* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt. Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. A.Səhhət. …Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. C.Məmmədquluzadə. □ Dilgir etmək – ürəyini sındırmaq, narazı etmək, incitmək, dilxor etmək, pərt etmək. Dilgir olmaq – ürəyi sınmaq, qəlbi qırılmaq, incimək, dilxor olmaq, pərt olmaq. Birdən Rüstəm bəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masanın kənarına çəkildi. Çəmənzəminli. Qoca Süleyman müvəffəqiyyətsizliyindən tez dilgir olaraq əliboş geri qayıtdı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / dilgir2 f. 1) ürəyi tutqun; qəmli; 2) usanmış, bezmiş; 3) incik, incimiş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dilgir1 DİLGİR – ŞƏN Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm (C.Məmmədquluzadə); ...Ətrafa səsküy, şən qəhqəhələr yayıldı (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / dilgir