* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır. – Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: – Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi. [Kəblə Rəcəbəli:] Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / qabaqca1 QABAQCA – ARXACA Mən qabaqca gedirəm, o da arxamca gəlirdi (S.Hüseyn). QABAQCA – DALINCA Özü qabaqca, mən isə dalınca getdim (M.S.Ordubadi). QABAQCA – SONRA Qabaqca Münəvvər xanım atası ilə görüşürdü: – Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm (M.S.Ordubadi); Sonra Miko elə oradaca qədəhini yenidən doldurub dedi (İ.Əfəndiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / qabaqca2 нареч. 1. раньше, сначала, прежде, сперва 2. первым долгом, в первую очередь, в первую голову 3. разг. первым. Qabaqca danışmaq заговорить первым (первой)
Azərbaycanca-rusca lüğət / qabaqca