* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Gediş-gəlişdən əmələ gələn ensiz, dar yol. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. İzzət qarı … Qumru ilə bərabər oba altından keçib, yamacda burulan cığıra düşdü. Ə.Məmmədxanlı. Elxan həmin cığırı tapıb, sevincək Oqtayı səslədi… M.Rzaquluzadə. 2. məc. Yol, istiqamət, cərəyan. İncəsənətdə yeni cığırlar. – Tanıtdı körpələrə; Şanlı sabaha gedən; Cığırları, izləri. B.Vahabzadə. □ Cığır açmaq – 1) istiqamət vermək, yol açmaq; 2) yeni istiqamət (cərəyan) yaratmaq. 3. məc. İz, xətt. Qız cavan idi. Qara saçlarına ağ cığır, girdə, tər sifətinə qırış düşməmişdi. B.Bayramov. [Məmmədin] səliqə ilə yana daradığı sıx, qara saçlarında ağ tüklər dolaşıq cığırlar açmış, gicgahları tamam çallaşmışdı. V.Şıxlı. ◊ Cığırdan (cığırından) çıxmaq – bax cızığından çıxmaq (“cızıq”da).
Azərbaycan dilinin izahlı lüğəti / cığır1 Əslində iz (iz və cızmaq qohum sözlərdir) sözü ilə bağlıdır və ızğır formasında olub. Yolda –izdə sözü sinonimlər birləşməsidir və cığır sözü ızğır sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cığır2 сущ. 1. тропа: 1) путь, протоптанный людьми или животными; дорожка. Ayaqlanmış (tapdanmış) cığır утоптанная тропа (дорожка), ovçu cığırı охотничья тропа, canavar cığırı волчья тропа, əyri-üyrü cığırlar извилистые тропы 2. тропинка (узкая тропа). Ot basmış cığır тропинка, заросшая травой, dağ cığırı горная тропинка, cığır gedir (aparır) haraya тропинка ведет куда, cığırla yuxarı dırmaşmaq карабкаться вверх по тропинке, cığırla getmək идти по тропинке, cığır enir haraya тропинка сбегает куда, к чему 2) перен. путь, дорога (в жизни, деятельности); направление деятельности, путь развития. Elmin naməlum cığırları неведомые тропы науки, elmin daşlı-kəsəkli cığırları каменистые тропы науки 3. дорожка 1) тропинка 2) устроенная для ходьбы узкая дорога в садах, парках и т.п. Torpaqlı cığır грунтовая дорожка, polad cığırlar стальные дорожки (на эстакадах); спорт. buz cığırı ледовая дорожка, qaçış cığırı беговая дорожка 4. борозда: 1) канавка на поверхности почвы, проведенная плугом или иным взрыхляющим почву орудием 2) углубление между грядами для прохода и для стока воды. Yağış suyu özünə cığır açmışdı дождевая вода пробила себе борозду 3) перен. продольное углубление на чём-л., морщина; cığır açmaq (salmaq): 1) прокладывать проложить тропинку (дорожку) 2) бороздить, проводить борозды, оставлять после себя следы, подобные бороздам 3) создавать, создать новое направление в чём-л. 4) давать направление чему-л.; cığırdan çıxmaq: 1) сворачивать, свернуть (сойти) с тропинки 2) выходить, выйти, выбиваться, выбиться из колеи (перестать вести обычную, нормальную жизнь) 3) переходить, перейти границы дозволенного; позволять, позволить себе многое; cığırından çıxarmaq kimi выводить, вывести, выбивать, выбить из колеи кого (нарушать, нарушить привычное течение жизни, ход дел)
Azərbaycanca-rusca lüğət / cığır1 i. 1. path; (tarlada, meşədə) footpath, track, pathway; trail; işlək / döyənək ~ amer. blazed trail, beaten track; ~la getmək to follow the path; ~ından çıxmaq məc. to overstep the limits (of), to exceed the bounds (of); Bu cığırla gedin Keep the path! 2. məc. direction, way; həyat ~ı walk of life; line of life; ~ açmaq 1) to pave the way; 2) məc. to start a new method, to open the way to smth.; ~dan çıxmaq məc. to overstep the limits, to pass all bounds, to go* over the line
Azərbaycanca-ingiliscə lüğət / cığır1 1) sentier m, laie f, layon m ; işlək ~ sentier battu ; ~la getmək suivre le sentier ; ~ından çıxmaq məc. dépasser (və ya franchir) les limites ; bu cığırla gedin suivez ce sentier ; 2) chemin m, direction f ; həyat ~ı ligne f de vie ; ~ açmaq tracer le chemin, frayer le chemin ; 3) trouver un nouveau moyen ; ~ından çıxmaq məc. dépasser les limites
Azərbaycanca-fransızca lüğət / cığır1 сущ. 1. жигъир, чӀигъир, руьшт; 2. пер. рехъ, жигъир; cığır açmaq чӀигъир кутун; рехъ ахъаюн; рехъ кутун; 3. пер. гел, лишан, хатӀ; ** cığır(ın)dan çıxmaq кил. cızıq (cızığından çıxmaq).
Azərbaycanca-ləzgicə lüğəti / cığır(Bolnisi) vedrəyə oxşayan qulplu qazan
Azərbaycan dilinin dialektoloji lüğəti.