qabaqlamaq sözü azərbaycan dilində

qabaqlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qabaqlamaq • 99.1071%
  • QABAQLAMAQ • 0.4464%
  • Qabaqlamaq • 0.4464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qabaqlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq. – Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov. 2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq. Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. Ü.Hacıbəyov. Qədir … özünü görməməzliyə vurub, yandan ötmək istədi. Sona onu qabaqladı. Ə.Əbülhəsən. 3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək istədiyi bir şeyi ondan qabaq söyləmək. Mən deyəcəkdim, lakin o məni qabaqladı. – Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı. C.Məmmədquluzadə. Gözəl ayağa durub Həbibin yanına gəlmək, onun sağ əlinə diqqətlə baxmaq fikrinə düşəndə, Həbib onu qabaqladı. Ə.Vəliyev. 4. Ötmək, keçmək. Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq. C.Məmmədquluzadə. 5. Qabağına salmaq. Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.

    Azərbaycan dilinin izahlı lüğəti / qabaqlamaq

qabaqlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qabaqlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. опередить; 2. предупредить, предупреждать;

    Azərbaycanca-rusca lüğət / qabaqlamaq
  • 2 глаг. kimi, nəyi 1. опережать, опередить, обгонять, обогнать кого. Rəqibi qabaqlamaq опередить соперника, mən onu qabaqladım я опередил его 2. предупреждать, предупредить: 1) предотвращать, предотвратить что-л. Cinayəti qabaqlamaq предупредить преступление 2) извещать заранее, предостерегать. O, məni qabaqladı он предупредил меня 3. преграждать, преградить дорогу, не давать пройти к ому

    Azərbaycanca-rusca lüğət / qabaqlamaq

qabaqlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to pass ahead (of), to outstrip (d.), to take* the lead (over); (arxada buraxmaq) to leave* behind (d.); 2. to let (d.) know beforehand (of, about), to give* advance notice (to about); 3. to get* ahead (of), to forestall (d.); fəlakəti ~ to forestall disaster

    Azərbaycanca-ingiliscə lüğət / qabaqlamaq

qabaqlamaq sözünün fransız dilinə tərcüməsi

qabaqlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. вилик пад кьун, са кар тахьун патал виликамаз чара авун, тедбир акун, хьуниз рехъ тагун, маний хьун; 2. вилик пад атӀун, вилик физ тун тавун; 3. вилик акатун; садаз ийиз кӀанзавай кар гьадалай вилик авун ва я лугьуз кӀанзавай гаф гьадалай вилик лугьун; 4. алудун; алатун, алатна фин; вилик фин; вилик акатун; 5. вилик кутун, вилик кутуна тухун (гъун).

    Azərbaycanca-ləzgicə lüğəti / qabaqlamaq

Oxşar sözlər

#qabaqlamaq nədir? #qabaqlamaq sözünün mənası #qabaqlamaq nə deməkdir? #qabaqlamaq sözünün izahı #qabaqlamaq sözünün yazılışı #qabaqlamaq necə yazılır? #qabaqlamaq sözünün düzgün yazılışı #qabaqlamaq leksik mənası #qabaqlamaq sözünün sinonimi #qabaqlamaq sözünün yaxın mənalı sözlər #qabaqlamaq sözünün əks mənası #qabaqlamaq sözünün etimologiyası #qabaqlamaq sözünün orfoqrafiyası #qabaqlamaq rusca #qabaqlamaq inglisça #qabaqlamaq fransızca #qabaqlamaq sözünün istifadəsi #sözlük