* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Cib oğrusu, cibə girən oğru, xəspuş. Yoxdu pul qədri bilən dəhrdə cibgir kimi. M.Möcüz. Cəfərqulu bir qədər çəkindi. Ona demişlərdi ki, “şəhər yerində cibgir çox olar, özünü gözlə”. Qantəmir. Xuliqanlar və cibgirlər dəstəsi qoyun sürüsü kimi durub irəliləməkdən qorxurdu. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / cibgir1 Cib ərəbcədədir gir isə farsca qereftən (götürmək) feilinin əsasıdır (məna: “cibdəkini götürən”). Farslar buna “cibbor” da deyirlər. Borboridən (aparmaq) məsdəri ilə bağlıdır. Bəzən sözün mənşəyini cib və girmək kəlmələri ilə bağlayırlar, amma pulgir tipli sözlər bunun doğru olmadığını göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cibgir2 CİBGİR (cib oğrusu) ..dükan yaranlara, cibgirlərə, adam öldürənlərə açıq nifrətlə baxardılar (M.İbrahimov); CİBƏGİRƏN [Direktor:] Bəlkə sənin əvvəl işlədiyin yerdə cibəgirənlər olub.. (M.Hüseyn); CİBKƏSƏN Paşa: Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!.. (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / cibgir2 сущ. 1. карманщик, карманник, карманный вор, вор-карманник (щипач) 2. жулик (вор, занимающийся мелкими кражами)
Azərbaycanca-rusca lüğət / cibgir