diler sözü azərbaycan dilində

diler

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diler • 95.2975%
  • Diler • 4.7025%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Teodor van Qoq (incəsənət dileri)
Teodor van Qoq (1 may 1857[…], Zyundert[d], Şimali Brabant – 25 yanvar 1891, Utrext, Utrext) — holland incəsənət dileri. O, həm də məşhur holland rəssamı Vinsent van Qoqun kiçik qardaşıdır. Teonun ömrünün sonuna qədər qardaşından maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi Vinsentə özünü rəssamlığa həsr etməyə imkan yaratmışdır. Vinsentin 37 yaşında vəfat etməsindən altı ay sonra Teo da 33 yaşında dünyasını dəyişir. Ən çox qardaşı ilə münasibətinə görə tanınması çox vaxt Teonun həm də incəsənət dünyasına töhfələr vermiş bacarıqlı incəsənət dileri olduğu faktını kölgədə qoyur. O, fransız və holland müasir incəsənətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynamışdır. Anna Kornelia Karbet və Teodor van Qoqun övladı olan Teodor (Teo) van Qoq 1857-ci il 1 mayda Hollandiyanın Şimali Brabant əyalətinin Qrut-Zyundert məntəqəsində anadan olmuşdur. Teo bir neçə il parisli incəsənət dilerlərinin "Qupil" firmasının Haaqadakı holland ofisində işləyir. 1873-cü il 1 yanvarda firmanın Brüssel ofisinə qoşulan Teo onların ən gənc işçisi olur. London ofisinə transfer olur, bir müddət sonra Haaqa ofisinə köçür və öz uğurlu biznesini məhz burada qurur.
Yanase (avtomobil dileri)
Yanase & Co., Ltd. (Yaponca株式会社ヤナセ) — yeni və işlənmiş Avropa və Şimali Amerika avtonəqliyyat vasitələrinin Yaponiyada pərakəndə satış dileridir. 2002-ci ilə qədər Yanase Mercedes-Benz, Volkswagen, Audi, BMW, Volvo, Saab, Cadillac, Chevrolet, Chrysler, Jeep, Dodge və Smart avtonəqliyyat vasitələrinin Yaponiyada xüsusi satış hüquqlarına malik idi. İtochu group şirkətinin bir hissəsidir. Yanasenin hal-hazırda 174 yeni və 31 işlənmiş avtomobillərin satış anbarları vardır. Yanase şirkətinin əsası 1915-ci ildə Tokionun Hibiya rayonunda qoyulmuşdur. Şirkətin yaradıcısı yük avtomobilləri və avtobus istehsalçısı Chorato Yanase tərəfindən Mitsui Group şirkətinin tərkibində yaradılmışdır. 1920-ci illərdə şirkət ilkin olaraq General Motorsun Buick və Cadillac avtomobillərinin Yaponiyaya idxal edirdi. Chotaro Yanase Toyoka kəndində (indiki Takasaki) 5 dekabr 1879-cu ildə anadan olmuş və 11 iyul 1956-cı ildə vəfat etmişdir. Tokio Komersiya məktəbini bitirdikdən sonra Mitsui OSK Shiping şirkətində əmək fəaliyyətinə başlamışdır.

diler sözünün leksik mənası və izahı

  • 1 Birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisi

    Terminlər lüğəti / diler

Oxşar sözlər

#diler nədir? #diler sözünün mənası #diler nə deməkdir? #diler sözünün izahı #diler sözünün yazılışı #diler necə yazılır? #diler sözünün düzgün yazılışı #diler leksik mənası #diler sözünün sinonimi #diler sözünün yaxın mənalı sözlər #diler sözünün əks mənası #diler sözünün etimologiyası #diler sözünün orfoqrafiyası #diler rusca #diler inglisça #diler fransızca #diler sözünün istifadəsi #sözlük