* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. – Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn. // İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli bizdən qeyri yana dönübdü. Aşıq Ələsgər. …Meşənin çıxacağında təzə tülu etmiş gün uyqudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu. Alagözlü Girdman dilbəri buz kimi soyuq çeşmədən su gətirib yaralı cəngavərə verdi. M.Hüseyn. // Şairanə təşbehlərdə. [Cəmil bəy:] Ormanları inlədən musiqi, ruhumuzu güldürən bülbül nəğmələri nə qədər munis, nə qədər dilbər! H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / dilbər3 f. 1) ürək aparan, qəlbi valeh edən; 2) m. sevgili.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dilbər1 Birinci komponenti (dil) farsca ürək deməkdir. Dilbər “ürək aparan” (buradakı bər hissəsi farsca bordən məsdərinin əsasıdır, mənası “aparan”deməkdir, rəhbər sözündəkinin eynidir) mənasını əks etdirir. Dilrubə “könül alan”, “cazibəli” mənasını verir və bu da dil (ürək) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dilbər2 I сущ. поэт. красавица, покорительница сердец II прил. 1. красивая, очаровательная (о девушке, молодой женщине) 2. красивейший, прелестный, прекрасный. Dilbər guşə красивейший (прелестный) уголок (о красотах природы)
Azərbaycanca-rusca lüğət / dilbər1 I. i. şair. beauty, a beautiful woman* / girl II. s. beautiful, charming, fascinating; təbiətin ~ guşəsi a beautiful / charming corner of nature
Azərbaycanca-ingiliscə lüğət / dilbər1 is. şair. beauté f, charme m, bourreau m des cœurs ; ~ guşə coin m pittoresque
Azərbaycanca-fransızca lüğət / dilbər