* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Körpə at balası. …Göydə bir madyan gördüm; Yerdə qulun əmər hey. (Bayatı). Daylar tülədi, buraxdı yalı; Kişnər çalağan qulun misalı. Xətayi.
Azərbaycan dilinin izahlı lüğəti / qulun2 Altıaylığa qədər olan at balası. (“Koroğlu” dastanının lüğəti) Qulunlar böyüyüb day oldular. (“Alı kişi”) * Ərəb atın dastanını söylərəm, Üç yaşında hər nişanı bəlli olur. Bir asma gərdənli, qulun sağrılı, Sığır qabırğalı maral əlli olur. (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”) * Madyanlar doğan vaxt Mirzə onların yanına gəldi. Doğulan qulunları yerə düşməmiş çadıra bükdülər. Qulunlar çox tüklü, bədheybət idi. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası / qulun3 Altıaylığa qədər olan at balası. Bu almanı soy, qabığını qulunluğundan doğmayan Qəmərnişan madyana ver; özünü də iki qısım elə, bir qısmını sən ye, bir qısmını da arvadın yesin. Çox keçməz ki, bir oğlun olar. Oğlunun adını Şah İsmayıl qoy. Qəmərnişan madyanın da bir qulunu olar, onun da adını Qəmərday qoy. (“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikası / qulun