dilin sözü azərbaycan dilində

dilin

Yazılış

  • dilin • 92.4359%
  • Dilin • 7.4014%
  • DİLin • 0.0813%
  • DİLİN • 0.0813%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dilin əzələləri
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır ( ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır. Tədqiqatın nəticələri 1966-cı ildə "Verbal Learning and Verbal Behavior" jurnalında dərc edilmişdir.
Təbii dilin emalı
Təbii dilin emalı (Natural Language Processing (NLP)) – süni intellekt və riyazi dilçiliyin ümumi istiqaməti; danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək. AlchemyAPI Expert System S.p.A. General Architecture for Text Engineering Modular Audio Recognition Framework MontyLingua Natural Language Toolkit) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 300.846 məqalə yaradılıb.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Füzuli divanı (Azərbaycan dilində)
Məhəmməd Füzulinin Azərbaycan dilində divanı — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir. Əlyazma iki miniatürlə bəzədilib. Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il).
Füzulinin Azərbaycan dilində divanı
Məhəmməd Füzulinin Azərbaycan dilində divanı — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir. Əlyazma iki miniatürlə bəzədilib. Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il).
Karabag dügümü (kitab, türk dilində)
Kommunist (qəzet, erməni dilində)
"Kommunist" qəzeti (erm. Կոմունիստ) — Azərbaycan SSR-də nəşr olunan erməni dilində ictimai-siyasi qəzet, Azərbaycan Kommunist Partiyası MK-nın (1963-cü ilin martınadək AKP MK və Bakı Komitəsinin, 1963-cü ilin martından AKP MK-nın, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin) orqanı. Zaqafqaziyada erməni dilində çıxan ilk sovet partiya qəzeti. Qəzetin ilk nömrəsi 1920-ci il mayın 18-də Bakıda çıxmışdır. 1970-ci illərdə həftədə 6 dəfə, 40000 tirajla, 1981-ci ildə 42000 tirajla nəşr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəzetin nəşri dayandırılmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir (1970).
Latın dilində ixtisarlar
Latın dili bir zamanlar Avropanın ortaq akademik dili idi. 18-ci əsrdən etibarən yazıçılər əsərlərində öz ana dillərindən istifadə etməyə başladılar. Ancaq latın dilində istifadə olunan bir sıra ixtisarlar olduğu kimi qaldı. Bunun səbəblərindən biri latın dilinin sadəliyidir, ancaq əsas əhəmiyyətli səbəb latın dilinin hələ də mədəniyyət dili olmasıdır. Latın dilindəki ixtisarlar bu gün də istifadə edilir. Bunlardan ən geniş yayılmışları: A.D. (Anno Domini) Mənası: "Tanrının ili" ("miladdan sonra" və ya "İsadan sonra") a.m. (ante meridiem) Mənası: "günortadan əvvəl" c.f. ya da Cf. (confere) Mənası: "qarşılaşdır" C.V. ya da CV (Curriculum Vitae) Mənası: "Avtobioqrafiya" et al. (et alii) Mənası: "və digərləri" və ya "və digər birlikdə işləyənlər" etc.
Rus dilinin islahat öncəsi orfoqrafiyası
Rus dilinin islahat öncəsi orfoqrafiyası (inqilabdan əvvəlki orfoqrafiya; nadir hallarda ənənəvi orfoqrafiya) — 1918-ci ildəki islahatından əvvəl qüvvədə olan və sonralar Rusiyadakı ağ hökumətlərin ərazilərində və Ağ mühacirət nəşrlərində qorunan rus dilinin yazılışı. Rus islahatı öncəsi yazımının başlanğıcı I Pyotr dövründə mülki ssenarinin tətbiqi hesab edilə bilər. İslahatqabağı imla qaydasında ümumiyyətlə qəbul edilmiş vahid norma yox idi (1956-cı il Sovet kodeksi kimi). 1917 inqilabından əvvəl (1870-1910) son 50 ildə və ya daha çox yazım, XIX əsrin ilk üçdə birinin və xüsusilə XVIII əsrin yazımından daha çox dərəcədə normallaşdırıldı. Rusların islahat öncəsi yazılışına dair ən nüfuzlu (o vaxt nəşr olunan mətbuatda tam şəkildə müşahidə olunmasa da) dərsliklər və qaydalar dəsti Akademik Yakov Karloviç Qrotun adı ilə əlaqələndirilir. Dəqiq olaraq islahatlardan əvvəl yazımın mövcudluğunun son 50 illik yubileyinə istinad edirlər. İnqilabdan əvvəl rus əlifbası 35 hərfdən ibarət idi. Григорьева, Татьяна Михайловна. Три века русской орфографии (XVIII—XX вв.) (1000 nüs.). М.: Элпис.
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası.
Soyadların Azərbaycan dilinə uyğunlaşdırılması
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hal-hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.
Türk dilindəki ən uzun söz
Türk dilindəki ən uzun söz — Türk dilində ən çox hərfə sahib olan söz. Türk dilində ən uzun söz 70 hərfli "muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" sözüdür. Türk dili şəkilçili dil olduğundan bu cür sözlərin yaradılması çətin deyil. Amma eyni şəkilçi birdən çox istifadə olunduğunda sözün mənası itməkdədir. Buna görə ən uzun söz dedikdə başa düşülən olması da nəzərə alınır. "Muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" ən uzun söz olsa da başında 15 hərfdən ibarət "muvaffakiyetsiz" hissəsini mənası pozulmadan 20 hərflik sözlərlə dəyişdirmək mümkündür. Çünki türk lüğətində adı keçən ən uzun sözlər 20 hərflidir: "kuyruksallayangiller", "ademimerkeziyetçilik"," egzistansiyalizm" və ya "elektroansefalografi". Məsələn, "kuyruksallayangillersizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" kimi söz həm anlaşılır, həm də 70 hərfdən daha uzun (78 hərfli) olmasına baxmayaraq mədəniyyətdə "kuyruksallayangiller", "ademimerkeziyetçilik" və ya "elektroensefalografi" kimi sözlər işlədilmir. Bu sözdən əvvəl "Çekoslovakyalılaştıramadıklarımızdan mıymışsınız?" sözü ən uzun söz hesab olunurdu. Çexoslovakiya dağıldıqdan sonra türk dilində "Afyonqarahisarlılaştırabildiklerimizdenmişsinizcesine" sözü ən uzun hesab olunmuşdur.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Bu qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəyin əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi. Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi.
Türk dilinin gücü
Türk dilinin qrammatikası
Yapon dilində alınma sözlər
Qayrayqo (外来語, azərb. "alınma söz"‎) – yapon dilindəki alınma sözləri bildirən termin. Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır. Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir. Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir. İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir. 1956-cı ildə Milli Yapon Dili Tədqiqat İnstitutu tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir. Arakava Sobey tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır. Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır. Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir.
Yapon dilində hollandmənşəli sözlər
Yapon dilində hollandmənşəli sözlər (オランダ語から日本語への借用, Orandago kara nihongo he no shakuyou) Holland Ost-İnd şirkətinin 1609-cu ildə Hiradoda fabrik açıb Yaponiya ilə ticarət etməyə başlamasından sonra peyda olmağa başlamışdır. 1640-cı ildə hollandlar Decimaya köçürülmüş və Yaponiyanın "sakoku" dövrü boyunca 1854-cü ilə kimi Yaponiyada qalmağa icazə verilən yeganə qərblilər olmuşdurlar. Hollandlarla yaxın münasibətlər Yaponiyada ranqaku (蘭学) və ya "Holland təlimi"nin yaranmasına səbəb olmuşdur. "Ran" (蘭) yapon dilində "Holland" sözü üçün istifadə olunan "Oranda" sözündən gəlir, "qaku" (学) isə yapon dilində "öyrənmək, bilik" mənasına gələn sözdür. Bu zaman kəsiyində yapon dilinə holland dilindən bir çox termin daxil olmuşdur. 3000-dən çox bu cür istifadə olunmuşdur. Onlardan ancaq təxminən 160-ı hələ də standart yapon dilində istifadə olunur.
Yapon dilində sayğı şəkilçiləri
Yapon dilində sayğı şəkilçiləri (yap. 日本語の敬称 nihonqo no keysö) — yaponların danışıq zamanı insanın adı, soyadı, peşəsi, təxəllüsü və s. əlavə etdiyi şəkilçilər. Sayğı şəkilçiləri Yaponların ünsiyyətində mühüm rol oynayır. Onlar həmsöhbətlərin arasındaki sosial statusu, biri-birinə olan münasibəti, yaxınlığı bildirir. Hər hansı bir şəkilçini istafadə etməklə insana olan hörməti göstərmək və ya onu təhqir etmək olar. Şəkilçisiz müraciət Böyuklərin yeniyetmələrə, dostların öz aralarında şəkilçisiz müraciəti normaldır. İnsan bu şəkilçilərdən istifadə etmirsə bu, açıq aşkar kobudluğdur. Şəkilçisiz, amma soyadnan müraciət etmə familyar, amma bir qədər «uzaq» münasibətlərin əlamətidir (məktəblilərin və tələbələrin biri-birinə müraciət etməyi nümünə kimi gətirmək olar). San (san)-san (さん) — daha çox kiçiklərin yaşca böyuk olanlara və biri-birini tanimayanların arasında istifadə olunan neytral sayğı şəkilçisi.
İngilis dilinin Britaniya variantı
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
İngilis dilinin Oksford lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Ərəb dilinin akademiyaları
Ərəb dilinin akademiyaları (ərəb. قالب:مجامع اللغة العربية‎) — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub.
Azərbaycan dilində Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 17 iyul 2024 — Azərbaycan dilində olan Vikipediyada 200.715 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.

"dilin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilin nədir? #dilin sözünün mənası #dilin nə deməkdir? #dilin sözünün izahı #dilin sözünün yazılışı #dilin necə yazılır? #dilin sözünün düzgün yazılışı #dilin leksik mənası #dilin sözünün sinonimi #dilin sözünün yaxın mənalı sözlər #dilin sözünün əks mənası #dilin sözünün etimologiyası #dilin sözünün orfoqrafiyası #dilin rusca #dilin inglisça #dilin fransızca #dilin sözünün istifadəsi #sözlük