* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 ağ ciyər anat. – insan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı (bu mənada adətən ciyər şəklində işlənir). Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Qara ciyər – insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır. ◊ Ciyər dolusu – dərindən. Göyçək ciyər dolusu nəfəs alıb köksünü ötürdü. Ə.Vəliyev. Ciyər eləmək – ürək eləmək, ürəklənmək, cəsarət etmək. Səd parə könül, xövf eləmə tiri-bəladən; Mərdanə bu meydanə qədəm qoy, ciyər eylə. S.Ə.Şirvani. Ciyəri dağlanmaq – bax ciyəri yanmaq. Ciyəri qana dönmək – bərk mütəəssir olmaq, ürəyi qan olmaq. Ciyərim qanə dönüb, dərdü bəla gördüm əcəb. S.Ə.Şirvani. Ciyəri odlanmaq – 1) bax ciyəri (od tutub) yanmaq; 2) susuzluqdan yanmaq. Ciyəri (od tutub) yanmaq – bərk mütəəssir olmaq, acımaq. Zakirinəm, ey bivəfa dilbərim; Qoy baxsın üzünə həsrət gözlərim; İntizar çəkməkdən yanır ciyərim. Q.Zakir. Qulu kişi bərk ufuldadı. Elə bil ciyəri od tutub yandı. H.K.Sanılı. Ciyərin yansın! – qarğış ifadəsi. [Telli:] Məni qınayan, ciyərin yansın! Ə.Məmmədxanlı. Ciyərinə od düşmək – bax ciyəri (od tutub) yanmaq (odlanmaq). Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hammal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. N.Vəzirov. Ciyərini çıxardaram! – hədə, qorxu ifadəsi. Ciyərini dağlamaq (yandırmaq) – bax ürəyini yandırmaq (“ürək”də). [Düşmən başçısı] Qazan xandan hayıf almaq, [xanın] ciyərini dağlamaq istəyirdi. M.Rzaquluzadə. Ciyərini kabab eləmək (etmək) – bax ciyərini dağlamaq. Ciyərinin başı sökülmək – ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü.
Azərbaycan dilinin izahlı lüğəti / ciyər1 Ərəb mənşəlidir. Bizdə onu bağır sözü ilə ifadə ediblər. Bağır həm də “ürək” mənasında işlədilib (“bağrıma basdım” deyirik), üçüncü mənası indiki içalat (внутренность) anlamına uyğun olub. Qərb dialektlərində içalat əvəzinə, bağır-övkə işlədilir. Övkə həm də “qəzəb, hirs” mənasını verir (tarixən ağ ciyər mənasını əks etdirib). Orqanizmdə üç bağır var: ağ, qara və göy (dalaq). Bağırsaq sözü də bununla bağlı ola bilər: Monqol dilində bağır sözünün mənası “yumşaq” deməkdir. Doğrudan da, bağır öz yumşaqlığı ilə seçilir. Rus dilində печень “bişirmək” anlamı ilə bağlıdır. Ağ ciyər (легкие) yüngüllüyünə görədir. Dalaq (селезенка) maye anlayışı ilə əlaqədardır (bizdə ona “sulaq” da deyilib). Azərbaycan dilində də, ehtimal ki, yumşaqlıq əlaməti əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ciyər1 I сущ. 1. общее название лёгких и печени; см. ağciyər 2, qaraciyər; лёгкие; sağ ciyər правое лёгкое, sol ciyər левое лёгкое, süni ciyər искусственные лёгкие, ciyərlərin həyat tutumu жизненная ёмкость лёгких; мед. ciyər iltihabı воспаление лёгких; ciyər xərçənki рак лёгких; ciyər xəstəliyi разг. в народной медицине: чахотка (туберкулёз лёгких); ciyər xəstəliyinə tutulmaq заболеть чахоткой, ciyər xəstəliyinə tutulmuş adam чахоточный, чахоточная 2. о блюдах из печени и легких некоторых животных; печёнка. Ciyər qovurması жареная печёнка 3. перен. сердце как символ смелости, мужества; отважное сердце. Onda o ciyər hanı? откуда у него такая смелость (такое мужество) II прил. лёгочный. физиол. Ciyər alveolları лёгочные альвеолы; ciyər arteriyası лёгочная артерия; ciyər toxumaları лёгочные ткани, ciyər qanaması лёгочное кровотечение, ciyər xəstəlikləri лёгочные болезни ◊ ciyər eləmək см. ürək eləmək; осмелиться, отважиться, набраться смелости; сметь, посметь; ciyəri vərəmləmək: 1) заболеть туберкулёзом, чахоткой 2) перен. чахнуть, зачахнуть от тоски и т.п.; ciyəri qana dönür сердце обливается кровью; adamın ciyəri dağlanır как ножом по сердцу; ciyəri yanmaq умирать от жажды; ciyəri kabab olmaq: 1) томиться, мучиться от жажды, испытывать сильную жажду 2) томиться от сильных переживаний; ciyərin yansın! чтобы ты умер! чтобы тебя не стало! ciyərinə od düşmək см. ciyəri od tutub yanmaq (odlanmaq); ciyərini yandırmaq: 1) терзать душу 2) хватать за душу; ciyəri parça-parça (parça-para) olmaq разрываться на кусочки (о сердце от сострадания и т.п.); ciyəri sızlamaq см. ürəyi sızlamaq, ciyəri yanmaq см. ürəyi yanmaq; ciyərini sökmək мучить, терзать, изводить; тянуть жилы
Azərbaycanca-rusca lüğət / ciyər1 i.: ağ ~ 1) anat. lung; 2) məc. (qorxaq) chicken-liver, chicken heart; qara ~ liver; ◊ ~i ağzına gəlmək to be* terribly frightened; ağ ~ olmaq to be* scared; d.d. to be* timid; Ağciyər olma! Don’t be scared! Don’t be white livered!
Azərbaycanca-ingiliscə lüğət / ciyər1 is. ağ ~ anat. poumon m ; məc. foie blanc, lâche, faible, crainti//f, -ve (qorxaq) ; qara ~ foie m ◊ ~i ağzına gəlmək être blanc (blanche) de peur, être vert, -e de peur ; ağ ~ olmaq avoir les foies ; ağ ~ olma Sois courageux! N’aie pas peur
Azərbaycanca-fransızca lüğət / ciyər1 сущ. жигер; // жигердин, жигеррин; ağ ciyər анат. лацу жигер, тухул (нефесдин орган); qara ciyər анат. чӀулав жигер, лекь; ** ciyər dolusu жигер ацӀана, сив ацӀана, дериндай; ciyər eləmək жигар авун, рикӀ авун, жуьрэт авун, рикӀ атун; ciyəri dağlanmaq кил. ciyəri yanmaq; ciyəri qana dönmək къен кун, рикӀин гъал атӀун, рикӀ сугъул хьун; ciyəri odlanmaq а) кил. ciyəri (od tutub) yanmaq; б) жигеррай цӀай акъатун, лекь ккун, цихъ къарих хьун; ciyəri (od tutub) yanmaq жигер ккун, къен ккун, сугъул хьун, рикӀ ккун; ciyərin yansın! къаргъ. къен курай ви!, ви къен куй!; ciyərinə od düşmək кил. ciyəri (od tutub) yanmaq (odlanmaq); ciyərini dağlamaq (yandırmaq) кил. ürək (ürəyini yandırmaq); ciyərini kabab eləmək (etmək) кил. ciyərini dağlamaq; ciyərinin başı sökülmək рикӀяй язух атун, рикӀ ккун, са жуьре хьун, хцӀу хьун.
Azərbaycanca-ləzgicə lüğəti / ciyər