dəlin sözü azərbaycan dilində

dəlin

Yazılış

  • dəlin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəlinamə
"Dəlinamə"— XVII əsr Azərbaycan ədəbi abidəsi; məsnəvi şəklində qələmə alınmış mənzum hekayə. Adından da göründüyü kimi, "dəli" türk sözü olub, "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi dastan abidələrində "igid", "qəhrəman" mənasında işlənmişdir. Şamil Cəmşidov "Dəlinamə" adlı məqaləsində əsərin elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti məlumatlandırmışdır "Dəlinamə" həcmcə kiçik olub, didaktik məzmun daşıyır. Əsərdə Şərq, o cümlədən Azərbaycan xalq ədəbiyyatında ağıllı, müdrik və qorxmaz dəli (Bəhlul Danəndə və s.) obrazlarından olan Dəlinin ictimai bərabərsizliyə, fövqəladə qüvvələrə qarşı üsyankar mübarizəsi təsvir olunmuşdur. Hekayət uzun illər islam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Nağılvari girişlə başlanan hekayətin məzmunu "Kitabi-Dədə Qorqud"un "Dəli Domrul" boyundakı kimi, maraqlı bir süjet üzərində qurulmuşdur. "Dəlinamə"nin qəhrəmanı çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən asi xarakterlidir, lakin hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını sevən, gözütox və təmənnasız insan kimi diqqəti cəlb edir. Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəli Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha "Yuxaruda nə durursən, en aşaqə", "Bənim qorkumdan oxşarsan uşaqə" deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir.
Dəlinmiş yarğanotu
Thlaspi perfoliatum L. = Microthlaspi perfoliatum (L.) F. K. Mey. == Qisa morfoloji xüsusiyyətləri == Hündürlüyü 3-30 sm olan, çılpaq, göyümtülyaşıl rəngli, birillik ot bitkisidir. == Yarpaq == Gövdə yarpaqları tamkənarlıdır, gövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır. Kökətrafı yarpaqları saplaqlıdır. == Çiçək == Ləçəkləri ağ rəngdədir, kasacıqdan iki dəfə uzundur. Qınları əksinəyumurtaşəkillidir, qanadları dairəvi olub, damarlanması aydın seçilmir. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Abşer., Qob.,BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Nax., Lənk., Muğ. Ovalıqdan, orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Çəmənlərdə, kollar arasında, alaqlı və çaqıl daşlı yerlərdə rast gəlinir.
Dəlinmişyaraq oxlivə
Dəlinmişyaraq oxlivə (lat. Smyrnium perfoliatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin oxlivə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 80 sm olan ikiillik çılpaq ot bitkisidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır. Kökətrafı yarpaqları saplaqlı, ikiqat və ya üçqat üçər-bölümlü yumurtavari; gövdə yarpaqları oturaq, yumurtavari, əsasında ürəkvari; yuxarı yarpaqları tamdır. Çətiri oturaq və ya saplaq üzərində, 6-10 ədəd şüalıdır. Ləçəkləri yaşılımtıl-sarı rənglidir. Sarğı və sarğıcıqları yoxdur. Meyvələri yumurtavari-şarvari, 3 mm uzunluqda, demək olar ki, qara, parlaq, qabırğalarının arası torvari qırışlıdır.

"dəlin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəlin nədir? #dəlin sözünün mənası #dəlin nə deməkdir? #dəlin sözünün izahı #dəlin sözünün yazılışı #dəlin necə yazılır? #dəlin sözünün düzgün yazılışı #dəlin leksik mənası #dəlin sözünün sinonimi #dəlin sözünün yaxın mənalı sözlər #dəlin sözünün əks mənası #dəlin sözünün etimologiyası #dəlin sözünün orfoqrafiyası #dəlin rusca #dəlin inglisça #dəlin fransızca #dəlin sözünün istifadəsi #sözlük