* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 3.43 |
2003 | ••••••••• | 3.94 |
2004 | ••••••••• | 3.71 |
2005 | •••••••••••••• | 6.07 |
2006 | •••••••••••• | 5.18 |
2007 | ••••••••••••• | 5.71 |
2008 | •••••• | 2.68 |
2009 | ••••••••••••••••• | 7.36 |
2010 | •••••••••••••••••• | 7.81 |
2011 | ••••••••••••••••• | 7.38 |
2012 | •••••••••••• | 5.16 |
2013 | •••••••••••••••••••• | 9.04 |
2014 | •••••••••••••••••• | 7.89 |
2015 | ••••• | 2.21 |
2016 | ••••••••• | 3.64 |
2017 | •••••• | 2.44 |
2018 | •••• | 1.80 |
2019 | ••••••••••• | 4.87 |
2020 | •••••••• | 3.45 |
1 is. 1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən gülüş. – Əvvəl [Ceyranın] üzündə, danışığında istehzanı andıran bir gülüş vardı. S.Hüseyn. Gülün, elə gülün ki; Çatsın qulaqlarıma; Sizin gülüşləriniz. B.Vahabzadə. // İstehza. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov. Mərdan güldü. Onun gülüşü quru, qeyri-təbii çıxdı. H.Seyidbəyli. 2. Gülmə, şənlənmə, zarafat. Qədim vaxtlar komediyanı yunanilər gülüş üçün çıxardırlardı. N.Nərimanov. 3. məc. Sevinc, şadlıq, şənlik. Uca ağaclardakı yarpaqlar büzüşdü, onların gülüşü matəmə döndü. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / gülüş3 GÜLÜŞ Qəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə (M.Rahim); GÜLMƏ Qoca sözünü bitirib güldü, lakin öskürək onun gülməyini yarımçıq kəsdi (Çəmənzəminli); HIRILTI (boş-boşuna gülüş) Xəbər verdilər ki, qız yelbeyindir bir qədər; Hırıltıdır peşəsi.. (M.Rahim); QAQQANA (ucadan gülüş) Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası (R.Rza); QƏHQƏHƏ (ucadan gülüş) Ev sahibləri bu qəhqəhədən daha da acıqlandılar.. (Çəmənzəminli); GÜLGÜ.
Azərbaycan dilinin sinonimlər lüğəti / gülüş1 GÜLÜŞ – AĞLAŞMA Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir (C.Cabbarlı); Ağlaşma getdikcə şiddətlənirdi (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / gülüş2 сущ. смех: 1. характерные прерывистые звуки, вызываемые короткими выдыхательными движениями при проявлении веселья, радости, удовольствия и т.п. Şən gülüş весёлый смех, cingiltili gülüş звонкий смех, əsəbi gülüş нервный смех, acı gülüş горький смех, gülüş axşamı вечер смеха 2. веселье, шутки или насмешки, ирония. Gülüşü sevmək любить смех, gülüş doğurmaq вызывать смех 3. манера смеяться. Gülüşü xoşuma gəlmir мне не нравится его смех
Azərbaycanca-rusca lüğət / gülüş1 i. laughter, laugh; təlqinedici ~ catching / infectious laughter; ~ü kəsmək / saxlamaq to suppress one’s laughter; acı ~ bitter laugh
Azərbaycanca-ingiliscə lüğət / gülüş1 is. rire m ; qəh-qəhəli ~ un gros rire, hiyləgər ~ un rire narquois
Azərbaycanca-fransızca lüğət / gülüş1 сущ. 1. хъвер, хъуьруьн, хъверун; istehzalı gülüş галачир хъвер, тапарривай хъуьруьн; 2. хъуьруьн, хъуьруьнар, зарафат; 3. пер. хвешивал, шадвал.
Azərbaycanca-ləzgicə lüğəti / gülüşşadlıq, sevinc, şənlik; gülmə, şənlənmə.
Azərbaycan qadın adlarının izahlı lüğəti.