* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Hökmdarın taxta çıxması. Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. [Çopo:] Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi, xalq yorulmuşdu. Çəmənzəminli. □ Cülus etmək – taxta oturmaq, hökmdarlığa başlamaq. [Vaqif:] Şah cülus edərkən, İranın dörd valisi tac mərasimində iştirak etməlidir. Çəmənzəminli. [Mirzə Sadıq:] Şah taxta cülus edincə Mirzə Təqi xanı özünə sədriəzəm qərar verib. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / cülus2 ə. 1) oturma; 2) taxta oturma, hökmdarlığa başlama; 3) bir hökmdarın taxta oturduğu gün.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / cülus1 [ər.] сущ. пачагь тахтуниз экъечун; cülus etmək тахтунал ацукьун, пачагьвализ авалун.
Azərbaycanca-ləzgicə lüğəti / cülus