* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qarş. 1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar. – İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Məscidin içində bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Ə.Haqverdiyev. [Tapdıq:] Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. 2. məc. Qovuşmaq, bitişmək, birləşmək. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri … Xəzərin dərin hovuzunda çimmək üçün enir. M.S.Ordubadi. Getgedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / qucaqlaşmaq1 QUCAQLAŞMAQ Gah-gah qucaqlaşıb köyüs-köyüsə; Görək ləbdən ləzzət ikimiz belə (M.P.Vaqif); QOL-BOYUN OLMAQ Dur qol-boyun olaq fürsət var ikən; Nə qəm, nə qüssəyə batmaq çağıdı (Q.Zakir); SARMAŞMAQ Gəl sarmaşaq, Zakir mehmandır sənə (Q.Zakir).
Azərbaycan dilinin sinonimlər lüğəti / qucaqlaşmaq1 QUCAQLAŞMAQ – ARALANMAQ Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım (C.Cabbarlı); Güləsər ondan aralanıb evlərinə doğru yollandı (İ.Şıxlı).
Azərbaycan dilinin antonimlər lüğəti / qucaqlaşmaq2 глаг. 1. обниматься, обняться. Onlar bərk qucaqlaşdılar они крепко обнялись 2. поэт. сливаться, слиться
Azərbaycanca-rusca lüğət / qucaqlaşmaq1 f. to embrace (each other); İki bacı qucaqlaşdı The two sisters embraced
Azərbaycanca-ingiliscə lüğət / qucaqlaşmaq1 qarş. 1. сада-садан гарданар кьун, сада-сад къужахра кьун; къужахра гьатун, гарданра гьатун; 2. пер. сад-садав агакьун, сад хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qucaqlaşmaq