qulac sözü azərbaycan dilində

qulac

Yazılış

  • qulac • 75.8621%
  • Qulac • 24.1379%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18

qulac sözünün etimologiyası

  • 1 Əsli qol və ac sözlərindən ibarətdir. İndi də bəzən qolac kimi işlədilir. Ehtimal ki, qucaq (qucu, quculamaq) sözü də məhz qol sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qulac

qulac sözünün rus dilinə tərcüməsi

qulac sözünün inglis dilinə tərcüməsi

qulac sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). (“Koroğlu” dastanının lüğəti) Qulac qollarımı gərrəm, Meydanda hünər göstərrəm, Cəmdəyini yerə sərrəm, Dəmirçioğlu mənəm, mənəm!                                     (“Koroğlunun Ərzurum səfəri”)                       * İnsafdırmı Dəmirçioğlu tutula? Qulac qollar dal gərdəndə çatıla, Qul deyibən ol Misirdə satıla? Koroğlu dəlisi saıl, Eyvaz xan!                                      (“El aşıqları”)                         * Ac qurd kimi dərələrdə pusubdu, Qulac qolun dal gərdəndə bükübdü, Ağanı da qolu bağlı tutubdu, Yeri, İsabalım, durma bu yerdə!                             (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında uzunluq ölçüsü kimi işlənir). Dedim: qulac nədi? – Dedi: qolumdu. Dedim: uzaq nədi? – Dedi: yolumdu. Dedim: Əmrah kimdi? – Dedi: qulumdu. Dedim: gəlsən gedək! – Söylədi: yox-yox.                                                                 (“Əmrah”)                                   * Çox dolandım, oda yandım Şamlara pərvanə kimi. Saçı qulac, qaşı qıyqac, Dişləri dürdanə kimi.                   (“Heydər bəy”)

Azərbaycan dastanlarının leksikası

"qulac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qulac nədir? #qulac sözünün mənası #qulac nə deməkdir? #qulac sözünün izahı #qulac sözünün yazılışı #qulac necə yazılır? #qulac sözünün düzgün yazılışı #qulac leksik mənası #qulac sözünün sinonimi #qulac sözünün yaxın mənalı sözlər #qulac sözünün əks mənası #qulac sözünün etimologiyası #qulac sözünün orfoqrafiyası #qulac rusca #qulac inglisça #qulac fransızca #qulac sözünün istifadəsi #sözlük