* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl. – Bu dərə, dərin dərə; Suları sərin dərə; Ovçu maral axtarır; Göstərmə yerin, dərə! (Bayatı). // Dərində olan. Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Bu saat dənizdə ən dərin buruq harada qazılır? M.Hüseyn. // Dərindən çıxan. Dərin su bulanmaz. (Ata. sözü). // is. Dərin yer. Balta çox dərinə getdi. // is. Müəyyən dərinlikdə olan. Dənizin (çayın) dərin yeri. // Başqa özü kimilərə nisbətən daha çox dərinliyi olan. Dərin boşqab. Alnında dərin qırışıqlar var. // Zərf mənasında. Dərindən. Dərin qazımaq. – Yer hamarlanır, traktorlar dərin şum eləyirdi. Ə.Vəliyev. // Çox dərinlikdə olan, çox dərində yerləşən, çox dərinə girən. Ağacın dərin kökləri. Dərin süxurlar. // Çuxur, çuxurda olan. // Dərindən gələn (çıxan, eşidilən). Dərədə dərin bir uğultu vardı. M.Hüseyn. // İçəriyə doğru xeyli dərinliyi olan, xeyli içəriyə girmiş. Dərin taxça. Ağacda dərin oyuq. 2. Çox uzaqlara gedən, çox uzaqlarda olan, gözlə görünə bilən, hüdudu olmayan. Hava dəryası dərin olduqca, onun ağırlığı da artıq olur. H.Zərdabi. // məc. İntəhasız, sonsuz, ucsuz-bucaqsız. [Uluğ:] …Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq. // Uzaq, uzaqda olan. Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Maşınımız artıq gurultu və atışma səslərindən uzaqda, demək olar ki, dərin arxada idi. Mir Cəlal. // is. (cəm şəklində). Uzaq yerlər, uzaqlar; əlçatmaz, görünməz, tənha yerlər. Meşənin vahimələri özlərini daha dərinlərə, xəlvətlərə çəkirdi. S.Rəhimov. 3. məc. Çox məzmunlu, çox mənalı, əsaslı, əhəmiyyətli, ciddi; çox ağıllı, çox düşünmək tələb edən. Dərin söz. Dərin fikir. Dərin məlumat. Dərin təhlil. Dərin məna. Dərin əsər. – Bu dərin məanini gör, nə bəyan qılır Nəsimi; Fələkin dili tutuldu bu ulu bəyan içində. Nəsimi. [Dəli Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. // Çox bilikli, çox məlumatlı, elmli, dünyagörüşü geniş olan. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq … dərin həkimlərin sənətidir. C.Məmmədquluzadə. 4. məc. Çox güclü, yüksək dərəcəyə çatmış, çox təsirli. Elə bil ki, Cəlilin vücudu ancaq dərin yas, acı kədərdən yoğrulmuşdu. S.Rəhimov. [Keşikçinin] …iri, ala gözləri dərin bir səmimiyyətlə alışıb-yanırdı. M.Hüseyn. 5. məc. Tam, heç bir şeylə pozulmayan. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi. Ortalığı dərin bir sükut qaplamışdı. M.Hüseyn. Məclis natiqin nə söyləyəcəyini gözləyərək dərin bir sükuta daldı. Ə.Vəliyev. ◊ Dərin(ə) getmək – ifrata varmaq. Ağa dərviş, çox dərin gedirsən, atam, mən bir yazıq, kasıb babayam, Allah xatirinə, məni bəlaya salarsan. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / dərin1 Dərmək feili ilə bağlıdır, “çökəklik” (yəni “içinə şey doldurmaq mümkün olan”) anlamını verir. Dərmək feilindən törəmiş dəri sözü də “içinə şey yığılan” deməkdir. Dərin və sərin sözləri eyni qəlib üzrə yaranıb: -in şəkilçisi feildən sifət düzəldir. Adlara qoşulduqda isə zərf əmələ gətirir: yazın “yazda” demək olub. Anadolu türklərində işlədilən yarın (sabah) sözü də “işıq” mənasını verən yar (“yaruq” da deyiblər) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dərin1 DƏRİN – DAYAZ Bulandırıb saf suyu; Qazıdın dərin quyu (A.Şaiq); Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü çayın üstünə düşmüşdü (S.S.Axundov). DƏRİN – DAYAZ Simasında dərin bir fikir ya yüngül və şirin xəyalat oxunurdu (Çəmənzəminli); Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / dərin2 I прил. глубокий: 1. имеющий большую глубину. Dərin göl глубокое озеро, dərin çarhovuz глубокий бассейн, dərin çay глубокая река, dərin xəndək глубокий ров, dərin quyu глубокий колодец, dərin şaxta глубокая шахта, dərin çuxur глубокая яма, dərin yara глубокая рана 2. такой, который производится на значительную глубину. Dərin şum глубокая вспашка, dərin qazıma глубокое бурение, dərin tikiş глубокий шов, dərin ştamplama тех. глубокая штамповка 3. исходящий из глубины. Dərin tənəffüs глубокое дыхание, dərin ah глубокий вздох 4. перен. основательный, значительный, большой, сильный. Dərin təhlil глубокий анализ, dərin tədqiqat глубокое исследование, dərin bilik глубокие знания, dərin cavablar глубокие ответы, dərin fikirlər глубокие мысли, dərin ideya глубокая идея, dərin hisslər глубокие чувства, dərin düşüncələr глубокие размышления (раздумья), dərin məna глубокий смысл, dərin məzmun глубокое содержание, dərin inam глубокая вера, dərin maraq глубокий интерес, dərin təəssürat глубокое впечатление, dərin məhəbbət глубокая любовь, dərin hüsn-rəğbət глубокая симпатия, dərin ziddiyyət глубокое противоречие, dərin yuxu глубокий сон, dərin böhran глубокий кризис II нареч. глубоко. Dərin qazmaq копать глубоко, dərin qazımag глубоко бурить III предик. глубоко. Bura dərindir здесь глубоко IV в знач. сущ. глубокое место, глубина, глубь ◊ dərin ehtiram hissi ilə с чувством глубокого (глубочайшего) уважения, dərin ehtiram ələməti olaraq в знак глубокого уважения, dərin iz buraxmaq оставить глубокий след, dərin razılıq hissi ilə с чувством глубокого удовлетворения, dərin təşəkkürünü bildirmək kimə выражать глубокую благодарность к ому, dərin minnətdarlıq hissi ilə с чувством глубокой признательности, kimə dərin minnətdarlığını bildirmək выразить глубокую признательность кому, dərin minnətdarlıq ələməti olaraq в знак глубокой признательности, dərin hüznlə с глубокой скорбью; dərinə getmək углубляться, углубиться в дебри, вдаваться, вдаться в подробности; dərinə getməmək не углубляться, хватать верхи; kimi dərinə çəkmək допытываться о чём-л., выведывать у кого-л. что либо
Azərbaycanca-rusca lüğət / dərin1 I. s. deep; profound; ~ kədər deep sorrow; ~ yara a deep wound; ~ qab şkafı a deep cupboard; ~ yuxu deep / a profound sleep; ~ sükut profound / perfect silence; ~ bilik deep / profound knowledge; ~ adam a deep person; ~ boşqab soup-plate; ~ kök salmaq / atmaq to be* deeply rooted II. z. deeply, deep; profoundly; ~ düşünmək to think deeply / profoundly; Sakit / Lal axan su dərin olar at. söz. ◊ Still waters run deep
Azərbaycanca-ingiliscə lüğət / dərin1 sif. profond, -e ; ~ kədər une profonde affliction ; malaise m profond
Azərbaycanca-fransızca lüğət / dərin1 прил. 1. дерин; дегьне (мес. фур, вацӀ, вир); çayın dərin yeri вацӀун дерин (дегьне) чка; // сущ. дерин чка, дегьне чка; 2. нареч. дериндай, дериндаказ, деринз; dərin qazımaq дерин эгъуьнун; 3. пер. гзаф маналу, еке метлеб авай; гзаф акьуллу (мес. фикир, гаф); 4. пер. гзаф гужлу, эсер ийидай (мес. дерт); 5. пер. бегьем; кӀеви, мес. ахвар).
Azərbaycanca-ləzgicə lüğəti / dərin