sığır sözü azərbaycan dilində

sığır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sığır • 90.1639%
  • Sığır • 9.8361%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sığır
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Ayıqulaq sığırquyruğu
Ayıqulaq sığırquyruğu (lat. Verbascum thapsus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Verbascum spectabile Salisb. == Yarımnövləri == Verbascum thapsus subsp. montanum (Schrad.) Bonnier & Layens Verbascum thapsus subsp.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Flomosia phlomoides (L.) Raf. Thapsus phlomoides (L.) Opiz Verbascum saxatile Salisb. Verbascum thapsiforme subsp. phlomoides (L.) Corb.
Cenevrә dirçәyi, sığırdili
Gözəl sığırquyruğu
Gözəl sığırquyruğu (lat. Verbascum speciosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Yarımnövləri == Verbascum speciosum subsp. megaphlomos (Boiss. & Heldr.) Nyman Verbascum speciosum subsp.
Motsartın sığırçını
Volfqanq Amadey Motsartın Vyanada yaşadığı illərdə (1782-1786) yaradıcılığında əsasən fortepiano konsertləri üstünlük təşkil edirdi. Kompozitor bu tip 15 musiqi yazmışdır. Hansı ki, bunların çoxu Mostartın instrumental yaradıcılığının zirvəsi hesab olunur. Motsart heyvanları çox sevirdi və daha çox da quşlara diqqət ayırardı. Kompozitor Sol mojor (G -DUR) konsertini yazdıqdan sonra onun final hissəsini (Allegretto) şəhərdə olan bir quş mağazası önündə oxumuşdur. Abert Hermana görə, «sığırçın bu melodiyanı özünəməxsus dəyişərək yenidən təkrarlamışdır, bu Motsartın xoşuna gəlmiş və həmən sığırçını almışdır». Motsartın xərclər dəftərində bu barədə qeyd var: «27 may 1784-ci il. Sığırçın quşu - 34 kr (kreyser). Qeydin yanında sığırçının ifa etdiyi melodiya yazılmışdır: Motsart əlavə olaraq yazmışdır: «Bu çox əla idi!». Motsartın qeydlərinə əsasən məlum olur ki, sığırçın fermatanı (səsin, pauzanın davam etdirilməsini bildirir) doğru yerləşdirmirdi.
Sıxçiçək sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Sığırdili
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Sığırlı
Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sığırlı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd, d.y. stansiyası. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 22 km cənub-şərqdə Şirvan düzündədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.
Sığırlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sığırquyruğu
Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində yığılmışdr. == İstifadəsi == Çiçəkləri bəlğəmgətirici, efir yağı və qlikozitlər daşıyır. Bəlğəmgətirici ve sinə yumuşadıcı olaraq istifadə olunur.
Sığırt
Sığırt — Zəngilan rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1364 m. Əsil adının Sığart olduğu söylənilir. Oronim türk dillərindəki sıq (quyu, oyuq) və art (dağ, yüksəklik) sözlərindən düzəlib, “oyuqlu dağ” mənasındadır. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan ordusunun Sığırt yüksəkliyini işğaldan tam azad edildiyini açıqlamışdır..
Sığırt dağı
Sığırt — Zəngilan rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1364 m. Əsil adının Sığart olduğu söylənilir. Oronim türk dillərindəki sıq (quyu, oyuq) və art (dağ, yüksəklik) sözlərindən düzəlib, “oyuqlu dağ” mənasındadır. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan ordusunun Sığırt yüksəkliyini işğaldan tam azad edildiyini açıqlamışdır..
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sığırçın
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Sığırçınlar
Sığırçınlar (lat. Sturnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Möhkəm bədən quruluşu xırda ölçülü quşlardır. Dimdiyi nisbətən gödək, ayaqları güclüdür. Rənginə parlaq metallik tonlar vardır. Müxtəlif landşaftlarda məskunlaşır. Həşərat, giləmeyvə, meyvələrlə qidalanır. Faydalı quşlardı ancaq bəzi yerlərdə üzüm plantasiyalarına və giləmeyvələrə ziyan vurur. == Azərbaycanda yayılması == Azərbaycan faunasına 2 növü olan sığırçın və 1 növü olan mayna cinsləri daxil olur.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Adi sığırçın
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü. Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir.
Bənövşəyi sığırquyruğu
Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Botaniki xarakteristikası == İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.
Qəşəng sığırquyruğu
Qəşəng sığırquyruğu (lat. Verbascum formosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 35–80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir. Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1–2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir. Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30–60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır. Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7–8 mm-dir, sıx keçə tüklüdür. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında emeyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.

sığır sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qaramal. [Çopo:] Piyaləni qaldırdım, yavaş səslə: – Sənin şərəfinə, – dedim, – xoşbəxt olaq, qəbilə sığırları kök, itləri itidişli olsun! Çəmənzəminli. 2. zool. Belşəkilli buynuzları olan maral fəsiləsindən iri kövşəyən məməli heyvan.

    Azərbaycan dilinin izahlı lüğəti / sığır

sığır sözünün rus dilinə tərcüməsi

sığır sözünün inglis dilinə tərcüməsi

sığır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къарамал; 2. зоол. миргерин жинсиникай кьусуяр хьтин еке крчар алай гирнагъдай са гьайван.

    Azərbaycanca-ləzgicə lüğəti / sığır

sığır sözünün türk dilinə tərcüməsi

sığır sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Cəbrayıl, Göyçay, İsmayıllı, Qafan, Qax, Qarakilsə, Şuşa) inək. – Sığırrar eyriği batırdılar (Göyçay); – Həmid kişinün malı çoxsa da, hamısı sığırdi (İsmayıllı) II (Qax, Qarakilsə, Şəki) naxır. – Doğasıdı deyin, ineyi sürməmişıx sığıra (Şəki); – Sığır gələn vədədə ona iras gəldim (Qarakilsə); – Sığır gedəndə duranam, hələ utumamışam (Qax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sığır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sığır nədir? #sığır sözünün mənası #sığır nə deməkdir? #sığır sözünün izahı #sığır sözünün yazılışı #sığır necə yazılır? #sığır sözünün düzgün yazılışı #sığır leksik mənası #sığır sözünün sinonimi #sığır sözünün yaxın mənalı sözlər #sığır sözünün əks mənası #sığır sözünün etimologiyası #sığır sözünün orfoqrafiyası #sığır rusca #sığır inglisça #sığır fransızca #sığır sözünün istifadəsi #sözlük