* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı. □ Qulaqburması vermək – cəzalandırmaq, tənbeh etmək. [Mirzə Əsgər:] Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. N.Vəzirov. Özünü də tutub qoyacaq idilər bu şeylərin üstünə, gözəl qulaqburması verəcəkdilər. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / qulaqburma