* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. – [Gülsənəm] …balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn. Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm. // Uzun dillər halında yuxarı qalxan. Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun. Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. □ Dilim-dilim olmaq – tikə-tikə olmaq. Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov. Dilim-dilim olasan, dilim-dilim olmuş – qarğış ifadəsi. // Cizgilər, şırımlar, zolaqlar halında olan.
Azərbaycan dilinin izahlı lüğəti / dilim-dilim1 прил., нареч. 1. цӀил-цӀил; цӀилер хьиз; dilim-dilim etmək цӀил-цӀил авун, цӀил-цӀилун; dilim-dilim olmaq цӀил-цӀил хьун, чӀук-чӀук хьун, кӀус-кӀус хьун, тике-тике хьун; 2. яргъи мецер хьиз цавуз хкаж жезвай (мес. ялавдин мурцар); // цӀархар, мацар, зулар хьтин гьалда авай; 3. силих-силих.
Azərbaycanca-ləzgicə lüğəti / dilim-dilim