə. Qabağından qaçmaq – qorxmaq, çəkinmək. Qabağından yeməyən – həddindən artıq dikbaş, iddialı, öz həddini, danışığını bilməyən adam haqqında. Hüseynqulu … qabağından yeməyən idi, … söz götürməzdi. Ə.Sadıq. Qabağını almaq – 1) bir hadisənin baş verməsinə mane olmaq üçün vaxtında tədbir görmək, baş verməyə qoymamaq. Yanğının qabağını almaq. Xəstəliyin qabağını almaq. Təhlükənin qabağını almaq. – [Ağbulaqlılar] selin qabağını almaq üçün səddi-Çin kimi qalın-qalın barılar düzəltmişdilər. S.Rəhimov; 2) qabağını kəsmək. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov. [Əsgər:] Gedib nemesin qabağını alacağam. Ə.Əbülhəsən. Qabağını boğmaq – bax qabağını almaq 1-ci mənada. Qabağını kəsmək – 1) mane olmaq, qarşısını almaq. Selin qabağını kəsmək; 2) soyğun və talan məqsədilə yolunu tutmaq, yolunu bağlamaq. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi: – Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. S.S.Axundov. Qabağını-gerisini düşünmək – görüləcək bir iş haqqında ətraflı fikirləşmək, ehtiyatla, sayıq hərəkət etmək. Qabağını tutmaq – bax qabağını kəsmək. Özünü qabağa vermək – irəli gəlmək, təşəbbüsçü olmaq, birinci olmaq. Rüstəm özünü qabağa verib bu yerlərə tamamilə bələd olduğunu komandirə bildirdi. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / qabaq

qabaq sözünün etimologiyası

  • 1 Sözün əsli qaraq (göz) kimi olub “ön tərəf” anlamını əks etdirib, qarşı kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Dialektlərin bəzilərində buynuzu olmayan keçiyə, qoyuna qabaq (başı hamar olan) deyirlər. Ehtimal ki, belə heyvanların başı balqabağa bənzədilir (hamar olur) və söz də buradan irəli gəlib. Rus dilindəki “тыква” mənasında işlədilən qabaq sözünü alimlərin bəziləri türk, bəziləri alman, başqaları osetin, digərləri fars mənşəli hesab edirlər. Dünyanın çox dillərində, o cümlədən rus dilində də işlədilir. Qabağın bir növü suqabağı adlanır və keçmişdə ondan qab kimi istifadə olunub. Zənn edirəm ki, türk mənşəlidir və qabarmaq sözü ilə qohumdur (formaca qabarıq olur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qabaq

qabaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qabaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QABAQ – SONRA Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur (M.İbrahimov); Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başına yığıldılar (A.Şaiq).

    Azərbaycan dilinin antonimlər lüğəti / qabaq

qabaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QABAQ I is. bot. Balqabaq. Qarpız, qovun və xiyar cinsindən olub, sarımtıl bostan bitkisidir. Sonra bibim haradansa bir ovuc qabaq toxumu tapdı, bir nimçə qarğıdalı çıxartdı (Ə.Əylisli). QABAQ II zərf İrəli, ön. Bütün döyüşlərdə getdin qabaqda; Nə arxada qaldın, nə də yoruldun (B.Azəroğlu). QABAQ III zərf Əvvəl. Qabaqlar biz onunla tez-tez görüşərdik (İ.Əfəndiyev).

    Azərbaycan dilinin omonimlər lüğəti / qabaq

qabaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. передняя часть, сторона, перед; 2. раньше; 3. тыква;

    Azərbaycanca-rusca lüğət / qabaq
  • 2 1 I сущ. бот. 1. тыква: 1) род одно- и многолетних растений сем. тыквенных. Qabaq bostanlarda becərilir тыква культивируется на бахчах 2) плод этого растения. Qabaq bişirmək варить тыкву, yem qabağı кормовая тыква 2. разг. о безвкусном арбузе или дыне II прил. тыквенный. Qabaq çiyidi тыквенные семечки 2 I сущ. 1. перёд (передняя часть чего-л.). Köynəyin qabağı перед рубашки 2. фасад (передняя, главная сторона здания, выходящая на улицу, площадь). Teatrın qabağı фасад театра 3. перен. поэт. лицо, лик. Ayın qabağı лик луны II прил. 1. передний (находящийся впереди). Atın qabaq ayaqları передние ноги лошади, qabaq sıralar передние ряды, qabaq təkərlər передние колеса 2. обращённый вперёд. Evin qabaq pəncərələri передние окна дома, müdafiənin qabaq xətti передний край обороны III нареч. в прошлом, прежде, в прежнее время, раньше. Qabaq onlar dost idilər прежде они были друзьями, qabaq o bizimlə işləyirdi раньше он работал с нами IV послел. 1. раньше кого-л., чего-л. Hamıdan qabaq раньше всех, vaxtından qabaq раньше срока, hər şeydən qabaq прежде всего 2. до кого, до чего. Bayramdan qabaq до праздника, məndən qabaq до меня 3. перед чем. Yeməkdən qabaq перед едой, dərsdən qabaq перед уроком, müharibədən qabaq перед войной 4. за сколько-то времени до чего-л. Zəlzələdən iki gün qabaq за два дня до землетрясения, iclasdan bir saat qabaq за час до собрания 5. в форме qabağında kimin, nəyin: 1) перед кем, чем. Evin qabağında перед домом, məktəbin qabağında перед школой, müəllimin qabağında перед учителем 2) у, около, возле кого, чего. Körpünün qabağında у пристани, teatrın qabağında у театра 3) напротив, против кого, чего. Kəndin qabağında против деревни, vağzalın qabağında напротив вокзала ◊ qabağa çıxmaq выходить, выйти вперед; qabağa qaçmaq (qabağa əl atmaq) забегать вперед; qabağa düşmək: 1. возглавить какое-л. дело, организовать какое-л. дело; 2. показывать, показать дорогу; 3. опережать, опередить других; qabağa keçmək опережать, опередить кого-л. в чем-л.; qabağa gəlmək (qabağa çıxmaq) выступить, выйти вперед; qabağı alınmaq: 1. предотвращаться, быть предотвращенным; 2. взнуздываться, быть взнузданным; qabağı açılmaq: 1. хлынуть, нахлынуть. İnsan axınının qabağı açıldı хлынул людской поток; 2. открываться, открыться (освободиться от чего-л. заслоняющего – о виде, просторе); qabağı açıldı kimin появилась возможность жениться для следующего по возрасту брата; qabağına ağac uzatmaq kimin вставлять палки в колеса к ому; qabağına qatmaq вести, подгоняя кого-л. куда-л.; qabağında əsmək kimin ходить по струнке перед кем; qabağında mil durmaq смирно стоять перед кем; qabağında dura bilməmək не устоять перед кем, не выдержать; qabağında quyruq bulamaq kimin вилять хвостом перед кем; qabağına keçmək становиться, стать помехой для кого; qabağına kötük itələmək kimin см. qabağına ağac uzatmaq; hər kəs közü öz qabağına çəkir для каждого своя рубашка ближе к телу, каждый старается для себя; qabağına çıxmaq: 1. kimin выходить, выйти навстречу к ому-л.; 2. преграждать, преградить путь к ому; 3. тягаться, соперничать с кем; qabağında diz çökmək kimin стать на колени перед кем; qabağından qaçmaq kimin побоявшись, уклониться встретиться с кем, струсить перед кем, qabağından yeməmək вести себя задиристо, вести себя вызывающе (лезть драться); qabağından yeməyən не в меру самонадеянный, заносчивый, задиристый; qabağını almaq: 1. nəyin предотвращать, предотвратить, предупреждать, предупредить что. Təhlükənin qabağını almaq предотвратить опасность, yanğının qabağını almaq предотвратить пожар, bədbəxt hadisənin qabağını almaq предупредить несчастье, xəstəliyin qabağını almaq предупредить болезнь; 2. kimin, nəyin принимать, принять меры в отношении кого-л., чего-л.; 3. kimin обуздывать, обуздать (подчинить своей воле); qabağını kəsmək nəyin: 1. перекрывать, перекрыть. Çayın qabağını kəsmək перекрыть реку 2. kimin остановить, преградить дорогу к ому (с целью задержания, ограбления и т.п.); qabağını-gerisini düşünmək действовать осмотрительно, обдумать за и против; qabağını tutmaq см. qabağını kəsmək; özünü qabağa vermək стремиться вперёд; göz qabağındadır неоспоримо, на виду

    Azərbaycanca-rusca lüğət / qabaq

qabaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bot. pumpkin II. s. pumpkin (attr.); ~ toxumu pumpkin seed III. i. 1. front; evin qabağı the front of the house; Qabağına bax! Look to your front; qabağını almaq to forestall (d.); fəlakətin qabağını almaq to forestall disaster; təhlükənin qabağını almaq to stave off danger, to prevent danger; 2. şair. face; ayın qabağı face of the moon; IV. s. front, fore; ~ təkər front wheel; ~ dişlər front teeth; ~ sıralar front rows; ~ yerlər front seats; ~ ayaqlar (heyvanda) forelegs V. z. ago, before, formerly; çox illər ~ many years ago; Mən onu qabaqlar görməmişəm I haven’t seen him before; O, qabaq bu zavodda işləyirdi He formerly worked at this plant VI. qoş. before, first; dərsdən / iclasdan və s. ~ before classes / meeting, etc., hər şeydən ~ first of all; vaxtından ~ beforehand; Mən saat beşdən qabaq gələ bilmərəm I can’t come before five o’clock VII. bağ. before; O gələndən qabaq biz işimizi qurtaracağıq We’ll finish our work before he comes

    Azərbaycanca-ingiliscə lüğət / qabaq

qabaq sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. bot. courge f, citrouille f ; 2) façade f ; evin ~ğı devant m, la partie antérieure de la maison ; 3) zərf. jadis, auparavant, autrefois, avant, d’abord ; ~ğa düşmək mettre (se) à la tête de ; ~ qabağa getmək faire des progrès, avancer avec des bottes de sept lieues ; ~ qabağı görmək anticiper sur l’avenir, pronostiquer vt

    Azərbaycanca-fransızca lüğət / qabaq

qabaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. бот. буран, къабах; // бурандин; 2. пер. рах. верцӀивал, дад квачир хали.

    Azərbaycanca-ləzgicə lüğəti / qabaq
  • 2 1. нареч. вилик; эвел; кӀвенкӀве, фад; 2. прил. виликан, эвелан, алатай (мес. девир); // qabaqlar, əvvəllər, keçmişdə гз. виликра, эвелра, алатай девирра; 3. сущ. вилик пад; ччин пад, ччин (мес. кӀвалин); 4. прил. вилик; виликан, вилик патан (мес. арабадин чарх); вилик квай, вилик галай, вилик физвай (мес. десте); 5. ппел; 6. qabağında вилик, къаншарда; ** qabağa düşmək вилик акатун а) рехъ къалурун, регьбервал авун; б) масабурулай вилик фин, са кардал сад лагьайди хьун, кӀвенкӀвечи хьун; qabağa getmək вилик фин, инкишаф авун; qabağı açılmaq а) ппел ахъа хьун, ччин хъуьруьн, ччина хвешивилин лишанар гьатун; б) вилик кьил акун (мес. суьруьдин, кьушундин); qabağına çəkmək вилик ялун, вилик чӀугун, вичиз мукьвал авун (мес. чай авай истикан); qabağ(ın)a çıxmaq вилик акъатун а) вилик экъечӀун, къаншардиз экъечӀун; б) гьалтун, дуьшуьш хьун; в) вилик пад атӀун, рехъ атӀун; qabağına keçmək а) вилик акъвазун, маний хьун, энгелвал авун, кьецӀ гун; б) вилик акатун, рехъ къалурун; qabağına kötük itələmək вилик кӀанчӀ вегьин, вилик пад хуьн, маний хьун, тун тавун; qabağına qatmaq вилик кутун, гьалун, тухун, вилик кутуна тухун, вилик кутуна гьалун (мес. нехир); qabağından qaçmaq виликай катун, кичӀе хьун, игьтият авун, къакъасун; qabağını almaq а) вилик пад кьун (мес. азардин, цӀун ва мс.), са кардиз маний хьун патал вахтунда тедбир акун; б) вилик пад атӀун, кӀвенкӀ атӀун, вилик физ тун тавун; qabağını boğmaq кил. qabağını almaq а); qabağını kəsmək а) вилик пад атӀун, маний хьун, вилик пад кьун (мес. селдин); б) рехъ атӀун, рехъ кьун, рехъ кӀевун, кӀвенкӀ атӀун (мес. къачагъри); qabağını-gerisini düşünmək вилик-кьулухъ фагьумун, ийизвай са кар вири патарихъай фикирна (юкӀ-чӀиб яна) авун, игьтиятдалди авун; qabağını tutmaq кил. qabağını kəsmək.

    Azərbaycanca-ləzgicə lüğəti / qabaq

qabaq sözünün türk dilinə tərcüməsi

qabaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Örtük. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Üz, sima. (“Koroğlu” dastanının lüğəti) Cavan oğlan, ölkənizə üz tutub, Bir qız sorağına gəldim, ha gəldim. Osman gözəlinin düşdüm eşqinə, Açıq qabağına gəldim, ha gəldim.                      (“Koroğlunun İstanbul səfəri”)

Azərbaycan dastanlarının leksikası

"qabaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qabaq nədir? #qabaq sözünün mənası #qabaq nə deməkdir? #qabaq sözünün izahı #qabaq sözünün yazılışı #qabaq necə yazılır? #qabaq sözünün düzgün yazılışı #qabaq leksik mənası #qabaq sözünün sinonimi #qabaq sözünün yaxın mənalı sözlər #qabaq sözünün əks mənası #qabaq sözünün etimologiyası #qabaq sözünün orfoqrafiyası #qabaq rusca #qabaq inglisça #qabaq fransızca #qabaq sözünün istifadəsi #sözlük