sərin sözü azərbaycan dilində

sərin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərin • 86.6778%
  • Sərin • 11.4904%
  • SƏRİN • 1.8318%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nuri Sərinləndirici
Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. == Həyatı == Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. == Karyerası == Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib.
Sərinbulaq
Sərinbulaq — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 93 nəfərdir. == Toponimiyası == Kənd salındığı ərazidəki eyniadlı soyuq sulu bulağın adı ilə adlandırılmışdır.
Sərincan
Sərincan — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. XIX əsrin ortalarından sonra kənd barədə mənbələrdə məlumat yoxdur.
Sərindizac (Üskü)
Sərindizac (fars. سرين ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (213 ailə).
Sərinçavə (Piranşəhr)
Sərinçavə (fars. سرين چاوه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (51 ailə).
Sərindərə
Sərindərə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Sərindərə (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Sərindərə (Mahnişan)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (42 ailə).
Sərindərə (Xudabəndə)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (36 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.30 dəfə / 1 mln.
2003 ••• 0.79
2004 ••• 1.01
2005 •••• 1.35
2006 •••• 1.13
2007 ••••• 1.48
2008 •• 0.49
2009 ••••••••• 2.88
2010 ••••••••• 3.09
2011 •••••••••••• 4.20
2012 •••••••••••• 4.30
2013 ••••••••••••• 4.38
2014 ••••••••••• 3.78
2015 •••••••• 2.55
2016 •••••••••• 3.30
2017 •••••••• 2.76
2018 •••••••••••••••••••• 7.19
2019 •••••••••••• 4.17
2020 •••••••• 2.65

sərin sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh. – İtlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri. // is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək. – …Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar. M.İbrahimov. □ Sərin düşmək – hava bir qədər soyumaq, sərinləşmək. Axşamlar sərin düşəndə əhali küçələrə tökülür. M.İbrahimov. 2. məc. Arası soyuq, incik, incimiş. Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? (Bayatı). Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi. Mir Cəlal. ◊ Sərin baxmaq – laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək. Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm. M.V.Vidadi. Ürəyini sərin saxlamaq – bax ürəyinə sərin su səpmək.

    Azərbaycan dilinin izahlı lüğəti / sərin

sərin sözünün etimologiyası

  • 1 Saymaq feili zəminində sayın (hörmətli) sifəti əmələ gəldiyi kimi, sər (тер­петь) feilindən də sərin sifəti yaranıb. Dilimizdə -ın4 şəkilçisinin feilə artırılması ilə düzələn adlar (ən çox da sifətlər) az deyildir: “дымиться” mənasında tut feili olub, sonra ondan tütün, sonuncudan isə tüstü kəlmələri törəmişdir; iyləmək mənalı bur feili olub, onun da əsasında burun ismi yaranıb və s. Lakin bunların əksəriyyəti kökə elə yapışmışdır ki, artıq müstəqil işlədilə bilmir. Sərin də belə kəlmələrdəndir, müasir dil baxımından o, sadə söz kimi qəbul olunur (düzəltməlik əlaməti itib). Belə zənn edirəm ki, soyuq kəlməsinin sinonimi olan sərin sözü bu sözlə bağlı deyil. Sonuncu sərin sözü sınmaq (“hava sındı” deyirik), səngimək kəlmələri ilə qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sərin

sərin sözünün sinonimləri (yaxın mənalı sözlər)

sərin sözünün antonimləri (əks mənalı sözlər)

sərin sözünün rus dilinə tərcüməsi

  • 1 1. прохлада; 2. прохладный, свежий;

    Azərbaycanca-rusca lüğət / sərin
  • 2 I прил. прохладный: 1. умеренно холодный, освежающий. Sərin yay прохладное лето, sərin külək прохладный ветер, sərin su прохладная вода, sərin hava прохладная погода 2. перен. равнодушный, холодно-безразличный. Sərin münəsibət прохладные отношения II сущ. прохлада (умеренный холод, свежесть воздуха, вызывающие приятное ощущение). Axşam sərini вечерняя прохлада, səhər sərini утренняя прохлада, sərində oturmaq сидеть на прохладе, pəncərəni açdıq – sərin gəldi открыли окно – потянуло прохладой, sərin düşdü наступила прохлада III нареч. 1. прохладно. Sərin qarşılamaq прохладно встретить 2. равнодушно. Sərin baxmaq равнодушно посмотреть IV предик. прохладно. Bura sərindir здесь прохладно, otaqda (otaq) sərindir в комнате прохладно, sərin ikən пока прохладно ◊ ürəyini sərin saxla не волнуйся, не беспокойся

    Azərbaycanca-rusca lüğət / sərin

sərin sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. the cool, coolness; axşamın ~i evening cool, the cool of the evening; axşamın ~ində in the cool of the evening II. s. cool; fresh; chilly; ~ səhər cool morning; ~ gün a cool day; ~ paltar cool dress; ~ külək cool wind; Dənizdən sərin külək əsir A cool wind is blowing off the sea; Bu gün hava bir az sərindir It is a bit fresh today, It is a bit cool today III. z. məc. cool, chilly; coolly; bir kəsi ~ qarşılaşmaq to give* smb. a cool / chilly welcome

    Azərbaycanca-ingiliscə lüğət / sərin

sərin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. серин, тӀимил къайи (мес. гьава, яд); // сущ. серин гьава; серин чка; хъен квай чка; sərində oturmaq сериник ацукьун; sərin düşmək серин хьун, гьава тӀимил къайи хьун; 2. пер. араяр къайи, бейкеф, къайи; ** sərin baxmaq къайиз килигун (эгечӀун), яб тагун, рикӀ ккун тавун; ürəyini sərin saxlamaq кил. ürək (ürəyinə sərin su səpmək).

    Azərbaycanca-ləzgicə lüğəti / sərin

sərin sözünün türk dilinə tərcüməsi

"sərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərin nədir? #sərin sözünün mənası #sərin nə deməkdir? #sərin sözünün izahı #sərin sözünün yazılışı #sərin necə yazılır? #sərin sözünün düzgün yazılışı #sərin leksik mənası #sərin sözünün sinonimi #sərin sözünün yaxın mənalı sözlər #sərin sözünün əks mənası #sərin sözünün etimologiyası #sərin sözünün orfoqrafiyası #sərin rusca #sərin inglisça #sərin fransızca #sərin sözünün istifadəsi #sözlük