qucaqlaşma sözü azərbaycan dilində

qucaqlaşma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qucaqlaşma • 95.2381%
  • Qucaqlaşma • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qucaqlaşma
Qucaqlaşma — iki və ya daha çox insanın qollarını bir-birinin boynuna və ya bədəninə sarıb bir-birini möhkəm sıxdığı, insan cəmiyyətlərində universal olan fiziki yaxınlıq forması. Bəzən öpüşlə əlaqəli qucaqlaşma qeyri-verbal (şifahi olmayan) ünsiyyət formasıdır. Mədəniyyətdən, əlaqələrdən və münasibətlərdən asılı olaraq qucaqlaşma tanışlıq, sevgi, bağlılıq, dostluq, qardaşlıq və ya empatiya kimi dəstək, rahatlıq mənasını verə bilər, xüsusən sözlər kifayət etmədikdə. Bir qucaqlaşma adətən sevgi və istilik nümayiş etdirir, bəzən uzun bir ayrılıqdan sonra yenidən birləşmənin və ya görüşün sevincindən və ya xoşbəxtliyindən irəli gəlir. Qarşılıqlı olmayan qucaqlaşma münasibətlərdəki problemlərə işarə edə bilər. Bir qucaqlaşmanın uzunluğu sosial və mədəni olaraq müəyyən edilir. Bəzi digər fiziki təmas növlərindən fərqli olaraq, qucaqlaşma bir çox ölkələrdə, dinlərdə və mədəniyyətlərdə, ailələrdə, yaş və cins fərqlərinə görə stiqma olmadan açıq və özəl şəkildə edilə bilər, lakin ümumiyyətlə qucaqlaşma insanların bir-birini tanıdığının göstəricisidir. Gözlənilməz qucaqlaşmalar insanın şəxsi məkanının işğalı kimi qəbul oluna bilər, lakin onun qarşılıqlı olması xoş qarşılandığının göstəricisidir. Bəzi Qərb mədəniyyət tədqiqatçıları xoşagəlməz anların qarşısını almaq üçün iş yerində, xüsusən də qucaqlaşmağı sevməyən insanlarla qucaqlaşmaqdan çəkinməyi məsləhət görürlər . Uşaq həmçinin kuklaları və ya yumşaq oyuncaqları qucaqlaya bilər.

qucaqlaşma sözünün leksik mənası və izahı

qucaqlaşma sözünün rus dilinə tərcüməsi

"qucaqlaşma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qucaqlaşma nədir? #qucaqlaşma sözünün mənası #qucaqlaşma nə deməkdir? #qucaqlaşma sözünün izahı #qucaqlaşma sözünün yazılışı #qucaqlaşma necə yazılır? #qucaqlaşma sözünün düzgün yazılışı #qucaqlaşma leksik mənası #qucaqlaşma sözünün sinonimi #qucaqlaşma sözünün yaxın mənalı sözlər #qucaqlaşma sözünün əks mənası #qucaqlaşma sözünün etimologiyası #qucaqlaşma sözünün orfoqrafiyası #qucaqlaşma rusca #qucaqlaşma inglisça #qucaqlaşma fransızca #qucaqlaşma sözünün istifadəsi #sözlük