Georgi Qulumbəyov
Heydər Vəzirov — Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri.
== Həyatı ==
Georgi Qulumbəyov əslən Cənubi Osetiyadan olan hörmətli, tanınan nəslin nümayəndəsi idi. O, Çar Rusiyasının ərazinə daxil edilən Qori qəzasının Ortev kəndində 1887-ci ildə anadan olmuşdu. 1902-ci ildə dayısının köməyi ilə Tbilisi şəhər məktəbinə daxil olur. 1905-ci ildə inqilabi ruhlu dərnəyə qoşulur. Və bu maraq onu Bakıya gətirir. 1917-ci ilin aprel ayında Bakıda fəaliyyət göstərən bolşevik təşkilatınınn üzvü olur. 1917-ci il avqustun birində isə həmyerlisi Z. Ajdarovla birgə vətəninə yola düşür. Sonralar həbs edilir. Güllələnmədən çox çətinliklə qurtula bilir.