cüyür sözü azərbaycan dilində

cüyür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cüyür • 85.8209%
  • Cüyür • 12.6866%
  • CÜYÜR • 1.4925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Avropa cüyürü
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər. == Qısa təsviri == Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur. == Yayılması == Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır.
Cüyürlər
Cüyürlər (lat. Capreolinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2004 ••••• 0.34
2005 •••••••••••••••••••• 1.35
2006 ••••••• 0.45
2009 ••••• 0.32
2010 ••••••••••••••••• 1.09
2011 ••••••••• 0.60
2012 ••• 0.17
2013 ••• 0.15
2016 •••••• 0.35
2017 ••• 0.16
2018 ••• 0.15
2019 ••• 0.14
2020 •••••• 0.40

cüyür sözünün leksik mənası və izahı

  • 1 is. zool. Marallar fəsiləsindən ceyranabənzər cütdırnaqlı, kövşəyən heyvan; əlik. Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr; Ceyran qaçar, cüyür mələr… S.Vurğun. Cüyürlərin cığırını axtarmışam qayalarda; “Oxqay!” deyib oturanda “oxqay!” deyib qayalar da. R.Rza. Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun, quzu… Ə.Cəmil.

    Azərbaycan dilinin izahlı lüğəti / cüyür

cüyür sözünün sinonimləri (yaxın mənalı sözlər)

cüyür sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 CÜYÜR I is. zool. Ceyranabənzər heyvan. Boynunu irəli uzadıb sərtliklə bükən, şaxəli buynuzlarını oynadan cüyür bizə sarı gəlir. CÜYÜR II is. bot. Söyüdəoxşar ağac. Cüyürdən toxunan səbət daha möhkəm olur.

    Azərbaycan dilinin omonimlər lüğəti / cüyür

cüyür sözünün rus dilinə tərcüməsi

  • 1 зоол. косуля, козуля

    Azərbaycanca-rusca lüğət / cüyür
  • 2 I сущ. косуля (парнокопытное жвачное животное сем. оленей; дикая коза), козуля. Ürkək cüyür пугливая косуля II прил. косулий, козулий: 1. принадлежащий косуле. Cüyür dərisi козулья шкура, cüyür izləri козульи следы, cüyür əti козулье мясо (козулятина) 2. состоящий из косуль (козуль). Cüyür sürüsü козулье стадо

    Azərbaycanca-rusca lüğət / cüyür

cüyür sözünün inglis dilinə tərcüməsi

cüyür sözünün fransız dilinə tərcüməsi

cüyür sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. суван цӀегь, вагьши цӀегь (миргин жинсиникай жейрандиз ухшар, кьвечхел кикер алай гирнагъдай гьайван); // суван цӀегьрен.

    Azərbaycanca-ləzgicə lüğəti / cüyür

cüyür sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Ceyranaoxşar kiçik zərif heyvan. (“Koroğlu” dastanının lüğəti) Cavan vaxtlarda burada çox at oynatmışam, çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. (“Alı kişi”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Naxçıvan, Sabirabad, Şərur) bax civar. – Cüyür söyüdə oxşar ağacdı, onnan səbəb toxuyullar (Naxçıvan). Çç

Azərbaycan dilinin dialektoloji lüğəti.

"cüyür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cüyür nədir? #cüyür sözünün mənası #cüyür nə deməkdir? #cüyür sözünün izahı #cüyür sözünün yazılışı #cüyür necə yazılır? #cüyür sözünün düzgün yazılışı #cüyür leksik mənası #cüyür sözünün sinonimi #cüyür sözünün yaxın mənalı sözlər #cüyür sözünün əks mənası #cüyür sözünün etimologiyası #cüyür sözünün orfoqrafiyası #cüyür rusca #cüyür inglisça #cüyür fransızca #cüyür sözünün istifadəsi #sözlük